Nur təFSİRİ


Ayə 31, 32, 33, 34, 35, 36



Yüklə 1,72 Mb.
səhifə201/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   197   198   199   200   201   202   203   204   ...   348
Ayə 31, 32, 33, 34, 35, 36:

﴿إِنَّ لِلْمُتَّقِينَ مَفَازًا﴾﴿حَدَائِقَ وَأَعْنَابًا﴾﴿وَكَوَاعِبَ أَتْرَابًا﴾﴿وَكَأْسًا دِهَاقًا﴾﴿لَّا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا كِذَّابًا﴾﴿جَزَاء مِّن رَّبِّكَ عَطَاء حِسَابًا﴾

Həqiqətən, təqva əhli üçün qurtuluş və böyük feyz var; növbə növ bağlar və üzümlər; gözəl və dilrüba zövcələr; oxşar və yaşıd; dolu camlar; orada nə boş söz, nə təkzib eşidərlər; Rəbbləri tərəfindən mükafat, hesablı bir bəxşiş.”


Nöqtələr
◘”Məfaz” deikdə ya feyz yeri, ya da feyz özü nəzərdə tutulur. “Hədiqə” sözünün cəm forması olan “hədaiq” sözü hasarlı bağlar bağlar mənasını bildirir. “Kəvaib” sözü sinəsi yenicə qalxmış qız mənasını bildirən “kaib” sözünün cəm formasıdır. “Ətrab” sözü “tərb” sözünün cəmidir. Bu söz yaşıd, oxşar mənalarını bildirir. Belə anlaşıla bilər ki, behişt hurilərin gözəllik baxımından bir-birlərindən üstün deyillər. “Kəs” dedikdə büllur cam, “dihaq” dedikdə dolu mənası nəzərdə tutulur. Bəziləri “dihaq” sözünün “dəhəq” kökündən olduğunu qeyd edirlər. “Dəhəq” dedikdə ardıcıl düyünləmək başa düşülür. Yəni camlar ardıcıl təklif olunar.

◘Üzümün meyvələr arasında xüsusi yeri var. Ona görə də onun adı ayrıca çəkilir.



Bildirişlər
1. Ümid və qorxu yanaşı olmalıdır. Bu surədə təqvalılar üçün mükafat zalımlar üçün cəza ilə yanaşı zikr olunur.

2. Ləzzət və qurtuluş maddi və mənəvi nemətlər sayəsində mümkün olur.

3. Behişt nemətləri insanı qürrələndirmir, onda qürur, qəflət, pis danışıq, məstliyə səbəb olmur.

4. Boş danışıq və yalandan uzaq məclislər behişt məclisidir.

5. Axirətdə həm cəzalar ədalətlidir, həm də mükafatlar hesab-kitabla verilir.

6. Behiştdə insanlar bir-birlərini təkzib etmirlər, onlar arasında qarşılıqlı etimad var.

7. İlahi mükafatlar behişt əhlinin mükafatı yox, ilahi fəzldir.

8. Cəzalandırma və mükafatlandırma nizamı müdiriyyət şərtidir.

9. Allahın müttəqilərə mükafatının hesabı var. Təqvası daha çox olanın mükafatı daha böyükdür.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin