Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə196/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   192   193   194   195   196   197   198   199   ...   348
بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ

"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4, 5:

﴿عَمَّ يَتَسَاءلُونَ﴾﴿عَنِ النَّبَإِ الْعَظِيمِ﴾﴿الَّذِي هُمْ فِيهِ مُخْتَلِفُونَ﴾﴿كَلَّا سَيَعْلَمُونَ﴾﴿ثُمَّ كَلَّا سَيَعْلَمُونَ﴾

Onlar bir-birlərindən nə haqqında soruşurlar? Böyük xəbər haqqında. Həmin xəbər ki, onunla bağlı ixtilafdadırlar; yox, belə deyil; tezliklə bilərlər; bəli, belə deyil; tezliklə bilərlər.”


Nöqtələr
◘”Nəbə” dedikdə mühüm və qəti bir xəbər nəzərdə tutulur. Surənin sonrakı ayələrindən məlum olur ki, burada qiyamət hadisəsindən danışılır.

◘Rəvayətlərdə həzrət Əli (ə) “nəbən əzim”, yəni böyük xəbər nümunəsi sayılır.1 (Qeyd)

◘Məada münasibətdə kafirlər bir neçə zümrəyə bölünür. Bəziləri qiyamət hadisəsini mümkünsüz, bəziləri şübhəli sayır. Bu mövzuya münasibətdə tərəddüddə qalanlar və inadkarlıq göstərənlər var.

◘İnsanlar bəzən bir mövzunu anlamaq üçün, bəzən də başqalarında şübhə yaratmaq məqsədi ilə sual verirlər.2 (Qeyd)Xüsusilə qiyamət kimi labüd bir hadisə ilə bağlı şübhə yaradan suallar bu ayələrdə məzəmmət olunur.


Bildirişlər
1. Söhbətə sualla başlamaq sözü daha təsirli edir.

2. Qiyamətə münasibətdə şübhə yaratmaq kafirlərin işidir.

3. Əgər sual səmimidirsə onu cavablandırmaq lazımdır. Əgər sual verən başqalarında şübhə yaratmaq fikrindədirsə, onunla lazımı kimi rəftar etmək zəruridir.

4. Müqəddəsliklərə və dini inanclara münasibətdə tənələrə qəti şəkildə cavab verilməlidir.

5. Şübhələr qarşısında haqq sözü təkrarlamaq lazımdır.

6. Qiyamət hadisəsinə çox qalmayıb. (“Səyəlmun” sözündəki “sin” yaxınlıq bildirir)

7. Qiyamət həqiqətlərin üzə çıxacağı gündür.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin