Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə335/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   331   332   333   334   335   336   337   338   ...   348
بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ

"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4, 5, 6:

﴿قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ﴾﴿لَا أَعْبُدُ مَا تَعْبُدُونَ﴾﴿وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ﴾﴿وَلَا أَنَا عَابِدٌ مَّا عَبَدتُّمْ﴾﴿وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ﴾﴿لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ﴾

De ki, ey kafirlər! Mən sizin pərəstiş etdiklərinizə pərəstiş etmərəm; siz də mənim pərəstiş etdiyimə pərəstiş etməzsiniz; nə mən sizin ibadət etdiklərinizə ibadət edənəm; nə də siz mənim ibadət etdiyimə ibadət edənsiniz; sizin ayininiz özünüz üçün, mənim ayinim özüm üçün.”


Nöqtələr
◘Surənin nazil olma şəni ilə bağlı bildirilir ki, Qüreyş başçılarından bəziləri Peyğəmbərə (s) dedilər: “Ey Məhəmməd (s), sən bir il bizim ayinlərə tabe ol, biz də növbəti il sənin ayinlərinə tabe olaq. Sonra hansı yaxşıdır onu seçək.” Amma Peyğəmbər (s) bu təklifi qəbul etmədi. Onlar dedilər: “Heç olmaya bizim məbudlarımıza toxun, onlardan bərəkət istə. Biz də sənin Allahına pərəstiş edək.” Həmin vaxt hazırkı surə nazil oldu.

◘“Qul” əmri kafirlərin Peyğəmbərə (s) münasibətdə kinini bir qədər azaldır. Bu söz onlara anladır ki, qarşılarında Peyğəmbər (s) yox Allah dayanıb.

◘Bəzən müxalifləri özbaşına buraxmaq lazımdır. “Qəsəs” surəsinin 55-ci ayəsində də uyğun məna təsdiqlənir. Əslində belə bir müraciət qarşı tərəflə razılaşmaq yox, onlar üçün xəbərdarlıqdır.

◘Bəzən Quranda təkrarlar təkid mənasını daşıyır.1 (Qeyd) Bu surədə də təkrarlarda məqsəd təkid ola bilər. Belə ki, uyğun təkrarlar nəticəsində müşriklər müsəlmanların təslim olacaqlarından ümidlərini üzsünlər. Uyğun təkrarlar müsəlmanlara təlqin də ola bilər. Onlar bu sözlərdən sonra öz mövqelərini möhkəmlətməlidirlər.

◘Kafirlərdən bir qisminin iman gətirməməsi Quranda dəfələrlə vurğulanır. “Bəqərə” surəsinin 6-cı, “Yasin” surəsinin 7-ci ayəsi də bu qəbildəndir.
Bildirişlər
1. Həzrət Peyğəmbər (s) vəhy əmanətçisi idi. O yalnız nazil edilənləri dilə gətirirdi.

2. Müsəlmanlar qeyri-məntiqi təkliflərə qətiyyətlə cavab verməli, düşmənlərin ümidini üzməlidirlər.

3. Vəhdət adı altında dini prinsiplərdən geri çəkilmək olmaz.

4. Küfr dünyası müsəlmanların təslim olacağına ümid etməməlidir.

5. Kafirlərin rədd edilməsi ardıcıl və aşkar olmalıdır.

6. Dinlə müamilə etməyin. Düşmənlə sazişə girməyin. Onların yersiz təkrarlanan təkliflərinə qəttiyətlə cavab verin.

7. Başqalarını cəzb etmək xatirinə hansı işə gəldi əl atmayın.

8. Quran qeybdən xəbər verir. Həmin təklifi verənlərdən biri də İslamı qəbul etməyə razı olmadı.

9. Möhkəmlik və qətiyyət rəhbərlik şərtidir.

10. Allaha ibadət və bəndəlik mömini kafirdən fərqləndirən meyardır. İmanlı olduğunu iddia edib namaz qılmayanların sözləri şübhəlidir.

11. İnsan din seçimində azaddır.

12. Sıralar bir-birindən ayrılmalıdır. Haqq batildən, kefr imandan seçilməlidir.

13. Hər bir şəxsin məbudu onun dinindən danışır.
NƏSR” SURƏSİ


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   331   332   333   334   335   336   337   338   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin