Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə106/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   102   103   104   105   106   107   108   109   ...   348
Ayə 46, 47, 48, 49, 50:

﴿أَمْ تَسْأَلُهُمْ أَجْرًا فَهُم مِّن مَّغْرَمٍ مُّثْقَلُونَ﴾﴿أَمْ عِندَهُمُ ٱلْغَيْبُ فَهُمْ يَكْتُبُونَ﴾﴿فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تَكُن كَصَاحِبِ ٱلْحُوتِ إِذْ نَادَى وَهُوَ مَكْظُومٌ﴾﴿لَوْلَآ أَن تَدَارَكَهُ نِعْمَةٌ مِّن رَّبِّهِ لَنُبِذَ بِالْعَرَآءِ وَهُوَ مَذْمُومٌ﴾﴿فَاجْتَبَاهُ رَبُّهُ فَجَعَلَهُ مِنَ ٱلصَّالِحِينَ﴾

(Risalətin müqabilində) Muzdmu istəyirsən ki, onlara bunu ödəmək ağır gəlsin?! Yoxsa qeybin sirləri onlara məlumdur, bunu yazırlar?! Rəbbinin əmri üçün səbr et, qüssə dolu qəlblə nida çəkən balıq sahibi (Yunus) kimi olma; əgər Rəbbinin mərhəməti ona çatmasaydı, şübhəsiz, otsuz səhraya düşərdi; bir halda ki, məzəmmətə layiq idi; Allah onu seçdi və ləyaqət verdiklərindən etdi.”


Nöqtələr
◘”Məğrəm” sözü nöqsansız insana toxunan zərər mənasını bildirən “ğəramət” sözündəndir.

◘”Musqəlun” sözü “siql” sözündən olub maddi və mənəvi ya ağırlıq mənasını bildirir.

◘Qəlbi qəm-qüssə ilə dolu insana “məkzum” deyirlər.

◘Hazırkı surənin 46, 47-ci ayələri “Tur” surəsinin 40, 41-ci ayələrinə bənzəyir.

◘Allah Quranda öz peyğəmbərini 20 dəfədən çox səbr dəvət edir. Bəli, xalqın tərbiyəsi üçün səbr və müqavimətə ehtiyac var.

◘”Şuəra” surəsində “mən sizdən muzd istəmirəm” cümləsi bütün peyğəmbərlərin şüarı kimi təqdim olunur.1 (Qeyd)

◘Kafirlər 45-ci ayədə “Allah əzabı dəyişməzdir” cümləsi ilə hədələnir. Bəli, Allahın günahkarlara münasibətdə proqramı var. Buna görə də Peyğəmbərə (s) səbr etmək, tələsməmək tövsiyə olunur.

◘Sual: Həzrət Yunusa verilmiş ilahi nemət nə idi?

Cavab: Balığın qarnında salamat qalması Yunusa verilmiş maddi nemət idi. Ona əta olunmuş mənəvi nemət isə tövbəsinin qəbulu oldu. Çünki insan yalnız ilahi tövfiq sayəsində tövbə qılır.

◘Sual: Həzrət Yunusa lütf olunduğu halda nə üçün otsuz biyabana atıldı?1 (Qeyd)

Cavab: Xəstəlik üçün nəzərdə tutulmuş dərmanla birlikdə biyabana atılmaq da lütfdür. Məzəmmətlə atılmaq isə qəzəbdir.
Bildirişlər
1. Peyğəmbərlər insanlardan əvəz istəməmişlər.

2. İnsanların maddiyata əsir olmuş din alimindən qaçması təbiidir.

3. Allahın əmrlərini yerinə yetirmək məqsədi ilə səbr və müqavimət bəyənilir. Düşüncəsizlik və inadkarlıqdan doğan yubanma pisdir.

4. Cəmiyyətin rəhbəri heç bir şəraitdə xalqı tənha buraxmamalıdır.

5. Dua və minacat ilahi nemətlər üçün zəmindir.

6. Tövbə tövfiqi (yardımı) ilahi nemətdir.

7. Quru səhralarda tənha buraxılmaq səbirsizliyin cəzasıdır.

8. Fəryad və nalə insanın daxilindən yüksəlməlidir.

9. Allah qarşısında tövbə və onunla söhbət ilahi nemətlərə aparan bir yoldur.

10. İnsanları bir səhvinə görə atmayaq. Onların zəifliklərini aradan qaldırıb iş tapşıraq.

11. Peyğəmbər seçimi yalnız Allahın əlindədir.
Ayə 51, 52:


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin