Nöqtələr
◘”Musəytir” sözü hakim olmaq mənasını bildirən “səytərə” sözündəndir. Bu söz əhatə mənasını ifadə edən “təyr” kökündəndir.
◘”Qəmtərir” dedikdə ağır bir şər nəzərdə tutulur.
◘Rəvayətlərə əsasən miskin, yetim və əsirə təam verilməsi bi gecədə baş vermiş hadisələrdir. Bəzi rəvayətlərdə isə bu hadisələrin üç gecədə baş verdiyi bildirilir.
◘”Yutimunəl-təamə əla hubbihi” dedikdə nəzərdə tutulur ki, Əhli-beyt (ə) həmin təamı sevdiyi halda başqalarına verdi. Bu nöqtə Quranda da vurğulanır. Bildirilir ki, sevdiyiniz şeylərdən infaq etməyincə yaxşılığa müvəffəq olmazsınız.” (Qeyd)1
“Əl mizan” təfsirinin müəllifi buyurur: “Ayədə Allahın razılığına görə təam verildiyi bildirilir. Bu nöqtə Əhli-beytin (ə) Allaha məhəbbətindən danışır. Onların sevdikləri şeydən verməsi isə ixlasdan əlavə isardan söz açır.
◘Əgər ad-san və şöhrət sorağında olmasanız, Allah sizin adınızı əbədiləşdirər. Əhli-beytin (ə) gördüyü xeyir iş maddi baxımdan bir o qədər də əhəmiyyətli deyil. Amma bu iş xalis niyyətlə, səmimi şəkildə görüldüyü üçün Allah onu yaddaşlara yazdı.
◘Hazırkı ayədə miskin, yetim və əsir sözləri qeyri-müəyyən şəkildə işlədilir. Yəni təam verərkən seçim aparmadan hər kəsə infaq etmək lazımdır.
◘Pərvin Etisami infaqda ixlas haqqında deyir:
Bir şəxs yolda dirhəm verib miskinə,
Söylədi ki dua edərsən mənə.
Hal əhli görüb çağırdı: ey ağa,
Verdiyin pul dəfn olundu torpağa.
İtaətdə çıxar özünü yaddan
Qəlb kor olur riya görünən zaman.
Allah üçün yaxşılıq et miskinə,
O yaxşılıq özü duaçı sənə.
Pərvin, yadda saxla bir şey verəm an
Qəlbində olmalı ancaq yaradan.
◘Allah qorxusu dedikdə Allahın məqamı, əzəməti qarşısında qorxu nəzərdə tutulur. (Qeyd)2
Bildirişlər
1. Əsil kamillik odur ki, yaxşılıq insanda xarakterə çevrilsin, davamlı şəkil alsın.
2. Verilən təamın və infaqın dəyərli olması üçün bu işdə insanın ehtiyaclarını nəzərə almaq lazımdır.
3. İslam yoxsulların, yetimlərin və əsirlərin hamisidir.
4. Kimi təamı, kimi təam verməyi sevir.
5. İnsanın özünün öz əli ilə verdiyi təam daha dəyərlidir.
6. Xalis niyyətlə verilən minnətsiz və umacaqsız yardımlar dəyərlidir.
7. Əmələ dəyər verən ondakı xalis niyyət və səmimiyyətdir.
8. Xeyir əməl sahibləri nəinki təşəkkür istəmir, hətta bu barədə düşünmürlər də.
9. Xeyirxah insanlar təşəkkür və əvəz gözləməsələr də, insanlar onların işlərinə biganə qalmamalıdır. “Qəsəs” surəsinin 25-ci ayəsində ouyuruq: “Həzrət Şüeyb qızını göndərdi ki, həzrət Musanın suya köməyinin əvəzini versin.”
10. İxlaslı olmaq üçün təkcə mükafat ummamaq bəs etmir. İnsan öz əməlinə görə təşəkkür də gözləməməlidir.
11. Nəzri yerinə yetirmək vacibdir. Onu yerinə yetirməyənlər Allahın qəzəbindən qorxsun.
12. Əgər yalnız Allaha xatir iş görsək xalqdan yox, təkcə Allahın qəzəbindən qorxarıq.
13. İlahi niyyət savab istəyi və ya cəza qorxusuna zidd deyil. Çünki savab və cəza da Allah tərəfindəndir.
14. Qiyamət günü təkcə insanlar yox, gün özü də qaraqabaqdır.
15. Həmin qaraqabaq gündən qurtuluş üçün bu gün miskin, yetim və əsirə münasibətdə qaraqabaq olmayaq.
Dostları ilə paylaş: |