Nur təFSİRİ


İnsanın ailə qarşısında məsuliyyəti



Yüklə 1,72 Mb.
səhifə66/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   62   63   64   65   66   67   68   69   ...   348
İnsanın ailə qarşısında məsuliyyəti
Quranın müxtəlif ayələrində insanın ailə qarşısındakı məsuliyyətlərinə işarə olunur: insana ailəsini oddan qurtarmaq tövsiyə edilir1(Qeyd); ailəni namaza çağırmaq tapşırılır2; yaxınlara xəbərdarlıq etmək əmr edilir3(Qeyd); övladı namaz və əmr be mərufa dəvət etmək tövsiyə edilir4(Qeyd); Peyğəmbərə (s) öz qadın və qızlarına və mömin qadınlara xəbərdar etməsi tapşırılır5(Qeyd); qiyamətdə üzüqara insanlar ailələri ilə birlikdə ziyankar sayılır6; ilahi insanların ailələrinin talehi ilə bağlı narahat olduqları bildirilir7(Qeyd); Peyğəmbərin (s) daim öz ailəsini namaza çağırdığı qeyd edilir8(Qeyd).

Rəvayətlərdə də bu mövzuya lazımınca diqqət yetirilmişdir. Əli-ibn Əbu-Talib (ə) buyurur: “Özünüzə və ailənizə xeyir öyrədin, onları ədəbləndirin.”9 (Qeyd)

Həzrət Peyğəmbər (s) buyurur: “Hamınız əlinizin altında olanlar üçün məsuliyyət daşıyırsınız. Kişi ailənin, zövcəsinin və övladlarının məsuludur. Həzrət (s) buyurur: “Övladınız 7 yaşına çatanda onlara namaz göstərişi verin. 9 yaşları olanda hətta tənbeh həddinədək ciddi olun. 10 yaşında övladlarınızın yatağını ayırın.”10 (Qeyd)

◘”Muddəssir” surəsində 19 cəhənnəm mələyi olduğu bildirilir.11 (Qeyd) Olsun ki, ayədəki “rivazun şidad” ifadəsi həmin 19 mələyə aiddir.

◘Olsun ki, Allahın əmrləri dedikdə cəhənnəm əhlinin tutulması, bağlanması, oda atılması nəzərdə tutulur. Başqa ayələrdə də oxşar təbirlər var.12 (Qeyd)

Mələklər arasında da dərəcələr var. Ayədə üstün mələklərin özlərindən aşağı mələklərə əmri və onların nə üçün-niyəsiz itaəti nəzərdə tutula bilər.13 (Qeyd)

◘Həm özünüzü qoruyun, həm də Allahın sizi qorumasını diləyin.14 (Qeyd)
Bildirişlər
1. İmanlı olmaq bəs etmir. İmanı təhlükələrdən qorumaq lazımdır.

2. İslahatda ilk addım insanın özünü və yaxınlarını islah etməsidir. Yalnız bundan sonra cəmiyyətin islahına başlamaq olar. Bu ayədə insanın özünün və yaxınlarının islahı əvvəldə, kafirlər və münafiqlərlə cihad vasitəsi ilə cəmiyyətin islahı sonda gəlir.

3. Təqva və islahatda məad və cəhənnəmə imanın mühüm rolu var.

4. Övladların dini tərbiyəsi ailədə müdirin öhdəsinədir.

5. İnsanın nəfsi azğındır. Onun nəzarətə ehtiyacı var.

6. İnsanı hamıdan əvvəl özü qorumalıdır.

7. Zəncirləri ayağımızdan açmamış başqalarını azad edə bilmərik. Ailə və cəmiyyətin tərbiyəsində müvəffəqiyyət üçün əsas şərt insanın özünü tərbiyə etməsidir.

8. Ailə və yaxınları boşlamağın cəzası cəhənnəmə çır-çırpı olmaqdır.

9. Qəlbi daş olanlar həmin gün daşlar cərgəsində dayanar.1 (Qeyd)

10. Müdiriyyətdə hər işə məsuliyyət daşıyan kəs həmin işə münasib olmalıdır. Cəhənnəmin məsulu sərt xasiyyətli olmasa ya özü əziyyət çəkər, ya da tapşırığı düzgün yerinə yetirməz.

11. Cəhənnəm əhlini cəzalandıran mələklər səhlənkarlığa yol vermir.

12. Mələklər həm keçmiş, həm də gələcək əmrləri mütiliklə yerinə yetirir.



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin