Ayə 8, 9, 10, 11, 12, 13, 14:
﴿فَإِذَا النُّجُومُ طُمِسَتْ﴾﴿وَإِذَا السَّمَاء فُرِجَتْ﴾﴿وَإِذَا الْجِبَالُ نُسِفَتْ﴾﴿وَإِذَا الرُّسُلُ أُقِّتَتْ﴾﴿لِأَيِّ يَوْمٍ أُجِّلَتْ﴾﴿لِيَوْمِ الْفَصْلِ﴾﴿وَمَا أَدْرَاكَ مَا يَوْمُ الْفَصْلِ﴾
“O zaman ki ulduzlar məhv olar; o zaman ki, səma parçalanar; o zaman ki, dağlar kökündən qoparılar; o zaman ki, peyğəmbərlər üçün (şəhadət versinlər deyə) vaxt təyin olunar; (soruşular) hansı gün üçün əcəl təyin olunub? Mühakimə günü üçün; sən nə bilirsən ki mühakimə günü nədir?”
Nöqtələr
◘”Təms” dedikdə məhv olmaq, aradan götürülmə mənaları anlaşılır. Olsun ki, günəşin nurunun aradan getməsi nəzərdə tutulmuşdur.
◘”Fərc” dedikdə yarıq mənası anlaşılır. Ayədə səmanın yaraılması, parçalanması nəzərdə tutulur.
◘”Uqqitət” sözü “vəqt” sözündən olub qiyamətdə peyğəmbərlər üçün vaxt təyin edilməsinə işarədir. Başqa ayələrdə də uyğun məzmunla rastlaşırıq. (Qeyd)1
◘Qiyamətin adlarından biri də “yəvmul-fəsl”, yəni ayrılıq günüdür. “Həcc” surəsinin 17-ci ayəsində buyurulur ki, Allah-taala qiyamət günü onların arasında ayrılıq salar.
◘Bu ayələrdə qiyamətin əzəməti üç təbirlə yada salınır: “Li əyyi yəvmin uccilət, liyəvmil-fəsl, və ma ədrakə ma yəvmul-fəsl.” “Yəvm”, “gün” sözünün təkrarı əzəmət göstəricisidir.
◘Qurani-kərimin digər ayələrində də oxşar ayə ilə rastlaşırıq. (Qeyd)2
Bildirişlər
1. Varlıqdakı nizam qiyamət günü pozular. Ulduzlar məhv olar, səma parçalanar. Bu barədə Quranda dəfələrlə xəbərdarlıq olunur.
2. Qiyamətin mahiyyətini yalnız vəhy yolu ilə öyrənmək mümkündür.
3. Bir mövzudan ki, peyğəmbər lazımınca xəbərdar deyil, başqaları necə xəbərdar olsun?!
4. Qiyamət günü peyğəmbərlərin ümmətlərə şəhadəti üçün müəyyən vaxt təyin olunmuşdur.
Dostları ilə paylaş: |