Nur təFSİRİ


Ayə 3, 4: ﴿إِنَّا هَدَيْنَاهُ السَّبِيلَ إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًا﴾﴿إِنَّا أَعْتَدْنَا لِلْكَافِرِينَ سَلَاسِلَا وَأَغْلَالًا وَسَعِيرًا﴾



Yüklə 1,72 Mb.
səhifə175/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   171   172   173   174   175   176   177   178   ...   348
Ayə 3, 4:

﴿إِنَّا هَدَيْنَاهُ السَّبِيلَ إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًا﴾﴿إِنَّا أَعْتَدْنَا لِلْكَافِرِينَ سَلَاسِلَا وَأَغْلَالًا وَسَعِيرًا﴾

Həqiqətən, biz ona (doğru) yol göstərdik, istər şükr etsin, istər nankorluq göstərsin; həqiqətən, biz kafirlər üçün zəncirlər, buxovlar və şölələnən od hazırlamışıq.”


Nöqtələr
◘Hidayət bir neçə nöpv olur. Bəzən insan fitri şəkildə doğru yola yönəldilir. Qurani-kərimdə buyurulur ki, Allah bəşərin nəfsinə xeyir və şəri ilham etdi.3 (Qeyd) İnsan təhsil, düşüncə, məsləhət, təcrübə və mütaliə yolu ilə də hidayət ola bilər. Hidayətin başqa bir növü peyğəmbər və övliyaların təbliği ilə həyata keçir.

◘Təşəkkür bəzən qəlbdə özünü göstərir. İnsan bütün nemətlərin Allah tərəfindən verildiyinə inanır. Bəzən də əməli olaraq təşəkkür edilir. İnsan Allahın nemətlərini yalnız haqq yolda sərf edir. Təşəkkür dilə də aid ola bilər. İnsan dildə “Əlhəmdulillahi Rəbbil-aləmin” deməklə təşəkkür edir.

◘”Səlasil” sözü zəncir mənasını bildirən “silsilə” sözünün cəm formasıdır. “Əğlal” sözü “ğull” sözünün cəm formasıdır. O ”ğull” dedikdə boyundan asılan buxov nəzərdə tutulur. “Səir” sözü isə şölələnən alov mənasında işlənir.

◘İmam Sadiq (ə) “əmimma şakirən və imma kəfura” ayəsi ilə bağlı buyurur: “Biz doğru yolu göstərdik, bu yolla getsələr də, getməsələr də.”1 (Qeyd)

◘”Səlasila və əvlala”, yəni maraqlarda zəncir, boyunda buxov.

◘İnsan bəndəlik və təşəkkül yolunda zəif və orta bir mərhələ adlayır. Azğınlıq və inkarda isə yüksək bir mərhələ keçir. Yəni onun şükrü adi, küfrü isə güclüdür. Bəzi nümunələri nəzərdən keçirək: insan çox məyusdur2;(Qeyd) həqiqətən, insan çox zalımdır(Qeyd)3; insan tələskən varlıqdır4;(Qeyd) insan darbaxışlıdır(Qeyd)5; insan çox həris və dözümsüzdür(Qeyd)6; İnsana bir şər toxunduqda fəryad qoparır(Qeyd)7; insan öz Rəbbinə qarşı çox nankor və paxıldır.” (Qeyd)8


Bildirişlər
1. İnsan agahlıq və azadlıqla sınağa çəkilir. O göz, qulaq, düşüncə, fitrət və təbliğlə agah olur. Azadlıq isə bütün insanlara verilmişdir.

2. Allah insana xəbərdarlığı başa çatdırır, höccəti tamamlayır.

3. Doğru yol birdir, azğın yol çox!

4. Hidayət şükr müqabilində bir nemətdir. Din yolunu getmək şükr, bu yoldan çıxmaq nankorluqdur.

5. Peyğəmbərlərin hidayətini, doğru yola çağırışını qəbul etməyənlər küfrün ən yüksək mərtəbəsindədirlər. (“Kəfur” küfrün zirvəsidir.)

6. Şükr etməyən kəs “kəfur”dır. Şükr və küfr arasında 3-cü yol yoxdur.

7. İnsanın tərbiyəsində xəbərdarlıq müjdədən çox rol oynayır. (Buna görə də Quran öncə xəbərdarlıq edir, sonra müjdələyir.)

8. İlahi cəzaların ölçüsü, meyarı var.

9. Hər seçimin öz sonluğu var. Küfrün sonu cəhənnəm, şükrün sonu behiştdir.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin