Ayə 46, 47, 48, 49, 50:
﴿كُلُوا وَتَمَتَّعُوا قَلِيلًا إِنَّكُم مُّجْرِمُونَ﴾﴿وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ﴾﴿وَإِذَا قِيلَ لَهُمُ ارْكَعُوا لَا يَرْكَعُونَ﴾﴿وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ﴾﴿فَبِأَيِّ حَدِيثٍ بَعْدَهُ يُؤْمِنُونَ﴾
“Yeyin və azca bəhrələnin. Həqiqətən, siz günahkarsınız; həmin gün vay olsun təkzib edənlərə! Onlara rüku edin deyilsə, rüku edərlər; həmin gün vay olsun təkzib edənlərə; bundan (Qurandan) sonra hansı sözə iman gətirərlər?!”
Nöqtələr
◘Həkim xəstəyə istənilən bir qidadan yeməyə o zaman icazə verir ki, ya tamamilə sağalsın, ya da əlacsız xəstəliyə düçar olsun. Quranda “yeyin” əmri bəzən mərhəmət, bəzən isə qəzəb göstəricisidir. Bəzən Allah günahkarlara buyurur ki, nə istəyirsinizsə edin.1 (Qeyd)
◘Həzrət Peyğəmbər (s) səqif qəbiləsinə namaz qılmaq göstərişi verdi. Onlar dedilər: “Biz kimsənin qabağında əyilmərik.” Həzrət (s) buyurdu: “Rüku və səcdəsi olmayan dində fayda yoxdur.”2 (Qeyd)
◘Məkkənin fəthindən sonra həzrət Peyğəmbər (s) Müaviyənin anası, Əbu Süfyanın arvadından soruşdu: “İslamı necə görürsən?” Həmin qadın dedi: “Üç şey olmasaydı İslam yaxşı idi: hicab, Bilalın azanı, rüku və səcdələr.” Peyğəmbər (s) buyurdu: “Amma hicab ən üstün örtükdür, rüku və səcdəsiz namaz namaz deyil, Bilal da ən üstün bəndədir!”3 (Qeyd)
◘”Hədis” dedikdə yeni söz, əvəllər oxşarı görünməmiş kəlam nəzərdə tutulur.
◘Həzrət İbrahim Kəbə binasını yeniləşdirdikdən sonra Allahdan istədi ki, yalnız iman əhlinə ruzi versin. Allah buyurdu: “Mən dünyada kafirlərə də ruzi verərəm. Amma qiyamət dünyadan ayrıdır.”4 (Qeyd)
◘Rüku namazın rüknlərindən (əsaslarından), onun xüsusi əlamətlərindəndir. İnsan namazdan əlavə vaxtlarda da səcdə edə bilər. Məsələn, səcdə şükrü üçün səcdəyə gedə bilər. Amma rüku yalnız namazda həyata keçir. Bu səbəbdən də namazla bağlı “rəkət” sözü işlədilir.
Bildirişlər
1. Dünya ləzzətləri axirət ləzzətləri ilə müqayisədə əhəmiyyətsizdir.
2. Dünya nemətlərindən faydalanma Allahın sevimlisi olmaq deyil.
3. Günahkarlar yalnız maddi nemətlərdən bəhrələnə bilər.
4. Dünya həyatı nə qədər uzun olsa da, axirətlə müqayisədə bir göz qırpımıdır.
5. Namazın tərki dinin əməldə təkzibini göstərir.
6. Dinin inkarı və günah daimi yoldaşdır.
7. Quran insanlar üçün ən fəsahətli, ən təravətli, ən gözəl bildirişdir.
8. Quran buyuruqları heç vaxt aktuallığını itirmir, hər vaxt təravətlidir.
9. Qurana inanmayan kəs hansı sözə inanacaq?!
“NƏBƏ” SURƏSİ
Dostları ilə paylaş: |