Bildirişlər
1. Savaş və cihad ilahi rəhbərin nəzarəti altında olmalıdır.
2. Dinin mahiyyəti qəlbən inanmaqdan ibarətdir. Bu səbəbdən də yalandan din iddiasında olan münafiqlər kafirlərlə bir cərgədə dayanır.
3. İslam kompleks bir dindir. Onda mərhəmət də, sərtlik də var.
4. İnsan küfr və nifaq sayəsində o qədər alçalır ki, aləmlərə rəhbər olan Peyğəmbər (s) də onlarla sərt davranır.
5. Möminlərin kafirlər və münafiqlər tərəfindən öldürülməsi yalnız qiyamət əzabı ilə cəzalandırıla bilər.
Ayə 10:
﴿ضَرَبَ ٱللَّهُ مَثَلًا لِّلَّذِينَ كَفَرُواْ ٱمْرَأَةَ نُوحٍ وَٱمْرَأَةَ لُوطٍ كَانَتَا تَحْتَ عَبْدَيْنِ مِنْ عِبَادِنَا صَالِحَيْنِ فَخَانَتَاهُمَا فَلَمْ يُغْنِيَا عَنْهُمَا مِنَ ٱللَّهِ شَيْئًا وَقِيلَ ٱدْخُلَا ٱلنَّارَ مَعَ ٱلدَّاخِلِينَ﴾
“Allah kafirlər üçün Nuh və Lutun zövcələrini misal çəkir. İki saleh şəxsin zövcələri olan bu iki qadın bizim bəndələrimizdən idilər. Amma həmin iki şəxsə xəyanət etdilər. Allah (Onun cəzası) qarşısında o iki qadın üçün peyğəmbərlərin əlindən bir iş gəlmədi. Onlara deyildi ki, daxil olun oda daxil olanlarla!”
Nöqtələr
◘Bu ayədə iki qadın küfrün ən üstün nümunəsi olaraq tanıtdırılır. Hər iki qadın peyğəmbər ailəsindəndir, peyğəmbər zövcəsi olmuşdur. Amma onlar Allah düşmənləri əl-ələ vermiş, onlarla həmfikir olmuşlar. Sonrakı ayələrdə isə iki qadın ən üstün qadın kimi tanıtdırılır. Onlardan biri müşrik və zalım Fironun zövcəsi, digəri həzrət Məryəmdir.
◘Surənin başlanğıcında iki peyğəmbərinin azğınlığından danışıldı. Buyuruldu ki, peyğəmbərə qarşı qurğu qursanız, bilin ki, Allah, mələklər və möminlər onun hamisidir. Surənin axırlarında həzrət Nuh və Lutun cəhənnəm əhli olan iki zövcəsi yada salınır. Onlar xəyanətlərinə görə cəhənnəmə daxil edilər. Həzrət Nuh və Lut peyğəmbər olsalar da, Allahın qəzəbi qarşısında zövcələrini müdafiə edə bilmirlər.
◘Peyğəmbərin zövcəsi olmaq qurtuluş səbəbi deyil. İnsan peyğəmbərin övladı da olsa onu xoşbəxt və ya bədbəxt edən əməlləridir. Quranın başqa ayələrində də Lutun zövcəsinin bədbəxtliyi yada salınır.1 (Qeyd)
Ən üstün tərbiyə üsulu dolayısı ilə tərbiyədir. Əbu Ləhəb, Nuhun oğlu da kafir idilər. Amma Allah peyğəmbər zövcələrini misal çəkir. Bu qadınlar peyğəmbərin sirrini açmaqda suçlanırlar. Bununla növbəti peyğəmbərin zövcələrinə xəbərdarlıq edilir. Onlar düşünməməlidirlər ki, peyğəmbərə bağlılıq qurtuluş açarıdır.
◘Ailənin cəhənnəm odundan qorunması dedikdə tam müvəffəqiyyət nəzərdə tutulmur. Çünki bəzi ailələr itaətsizlik göstərir.
◘Hədisdə bildirilir ki, həzrət Nuh və Lutun zövcələri cinsi baxımdan yollarını azmamışdılar.2 (Qeyd) Onların xəyanəti dedikdə peyğəmbərlə müxaliflikləri və müxaliflərlə həmkarlıqları nəzərdə tutulur.
Bildirişlər
1. Qadın tarix boyu fəsad və ya sülh nümunəsi ola bilər.
2. Ədəbsizlərdən ədəb öyrənmək mümkündür.
3. Qadın əqidə və əməl baxımından azaddır. Ailə bağlılığı, iqtisadi və ya ictimai bağlılıq onu məcbur etmir.
4. Bəndəlik və səlahiyyət peyğəmbərliyə çatmaq rəmzi idi.
5. Küfr və nifaq hətta peyğəmbər ailəsinə nüfuz edir.
6. Bəndəlik və ibadət saleh əməllə müşayiət olunduqda dəyərli sayılır.
7. Dini ailə nizamında hamilik və müdiriyyət kişinin öhdəsinədir.
8. Yolunu azmış yaxınlar səmavi rəhbərin paklıq və ədalətinə kölgə salmır.
9. Məktəbə xəyanət insanı bir vəziyyətə salır ki, peyğəmbərlərin də şəfaəti təsirsiz olur.
10. Allahın qəhr-qəzəbinə heç bir amil mane ola bilməz.
11. Xəyanət cəhənnəmə aparır.
Dostları ilə paylaş: |