Bildirişlər
1. Dünya və axirət sevgisi bir araya sığmır. Amma halal nemətlərdən istifadə axirət istəyinə zidd deyil.
2. İnsan fani dünya və əbədi axirət məhəbbətlərindən birini seçməlidir.
3. Qənaət, zahidlik və sadəlik təklikdə bəs etmir, xeyir əmələ də ehtiyac var.
4. İlahi vədlərin qəti olduğunu qəbul edək.
5. Allah din rəhbərlərinin ailələrində sadə həyat tərzinin hakim olmasını münasib sayır.
6. Peyğəmbərin arvadı olmaq kamillik deyil. Əsas məsələ xeyirxah olmaqdır.
7. Peyğəmbərin zövcələri bir-birlərindən fərqlənmişlər.
8. Dəyərsiz dünyaya göz yuman böyük mükafata çatacaq.
Ayə 30:
﴿يَا نِسَاء النَّبِيِّ مَن يَأْتِ مِنكُنَّ بِفَاحِشَةٍ مُّبَيِّنَةٍ يُضَاعَفْ لَهَا الْعَذَابُ ضِعْفَيْنِ وَكَانَ ذَلِكَ عَلَى اللَّهِ يَسِيرًا﴾
“Ey peyğəmbər zövcələri! Sizlərdən aşkar pis iş görən kəsin əzabı ikiqat olacaq. Bu iş Allah üçün asandır. ”
Dostları ilə paylaş: |