Ayə 14:
﴿يَآ أَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا إِنَّ مِنْ أَزْوَاجِكُمْ وَأَوْلَادِكُمْ عَدُوًّا لَّكُمْ فَاحْذَرُوهُمْ وَإِن تَعْفُواْ وَتَصْفَحُواْ وَتَغْفِرُواْ فَإِنَّ ٱﷲَ غَفُورٌ رَّحِيمٌ﴾
“Ey iman gətirənlər! Zövcələrinizdən və övladlarınızdan bəziləri sizin düşməninizdir. Onlardan həzər qılın. Əgər əfv etsəniz? Göz yumsanız və bağışlasanız (bilin ki) Allah bağışlayan və mehribandır.”
Nöqtələr
◘”Əfv” dedikdə təqsirin bağışlanması, “səfh” dedikdə təqsirə görə danlamamaq, “məğfirət” dedikdə təqsiri yaddan çıxarmaq nəzərdə tutulur. İnsan ətrafındakılara, ailə-övladına münasibətdə bu üç addımı ata bilər.
◘İmam Baqir (ə) buyurur: “Məkkə müsəlmanları hicrət qərarına gəldikləri vaxt onların ailə-övladlarından maneçilik törədənlər tapıldı. Onlar and verib, ərlərini hicrətdən çəkindirmək istəyirdilər.1 (Qeyd) Ayə nazil oldu və Peyğəmbər (s) əmrinə zidd olan bu istəklərin qəbul edilməməsi tapşırılıdı.
◘İnsana dini vəzifələrinin icrasında mane olan ailə-övlad axirət səadətini əngəlləyir. Bu səbəbdən də onlar düşmən sayılmışlar.
◘Qurani-kərimdə yalnız ailə-övlada münasibətdə əfv, səfh, məxrifət mərhələləri yanaşı zikr olunmuşdur.
◘Ayənin nazil olma şəninə əsasən dostu düşməndən seçmə meyarı onların xeyir və ya şərə təşviq etməsidir. Bir şəxs öz mənafeinə xatir başqa birini vəzifəsindən çəkindirirsə, onun düşmənidir.
◘Bəzi mühavcirlər ailə-övladlarına deyirdilər ki, əgər bu gün hicrət etməyib sonradan gəlsəniz sizi qəbul etməyəcəyik. Amma Quran onların bağışlanmasını tövsiyə edir.1 (Qeyd)
◘”Nur” surəsinin 22-ci ayəsində də oxşar məzmunla rastlaşırıq. Bildirilir ki, Allahın sizi bağışlamasını istəyirsinizsə özünüz də bağışlayın.
◘Əfv etmək, danlamamaq nə qədər mühüm olsa da, təqsiri görməməzliyə vurmaq daha üstündür. Məğfirət sözünün əfv və səhv sözlərindən sonra gəlməsi onun daha yuxarı mərtəbə olduğunu göstərir. Bundan əlavə Allah ayənin sonunda “ğəfur” sifəti ilə yada salınır. Hansı ki, o biri iki sifət də mövcuddur.2 (Qeyd) Quran ümmətə rəhbərliklə bağlı Peyğəmbərə (s) üç göstəriş verir: əfv etməkdən əlavə bütün büdrəmələri yaddan çıxarmaq, bundan da mühümü onlarla məsləhətləşib, şəxsiyyətlərini dəyərləndirmək.3 (Qeyd)
◘Həzrət Peyğəmbərdən (s) belə nəql olunur: “Elə bir dövr gələr ki, kişinin talehi arvadı və övladının əlində olar. Onlar yoxsulluğuna görə kişini məzəmmət edər, o da ailə-övladın istəklərini yerinə yetirmək üçün hər işə əl atıb həlak olar.”4 (Qeyd)
Bildirişlər
1. Ailə-övladın haqsız istəklərinə müqavimət göstərilməsi gerçək iman şərtidir. Bu müqavimət düşmənçiliklə qarşılansa belə zəruridir.
2. Haqq yola mane olmayan ailə-övladlar da var.
3. İnsan ehtiyatlı olmalı, azğın ailə-övlada aldanmamalıdır.
4. Ailə-övladın yersiz istəklərinə təslim olmayın, amma onlara münasibətdə əfv, güzəşt, bəxşiş yolunu tutun.
5. Son nöqtəyədək xətaları açıb-ağartmayaın. Bağışlayın, məzəmmət etməyin, pisliyi hətta özünüz də yadınızdan çıxarın.
6. Ailə həyatında vəzifə və istəklər arasında tarazlıq yaratmaq lazımdır. Ailə məhəbbətinə görə hicrət və cihad kimi vəzifələr tərk olunmamalı, eyni zamanda vəzifənin icrasına xatir ailəyə diqqətsizlik göstərilməməlidir.
7. Bilin ki, sizin əfv və bəxşişiniz Allahın əfv və bəxşişi ilə müşayiət olunasıdır.
8. Allahın bəxşişi Onun xüsusi rəhmət və lütfü ilə müşayiət olunur. Əgər siz başqalarını bağışlasanız, Allah da sizi bağışlayar və lütfündən bəhrələndirər.
Dostları ilə paylaş: |