Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə109/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   105   106   107   108   109   110   111   112   ...   348
Ayə 9, 10, 11, 12:

﴿وَجَآءَ فِرْعَوْنُ وَمَن قَبْلَهُ وَالْمُؤْتَفِكَاتُ بِالْخَاطِئَةِ﴾﴿فَعَصَوْاْ رَسُولَ رَبِّهِمْ فَأَخَذَهُمْ أَخْذَةً رَّابِيَةً﴾﴿إِنَّا لَمَّا طَغَى ٱلْمَاءُ حَمَلْنَاكُمْ فِي ٱلْجَارِيَةِ﴾﴿لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَتَعِيَهَآ أُذُنٌ وَاعِيَةٌ﴾

Firon və ondan öncəkilər, alt-üst olmuş məntəqələr xətaya yol vermişdilər. Onlar Rəblərinin elçisinə itaətsizlik göstərdilər, Allah da onları artan və ağır əzabla yaxaladı. Həqiqətən, (Nuh dövründə) su coşduğundan sizi həmin rahat gəmiyə süvar etdik. Belə ki, onu sizin üçün ibrət vasitəsi qərar verək, eşidən qulaq onu yadda saxlasın.”


Nöqtələr
◘”Mutəfikat” sözü “itifak” sözünün cəm forması olan “mötəfəkə” sözündəndir və alt-üst olmaq mənasını bildirir. Burada Lut qövmünün məntəqəsi nəzərdə tutulmuşdur. “Rabiyə” dedikdə artmaq mənası başa düşülür. “Əzabun rabiyə”, yəni aır və artan əzab.

◘”Təiyyəha” sözü hifz etmək, anlamaq, qəbul etmək mənalarını bildirir.

◘Zəməxşəri, Fəxr Razi, Məraği, Qurtubi kimi sünni təfsirçiləri, Şeyx Təbərsi, Əbül Fütuh, Razi, Əllamə Təbatəbai kimi şiə təfsirçiləri “Uzunun vaiyə” təbirinin Əli ibn Əbu-Talibə (ə) işarə olduğunu təsdiqləyən rəvayətlər nəql edirlər. “Uzun” sözünün tək halda işlənməsi göstərir ki, yalnız bir qulaq bütün həqiqətləri hifz etmişdir.
Bildirişlər
1. Lut qövmü bir neçə məntəqədə yaşayırdı. Onların hamısı həlak oldu.

2. Peyğəmbərə (s) itaət vacibdir və onunla müxalifət məhvə aparır.

3. Peyğəmbərə (s) itaətsizliyin dünya cəzası da var.

4. Allah höccəti tamamlayır, xəbərdarlığı başa çatdırır. O öncə peyğəmbər göndərir. Xalq itaətsizlik etdikdə əzabını nazil edir.

5. Allahın qəzəbi ağırdır.

6. Allah qəhr-qəzəbi və əzabı içində kimlərəsə lütf göstərir.

7. Ərəbistan əhli Nuh nəslinin qalıqlarıdır.

8. Acı hadisələrdən ibrət götürmək lazımdır.

9. Eşidilənləri, hadisələri yadda saxlamaq bir dəyərdir.

10. İnsanın düşüncə ilə dinləyib yadda saxladığı sözlər dəyərlidir.





Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin