Ayə 19, 20, 21, 22:
﴿وَيَطُوفُ عَلَيْهِمْ وِلْدَانٌ مُّخَلَّدُونَ إِذَا رَأَيْتَهُمْ حَسِبْتَهُمْ لُؤْلُؤًا مَّنثُورًا﴾﴿وَإِذَا رَأَيْتَ ثَمَّ رَأَيْتَ نَعِيمًا وَمُلْكًا كَبِيرًا﴾﴿عَالِيَهُمْ ثِيَابُ سُندُسٍ خُضْرٌ وَإِسْتَبْرَقٌ وَحُلُّوا أَسَاوِرَ مِن فِضَّةٍ وَسَقَاهُمْ رَبُّهُمْ شَرَابًا طَهُورًا﴾﴿إِنَّ هَذَا كَانَ لَكُمْ جَزَاء وَكَانَ سَعْيُكُم مَّشْكُورًا﴾
“Onların ətrafında həmişə cavan oğlanlar dolanar; onları gördükdə səpələnmiş mirvari olduqlarını düşünərsən; oraya baxdıqda bol nemət və səltənət müşahidə edərsən; əyinlərində nazik və qalın atlasdan yaşıl libaslar olar; onlar gümüş qolbaqlarla zinətlənmişlər; rəbbləri onlara pak şərab içirər; həqiqətən, bu sizin üçün mükafatdır, səyləriniz təşəkkürə layiqdir.”
Nöqtələr
◘İmam Kaizmdən (ə) soruşurlar ki, nə üçün bu surədə mükafat olaraq hurilərin adı çəkilmir? İmam buyurur: “Xanım Fatimənin (s.ə.) məqamına görə.” (Qeyd)1
◘İmam Sadiq (ə) həzrət Peyğəmbərdən (s) belə nəql edir: “Behişt əhli behiştə daxil olan vaxt əhatəli kölgəsi olan ağacla rastlaşarlar. Həmin ağacın altından iki çeşmə axar. Onlar bir çeşmədə yuyunar, o birindən içərlər. Ondan sonra bədənlərində heç bir narahatçılıq qalmaz. “Səqahum Rəbbuhum şərabən təhura” ayəsinin mənası budur."2 (Qeyd)
Dostları ilə paylaş: |