Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə136/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   132   133   134   135   136   137   138   139   ...   348
Ayə 18, 19, 20, 21:

﴿وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا﴾﴿وَأَنَّهُ لَمَّا قَامَ عَبْدُ اللَّهِ يَدْعُوهُ كَادُوا يَكُونُونَ عَلَيْهِ لِبَدًا﴾﴿قُلْ إِنَّمَا أَدْعُو رَبِّي وَلَا أُشْرِكُ بِهِ أَحَدًا﴾﴿قُلْ إِنِّي لَا أَمْلِكُ لَكُمْ ضَرًّا وَلَا رَشَدًا﴾

Şübhəsiz, məscidlər Allaha məxsusdur, orada Allahla birgə kimsəni çağırmayın. Allahın bəndəsi ayaq üstə dayanıb Onu çağırdığı vaxt (cinlər) başına toplananda de ki, mən yalnız Rəbbimi çağırıram, kimsəni ona şərik qoşmuram. De ki, həqiqətən, mən sizə xeyir vermək, ya ziyan vurmaq gücünə malik deyiləm.”


Nöqtələr
◘”Məsacid” sözü səcdə məhəlli mənasını bildirən “məscid” sözünün cəm formasıdır.

◘İmam Sadiq (ə) buyurur: “Yəhudilər və məsihilər öz ibadət mərkəzlərində Allaha şərik qoşduqlarından Allah buyurur ki, İslam məscidlərində Allahdan savayı kimsəni çağırmayın və Allah lənət etsin məscidə hörmət qoymayana.”1 (Qeyd)

◘”Libəda” sözü toplum, izdiham mənasını bildirir.

◘18-ci ayədə dua dedikdə ibadət nəzərdə tutulur. İbadət məqsədi ilə Allahdan qeyrisini çağırmaq haramdır. Adi çağırış isə şirk deyil.

◘İbadət zamanı insanların izdihamı dedikdə ya müxaliflərin istehza məqsədi ilə bir yerə toplanması, ya da aşiqlərin zikr üçün bir araya gəlməsi nəzərdə tutulur.

◘İxlas o zaman zirvə həddinə çatır ki, insan özünü görmür, hər şeyin Allah tərəfindən olduğunu düşünür. Bu ayələrdə öncə buyuruldu ki, mən kimsəni şərik bilmirəm. Sonra qeyd edilir ki, hətta özümü bir şeyə sahib saymıram.

◘Peyğəmbərin bəndəliyi onun özünü təsirsiz saymasında, hər şeyi Allah tərəfindən bilməsində özünü göstərir.

◘Surənin başlanğıcından hazırkı ayəyədək dörd dəfə inkişaf sözü işlədilmişdir. Bununla vəhyin əsas məqsədi nəzərə çatdırılır.

◘Peyğəmbərin xeyir və ziyan vermək imkanına malik olmaması onun hər işdə Allahdan asılı olduğunu göstərir. Adi halda isə bir çox ayələrdə Peyğəmbərin mühüm fəaliyyətləri sadalanır. Onun xalq üçün bağışlanma istəməsi misal göstərilə bilər.2 (Qeyd)


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin