Ayə 6, 7, 8, 9, 10, 11, 12, 13, 14:
﴿أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ﴾﴿إِرَمَ ذَاتِ الْعِمَادِ﴾﴿الَّتِي لَمْ يُخْلَقْ مِثْلُهَا فِي الْبِلَادِ﴾﴿وَثَمُودَ الَّذِينَ جَابُوا الصَّخْرَ بِالْوَادِ﴾﴿وَفِرْعَوْنَ ذِي الْأَوْتَادِ﴾﴿الَّذِينَ طَغَوْا فِي الْبِلَادِ﴾﴿فَأَكْثَرُوا فِيهَا الْفَسَادَ﴾﴿فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ﴾﴿إِنَّ رَبَّكَ لَبِالْمِرْصَادِ﴾
6. “Rəbbinin Ad qövmü ilə rəftarını görmədinmi?” 7. Sütunlu binalar sahibi İrəm qövmünə”; 8. “Onların başqa şəhərlərdə misli tikilməmişdi”; 9. Öz məskənlərində (ev tikmək üçün) daş layları aparan Səmud qövmü ilə (rəftarı gördünmü)”; 10. “Fironla, böyük qüdrət və qoşun sahibi ilə (rəftarı gördünmü)”; 11. “O kəslər ki şəhərlərdə tüğyan qopardılar”; 12. “Orada fitnə-fəsad törətdilər”; 13. Rəbbin onların başına əzab qamçısını endirdi”; 14. “Həqiqətən, Rəbbin izləyir.”
Nöqtələr
◘Ad qövmü iki qrupdan ibarət idi: qədim Ad və yeni Ad. Onlardan biri həzrət Nuhdan sonra Əhqaf məntəqəsində yaşayırdı. Bu uca qamətli və güclü insanların abad şəhərləri vardı.
◘”İrəm” ya Ad qövmünün ikinci adı, ya bu qövmün bir qolunun adı, ya da onların yaşadığı məntəqənin adıdır.. Bu məntəqədən böyük və uca sütunlu tikililərə malik Ad qövmü yaşayırdı. Bəziləri Şəddadın, bəziləri isə İsgəndərin tikdiyi binaların “irəm” adlandırıldığını qeyd edir. “Səxrə” dedikdə böyük və ağır daşlar mənası nəzərdə tutulur. İki dağ və ya təpə arasındakı ərazi “vad” adlandırılır.
◘”İmad” sözü uca sütun və ya tikili mənasını ifadə edir. Qədim ərəblər, həzrət Salehin peyğəmbər göndərildiyi qövm “Səmud” adlandırılır. Onlar qədim vaxtlar Ərəbistanın şimalında yaşamışlar.
◘”Cabu” dedikdə daşın kəsilməsi nəzərdə tutulur. “Cəvab” sözü bu kökdəndir. “Cəvab” dedikdə suala son qoyan düzgün açıqlama nəzərdə tutulur.
◘Belə görünür ki, Səmud qövmü Ad qövmündən sonra yaşamışdır. Çünki onların adı ikinci zikr edilir.
◘Ad və Səmud qövmünün cəzalandırılması Allahın zalımları daim izlədiyini göstərir. Allah daim nəzarət edir. Günahkarlar üçün qurtuluş yolu yoxdur. Onların əzaba düçar olması labüddür. Möhkəm binalar və qalalar ilahi qəzəbin qarşısını ala bilməz. Möhkəm bir binada özünü ilahi qəzəbdən amanda bilmək düzgün deyil.
◘”Zil əvtar” ifadəsi ya Firon hökumətinin möhkəmliyini, ya onun öz müxaliflərini çarmıxa çəkməsini, ya da Firon qoşununun gücünü bildirir.
◘”Səbb” dedikdə tökmək, axıtmaq mənası anlaşılır. “Əzab yağması” təbiri əzabın ardıcıllığına işarə ola bilər.1 (Qeyd)
◘Əlbəttə ki, bizə boyun damarımızdan yaxın olan Allah hər bir addımımızı izləyir.2 (Qeyd)
Bildirişlər
1. Azğınların tarix boyu məhv edildiyini unutmayın.
2. Azğınların məhvi Allahın rübubiyyət cilvələrindəndir. Sədi deyir:
İtidiş pələngə rəhm edən insan
Zəiflərə sitəm qılır hər zaman.
3. İnsanın tarixdən ibrət götürməsi onun düşüncəli olduğunu göstərir.
4. İslam peyğəmbəri (s) Ad və Səmud qövmü, Firon haqqında məlumatları vəhy vasitəsi ilə əldə edirdi.
5. Memarlıqda daş sütunlardan istifadə Ad qövmünün adı ilə bağlıdır.
6. Daşdan istifadə ilə memarlıq Ad qövmünün ixtirasıdır.
7. Aradakı baxış fərqlərinə görə insanların istedad və ixtiralarını pərdələməyək.
8. Mənəviyatsız güc əmin-amanlığı pozan amillərdəndir.
9. Azğın kəs və azğınlıq sərhəd tanımır.
10. Fitnə-fəsadın kökü azğın hakimlərdədir.
11. Təqva və düzgünlükdən uzaq mədəniyyət cəmiyyəti süquta uğradır.
12. Tərbiyədə bəzən qamçıya ehtiyac yaranır.
13. Azğınlıq və fəsad yalnız cəza ilə aradan qalxır.
14. Verilmiş möhlət insanı qürrələndirməməlidir. Allah daim onu izləyir.
15. Dünya əzabı axirət əzabı ilə müqayisədə müvəqqəti ağrısı olan qamçını xatırladır.
Dostları ilə paylaş: |