(69-CU SURƏ; 52 AYƏ)
İYİRMİ DOQQUZUNCU CÜZ
“HAQQƏ” SURƏSİNİN SİMASI
Məkkədə nazil olmuş bu surə 52 aydədən ibarətdir. Surənin adı onun ilk ayəsindən götürülmüşdür və sabit, haqq iş mənasını bildirir.
Qiyamət və onun xüsusiyyətləri surənin əsas mövzusunu təşkil edir. Surədə qiyamətin “əl haqqə”, “əl qariə”, “əl vaqiə” kimi üç adı qeyd olunur.
Surədə keçmiş qövmlərin aqibətindən, Quran və Peyğəmbərin (s) əzəmətindən, behişt və cəhənnəmin xüsusiyyətlərindən, cəhənnəm əhli və behişt əhlinin halından danışılır.
بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ
"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4, 5:
﴿ٱلْحَآقَّةُ﴾﴿مَا ٱلْحَآقَّةُ﴾﴿وَمَآ أَدْرَاكَ مَا ٱلْحَآقَّةُ﴾﴿كَذَّبَتْ ثَمُودُ وَعَادٌ بِالْقَارِعَةِ﴾﴿فَأَمَّا ثَمُودُ فَأُهْلِكُواْ بِالطَّاغِيَةِ﴾
“Həmin haqq olan iş! Nədir haqq olan o iş? Sən nə bilirsən ki, nədir həmin haqq olan iş?! Səmud və Ad qövmü həmin sarsıdıcı hadisəni təkzib etdilər; Səmud qövmü asiliyinə görə məhv edildi.”
Nöqtələr
◘”Haqqə” sözü “haqq” sözündən olub sabit və haqq iş mənasını bildirir. Qiyamətin adlarından biri də haqqədir.Çünki qiyamət hadisəsi həqiqi və sabit bir işdir.
◘”Əl qariə” sözü “qər” sözündən olub, vurmaq, dağıtmaq mənasını bildirir. Yəni dünya qiyamət astanasında sarsıdıcı hadisə ilə üzbəüz qalasıdır.
◘Səmud qövmünün üç vasitə ilə məhv edildiyi bildirilir: zəlzələ1(Qeyd); dəhşətli səs2(Qeyd); ildırım3(Qeyd).
Olsun ki, hər üç əzab eyni vaxtda baş vermişdir. Yəni həm ildırım, həm zəlzələ, həm də dəhşətli səs olmuş və hər əzab bir qrupu məhv etmişdir.
◘Mühüm məsələlərin dinlənilməsi üçün diqqəti cəlb etmək, maraq yaratmaq lazımdır. “Əl haqqə” sözünün təkrarı, yaranmışların şərəflisi olan Peyğəmbərə (s) müraciət diqqət yaratmaq üçündür.
Bildirişlər
1. Qiyamət günü çox böyük və dəhşətli bir gündür.
2. Qiyamət yalnız vəhy yolu ilə tanına bilər.
3. Qiyaməti təkzib edənlər dünyada da Allahın əzabına düçar olar.
4. Qiyamət sarsıdıcı və dəhşətli bir hadisədir.
5. Bəzi qövmlər təkcə axirətdə yox, elə bu dünyada da cəzalandırılır.
6. Təkzib tüğyanın müqəddiməsidir, tüğyan məhvə səbəb olur.
7. Xasiyyətlər və rəftarlar xeyir və şərə çatmaqda meyardır.
Ayə 6, 7, 8:
﴿وَأَمَّا عَادٌ فَأُهْلِكُواْ بِرِيحٍ صَرْصَرٍ عَاتِيَةٍ﴾﴿سَخَّرَهَا عَلَيْهِمْ سَبْعَ لَيَالٍ وَثَمَانِيَةَ أَيَّامٍ حُسُومًا فَتَرَى ٱلْقَوْمَ فِيهَا صَرْعَى كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ خَاوِيَةٍ﴾﴿فَهَلْ تَرَى لَهُم مِّن بَاقِيَةٍ﴾
“Amma Ad qövmü soyuq, yandırıcı və sarsıdıcı küləklə məhv edildi. Allah yeddi gecə, səkkiz gün ardıcıl onların üzərinə əsdirdi. (Əgər orada olsaydın) Görərdin ki, həmin günlər o qövm içi boş xurma tənəkləri kimi məhv olmuşlar. Onlardan bir əsər-əlamət görürsənmi?!”
Nöqtələr
◘”Sər sər” dedikdə soyuq və sərt külək, “atiyə” dedikdə azğın mənası nəzərdə tutulur.
◘”Həsum” sözü “hasim” sözünün cəm forması olub tam məhvədək bir əməlin təkrarlanması mənasını bildirir.
◘”Xaviyə” dedikdə həm içiboşluq, həm yerə yıxılmış mənaları nəzərdə tutulur.
◘”Sərə” sözü “səri” sözünün cəm forması olub yerə sərilmiş şey mənasını bildirir. “Əcaz” dedikdə ağac gövdələri mənası anlaşılır.
◘”Qəmər” surəsinin 20-ci ayəsində bildirilir ki, həlak olmuş Ad qövmü kökündən çıxmış xurma ağacının gövdəsinə bənzəyirdi.
Bildirişlər
1. Allah istənilən cür cəzalandıra bilər. Səmud qövmü ildırımla, Ad qövmü soyuq küləklə məhv edildi.
2. Varlıq aləmindəki hadisələrin təsiri Allahdan asılıdır. Külək bəzən gəmiləri hərəkətə gətirib xeyir verir, bəzən fəlakət vasitəsi olur.
3. Allahın əzabları bəzən birdəfəyə, bəzən tədricən nazil olur.
4. Cüssə və güc fəlakətə mane ola bilmir. İnsan xurma ağacı boyda olsa belə Allahın qəzəbi qarşısında acizdir.
5. Cəzalar fərqlidir. Bəzi cəzalar tamamilə məhv edir, bəziləri cismi hədəfə alır.
Dostları ilə paylaş: |