Nöqtələr
Bu ayə hazırkı surənin 62-ci ayəsini xatırladır.
Bildirişlər
1. Müşriklərin Qiyamətdə hüzur səhnəsi yada salınası bir səhnədir.
2. Allaha şərik qoşanlar cavab verməyə hazırlaşsınlar! (İnsan öz düşüncəsinə və meyllərinə görə məsuliyyət daşıyır.)
3. Qiyamət günü məbudların puça çıxacağı və müşriklərin çarəsiz qalacağı bir gündür.
4. Bütün məbudlar təsirsizliyinə və bütün müşriklər cavab tapmayacağına görə eynidir.
5. Qiyamət məhkəməsinin qazisi Allahın müqəddəs zatıdır.
6. Qiyamətdə Allahdan başqa kimsənin qüdrəti yoxdur.
7. Allahın şəriki yoxdur. Ona şərik qoşulanlar xülya və ilğımdan başqa bir şey deyil.
Ayə 75:
﴿وَنَزَعْنَا مِن كُلِّ أُمَّةٍ شَهِيدًا فَقُلْنَا هَاتُوا بُرْهَانَكُمْ فَعَلِمُوا أَنَّ الْحَقَّ لِلَّهِ وَضَلَّ عَنْهُم مَّا كَانُوا يَفْتَرُونَ﴾
“(Həmin gün) hər ümmətdən şahid ayırıb (müşriklərə) deyərik: “Dəlilinizi gətirin!” Anlayarlar ki, haqq yalnız Allaha məxsusdur və uydurduqları yalanlar əllərindən çıxıb məhv olmuşdur.”
Dostları ilə paylaş: |