Ayə 12, 13, 14, 15, 16:
﴿وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا﴾﴿وَجَعَلْنَا سِرَاجًا وَهَّاجًا﴾﴿وَأَنزَلْنَا مِنَ الْمُعْصِرَاتِ مَاء ثَجَّاجًا﴾﴿لِنُخْرِجَ بِهِ حَبًّا وَنَبَاتًا﴾﴿وَجَنَّاتٍ أَلْفَافًا﴾
“Üzərinizdə yeddi möhkəm (səma) qurduq; (günəşi) parlaq çıraq qərar verdik; sıx buludlardan bol su endirdik; belə ki, bu yolla bitkilər və ağacı çox bağlar cücərdək.”
Nöqtələr
◘”Musirat” sözü çıxmaq mənasını bildirən “əsr” sözündəndir. Bu söz ya sanki özünü sıxıb yağış yağdıran buludlara, ya da yağış üçün çıxılmış buludlar hazırlayan küləklərə aiddir.1 (Qeyd)
Bildirişlər
1. Allah varlıq aləminə müdiriyyəti müəyyən nizam əsasında həyata keçirir. Bu işdə səbəbiyyət, səbəb-nəticə kimi qanunlar gözlənilir. Günəşin işığı və istisi buludlar və yağışla birlikdə təbiət aləmini cana gətirir.
2. Quran şer deyil. Amma onda xüsusi bir ahəng var.
3. Təbii vasitələr bizi Allahdan qəflətdə saxlamamalıdır.
4. Ölü torpağı yağışla dirildib ona təravət verən Allah ölüləri diriltməyə aciz deyil.
Dostları ilə paylaş: |