Nur təFSİRİ


Ayə 34, 35, 36, 37, 38, 39, 40, 41



Yüklə 1,72 Mb.
səhifə104/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   100   101   102   103   104   105   106   107   ...   348
Ayə 34, 35, 36, 37, 38, 39, 40, 41:

﴿إِنَّ لِلْمُتَّقِينَ عِندَ رَبِّهِمْ جَنَّاتِ ٱلنَّعِيمِ﴾﴿أَفَنَجْعَلُ ٱلْمُسْلِمِينَ كَالْمُجْرِمِينَ﴾﴿مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ﴾﴿أَمْ لَكُمْ كِتَابٌ فِيهِ تَدْرُسُونَ﴾﴿إِنَّ لَكُمْ فِيهِ لَمَا تَخَيَّرُونَ﴾﴿أَمْ لَكُمْ أَيْمَانٌ عَلَيْنَا بَالِغَةٌ إِلَى يَوْمِ ٱلْقِيَامَةِ إِنَّ لَكُمْ لَمَا تَحْكُمُونَ﴾﴿سَلْهُم أَيُّهُم بِذَلِكَ زَعِيمٌ﴾﴿أَمْ لَهُمْ شُرَكَآءُ فَلْيَأْتُواْ بِشُرَكَآئِهِمْ إِن كَانُواْ صَادِقِينَ﴾

Həqiqətən, qorxanlar üçün Rəbləri yanında nemət dolu bağlar var; biz müsəlmanları günahkarlarla eyni tutarıqmı?! Sizə nə olub, necə mühakimə aparırsınız? Yoxsa sizin üçün nə isə yazılıb, ondan oxuyursunuz?! Yoxsa seçdiyiniz sizin olacaq?! Yoxsa öhdəmizə götürmüşük ki, qiyamət gününədək istədiyiniz sizin olsun?! Onardan soruş gör, Hansı biri bu iddiaya zamindir? Yoxsa onların (qiyamətdə dadlarına çatacaq şərikləri var?! Əgər doğru deyirlərsə şəriklərini göstərsinlər!”


Nöqtələr
◘Bir qrup insan qiyaməti inkar edirdi və düşünürdü ki, qiyamət olarsa belə onlar rifahda yaşayarlar.1 (Qeyd)Bu ayədə uyğun yanlış təfəkkürə cavab verilir.
Bildirişlər
1. Tərbiyə prosesində həm xəbərdarlıq, həm də təşviq olmalıdır.

2. Behişt bağları nemətlə doludur. Dünya bağlarında isə həm nemət var, həm də əziyyət.

3. Mükafat və cəza ədalətə əsaslanır.

4. Ədaləti bütün sağlam vicdanlar və fitrətlər qəbul edir.

5. İnsan ya səmavi kitaba, ya ağlına, ya da əhd-peymana istinad edə bilər.

6. Səmavi kitablar insanların azğın istəklərinə tabe deyil. (Heç bir səmavi kitabda vəd olunmur ki, insanın istədiyi ona veriləcək.)

7. Allah heç vaxt buyurmayıb ki, həqiqət sizin hökm etdiyinizdir.
Ayə 42, 43:

﴿يَوْمَ يُكْشَفُ عَن سَاقٍ وَيُدْعَوْنَ إِلَى ٱلسُّجُودِ فَلَا يَسْتَطِيعُونَ﴾﴿خَاشِعَةً أَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ وَقَدْ كَانُواْ يُدْعَوْنَ إِلَى ٱلسُّجُودِ وَهُمْ سَالِمُونَ﴾

İşləri çətinə düşən gün, səcdəyə dəvət olunanda buna qadir olmazlar. (Qorxudan) Gözləri yerə dikilər, vücudlarını zillət bürüyər. Onlar, (dünya həyatında) sağlam olduqları vaxt səcdəyə çağırılırdılar. (Amma həmin vaxt səcdə etmədilər, bu günsə acizdirlər)”


Nöqtələr
◘Ayədə işləri çətinə düşən gün dedikdə “bıçağın sümüyə dirənməsi, həddi nəzərdə tutulur.

◘İmam Sadiqdən (ə) nəql olunmuş hədisdə bildirlir ki, hemin gün ağızları möhürlənər, qorxu bütün vücudları bürüyər, gözlər heyrətdən bərələr, canlar boğaza yığılar1(Qeyd)

◘”Fürqan”, surəsinin 60-cı ayəsində bildirilir ki, onlara Rəhmana səcdə edin deyildikdə Rəhmanın kimliyini soruşarlar.

◘Dünyada səcdəyə dəvət dedikdə ya azan nəzərdə tutulur, ya da ibadətə çağıran ayələr. Olsun ki, namazla bağlı göstərişlərə işarə olunur. Bu göstəriş Allah qarşısında səcdə, təvazö, kiçikliyin izharını nəzərdə tutur. Olsun ki, səcdə ibadətin zirvəsidir.


Bildirişlər
1. Qiyamət çətinliklərin zühur günüdür.

2. Qiyamət dünya həyatının təcəssümüdür. Dünyada səcdədən qaçanlar qiyamətdə səcdə qılmağa güc tapmaz.

3. Ələ düşmüş fürsətlərdən və münasib sağlamlıqdan istifadə edə bilməyənlər bu imkanlara malik olmayacaqları günü gözləsinlər!

4. Günahkarda başını qaldırıb baxmağa üz yoxdur.

5. Qiyamətin zilləti əhatəlidir.

6. Allah qarşısında könüllü şəkildə özünü kiçiltməyən qiyamət günü məcbur olub bu işi görər.



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin