Nöqtələr
◘”Hərd” sözü xəsislik, yaxşılığın qarşısını almaq mənasını bildirir. Bağ sahibləri yoxsulları məhrum etmək məqsədi ilə addım atdılar.
◘Hərislik və paxıllıq insanın qəlbini daşlaşdırır. Belə ki, insan sonda miskin və yoxsula rəhm etmir.
◘Mötədil, ifrat və təfritdən uzaq insan “əvsət” adlanır.1 (Qeyd)
◘Miskinə əl tutmaq müstəhəb yox, vacibdir. Allah müstəhəb bir işi tərk etdiyinə görə kimsəni cəzalandırmır. Bu ayədə miskinlərə yardımdan imtaina etdiyi üçün bağ sahiblərinin bağı yandı. Cəhənnəm əhli də məhrumlara etinasızlığı cəhənnəmə düşmələrinin səbəbi bilir.2 (Qeyd)
◘Fəqirlərə yardım dedikdə təkcə mömin fəqirlər nəzərdə tutulmur. Bu əhvalatda yoxsulların imanından danışılmır. Əsas mövzu paxıllıq və hərislik, yoxsulluq və aclıqdır.
◘Bəzən hər hansı düşüncə tərzi və ya mədəniyyəti dəyişmək üçün günahkar fərd və ya qrup rüsvay edilməli, başqalarına ibrət olmalıdır. Allah sirləri pərdələyən olsa da, bu hadisədə pərdələri yırtır ki, əhvalat hamıya ibrət olsun.
◘Allaha müraciətdə “Rəbbəna” xitabı daha çox işlədilir. Hazırkı ayələrdə uyğun müraciət forması bir neçə dəfə təkrarlanır.
◘Allahın qəzəbi enəndə hər şeyi yandırır. Varislərdən biri o birilərlə razılaşmasa da, onun da payı yandı.
◘Dünyəvi əzabın növləri var: nemətdən məhrumluq, zalımların hakimiyyəti, ilahi yardımdan məhrumluq, əmin-amanlığın olmaması...
Axirət əzabı isə “şədid”, “əlim”, “əzim”, “kəbir” ola bilər.
Bildirişlər
1. Allah-taala məxfi və fitnəkar danışıqları puça çıxarır.
2. Pis məqsədlə yanaşı təhlükə də böyüyür. (Onlar “bir yoxsul da bağa daxil olmasın” söylədilər. Allah da bütün bağı yandırdı.)
3. Bəzən hərislik və xəsislik o qədər güclü olur ki, insan bir yoxsula da əl tutmaq istəmir.
4. Hərislik ruhiyyəsi, məxvi qərar, qüdrətli addımlar Allahın iradəsi qarşısında təsirsizdir.
5. Acı hadisələrin faydalarından biri insanın özünə gəlməsidir.
6. Ətrafdakıları bir şeydən məhrum etdikdə özümüz bir neçə şeydən məhrum oluruq. (Bağ xadimləri yoxsulları meyvədən məhrum etdi, Allah onları öz mükafatından, yoxsulların duasından, Ataların ruhunun razılığından, ictimai mövqedən məhrum etdi.)
7. Azlıqda da qalsaq haqq sözü deyək.
8. Etidal (ədalət, orta hədd) və düşüncə insanı yoxsullara əl tutmağa çağırır, hərislik və xəsisliyin qarşısını alır.
9. Təbliğdə bütün fürsətlərdən istifadə edək. Dünən haqq sözü dinləmək istəməyənlər. Bu gün sakitcə qulaq asır.
10. Acı hadisələrin təhlilində öz bacaraqsızlığımızı etiraf edək, Allahı pak və müqəddəs sayaq.
11. Dünən yerinə yetirmədiyiniz işləri bu gün yerinə yetirin.
12. İnsanı ilahi lütflərdən məhrum edən onun özünə zülmüdür.
13. Əgər birlik təqva əsasında olmasa, sonda təfriqəyə çevrilər. (Öncə yoxsulları məhrum etmək qərarına gəlmiş həmfikir qardaşlar sonradan bir-birini danlayır, günahı bir-birlərinin boyununa atır.)
14. Başqalarının haqqının ödənməməsi insanın özünə zülmü, başqalarına qarşı qiyamıdır.
15. Allah qarşısında öz zəiflik və pisliyimizi imkan həddində çox etiraf edək. (Həzrət Əli (ə) “Kumeyl” duasında bu nöqtələrə işarə edir)
16. Dünya malı əlinizdən çıxanda Allahın lütf və mərhəmətinə ümid bəsləyin. Allah əvvəlkində də üstününü sizə yetirər.
17. Sizin təminatınızda və əldən çıxanların əvəzinin ödənməsində Allah imkan sahibidir. Günahkarlar ümidlərini üzməsinlər, Allaha doğru qayıdış yollara açıq ikən özlərini məhv olmuş saymasınlar.
18. Allaha doğru qayıdış heç vaxt gec deyil. (Bağ sahibləri bağı yanmış görüb qəflət yuxusundan oyandılar, tövbə qılıb Allaha doğru qayıtdılar.)
19. Yoxsulun qəlbini sınıdırmağın dünyəvi və üxrəvi cəzası var.
20. Qiyamət cəzasına iman xəsisliyə, azğınlığa və zülmə mane olur.
Dostları ilə paylaş: |