Nur təFSİRİ


Ayə 11, 12, 13, 14, 15, 16, 17, 18



Yüklə 1,72 Mb.
səhifə179/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   175   176   177   178   179   180   181   182   ...   348
Ayə 11, 12, 13, 14, 15, 16, 17, 18:

﴿فَوَقَاهُمُ اللَّهُ شَرَّ ذَلِكَ الْيَوْمِ وَلَقَّاهُمْ نَضْرَةً وَسُرُورًا﴾﴿وَجَزَاهُم بِمَا صَبَرُوا جَنَّةً وَحَرِيرًا﴾﴿مُتَّكِئِينَ فِيهَا عَلَى الْأَرَائِكِ لَا يَرَوْنَ فِيهَا شَمْسًا وَلَا زَمْهَرِيرًا﴾﴿وَدَانِيَةً عَلَيْهِمْ ظِلَالُهَا وَذُلِّلَتْ قُطُوفُهَا تَذْلِيلًا﴾﴿وَيُطَافُ عَلَيْهِم بِآنِيَةٍ مِّن فِضَّةٍ وَأَكْوَابٍ كَانَتْ قَوَارِيرَا﴾﴿قَوَارِيرَ مِن فِضَّةٍ قَدَّرُوهَا تَقْدِيرًا﴾﴿وَيُسْقَوْنَ فِيهَا كَأْسًا كَانَ مِزَاجُهَا زَنجَبِيلًا﴾﴿عَيْنًا فِيهَا تُسَمَّى سَلْسَبِيلًا﴾

Allah onları həmin günün şərindən qoruyar, onları böyük şadlıq və sevinclə rastlaşdırar; səbrlərinə görə onları böyük behişt, ipək örtüklə mükafatlandırar; orada taxtlara söykənərlər; nə günəş istisi, nə soyuq görərələr; ağacların kölgəsi başları üzərində dayanar, meyvə salxımları əlləri altında olar; ətraflarında gümüş qablar, büllur qədəhlər dolandırılar; müxtəlif hədlərlə ölçülənmiş gümüş büllurlar! Həmin behiştdə onlara zəncəvil qatılmış camlar içirilər; orada səlsəbil adlanan çeşmə var.”


Nöqtələr
◘”Nəzrə” dedikdə gözəllik və təravət nəzərdə tutulur. Digər bir ayədə də uyğun nöqtə qeyd edilir. (Qeyd)1

◘”Zəmhərir” dedikdə sərt soyuq, “qutuf” dedikdə içmək, dərmək mənaları anlaşılır.

◘”Təzlil” sözü ram etmək, ixtiyarda qoymaq mənalarını bildirir.

◘”Əkvab” dedikdə “kasalar”, “qəvarir” dedikdə şüşələr mənası nəzərdə tutulur. “Səlsəbil” behişt çeşmələrindən birinin adıdır.

◘İmam Baqir (ə) “cəzaun bima səbəru” ayəsi ilə bağlı buyurur: “Xeyir əməl sahiblərinə dünya çətinlikləri müqabilində göstərdikləri səbr və dözümə xatir mükafat verilər.” (Qeyd)1 Həzrət Əli (ə) buyurur: “Gözümdə tikan, boğazımda bıçaq qalmış halda səbr etdim.” (Qeyd)2 İmam Hüseyn (ə) haqqında oxuyuruq: “Həqiqətən, sənin səbrin səmada mələkləri heyrətə gətirdi.” (Qeyd)3

◘Xeyir əməl sahibləri iki məqsədlə təam verir: Allahın razılığı və ondan qorxuya görə. Onlar hər iki məqsədlərinə çatırlar.

◘Səbr əhli nəinki qiyamətdə mükafatlandırılır. Hətta dünyada Allahın salam və salavatına nail olur. (Qeyd)4

◘Behişt nemətləri yaxşılığın ən əla dərəcəsindədir. “Nəzrətən”, “sururən”, “cənnətən”, “hərirən” sözlərinin sonundakı tənvin (“ən”) əzəmət göstəricisidir.


Bildirişlər
1. Allah xalis niyyətli insanları öz məqsədinə çatdırır.

2. Allah qorxusunun səmərəsi bu qəzəbdən qurtuluşdur.

3. İnsan əməlinə münasib şəkildə mükafatlandırılmalı və ya cəzalandırılmalıdır. (İnsan məhrum təbəqələri qorumaqla qiyamat günü qorunmuş olur.)

4. Bu günkü qorxu sabahkı əmin-amanlıqdır. Bu gün kimisə sevindirmək səhəri gün insanın özünə sevinc gətirir.

5. Allah səbrə xatir mükafatlandırır.

6. Behişt əhli asayiş və arxayınçılıq içindədir.

7. Behiştin havası çox xoşdur.

8. Behiştdə bütün nemətlər xeyir əməl sahiblərinin ixtiyarındadır.

9. Behiştdə xidmətçilər pərvanə tək insanların başına fırlanır.

10. Behişt qabları behişt əhlinin zövqünə uyğun forma və ölçülərdə hazırlanmışdır.



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin