Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə144/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   140   141   142   143   144   145   146   147   ...   348
Ayə 10, 11, 12, 13, 14:

﴿وَاصْبِرْ عَلَى مَا يَقُولُونَ وَاهْجُرْهُمْ هَجْرًا جَمِيلًا﴾﴿وَذَرْنِي وَالْمُكَذِّبِينَ أُولِي النَّعْمَةِ وَمَهِّلْهُمْ قَلِيلًا﴾﴿إِنَّ لَدَيْنَا أَنكَالًا وَجَحِيمًا﴾﴿وَطَعَامًا ذَا غُصَّةٍ وَعَذَابًا أَلِيمًا﴾﴿يَوْمَ تَرْجُفُ الْأَرْضُ وَالْجِبَالُ وَكَانَتِ الْجِبَالُ كَثِيبًا مَّهِيلًا﴾

Dediklərinə səbr et və onlardan yaxşı şəkildə uzaqlaş; məni imkanlı və rifah içində yaşayan inkarçılarla tək burax, onlara azca möhlət ver; həqiqətən, buxovlar və şölələnən od bizim ixtiyarımızdadır; xılxalayan və ağrılı əzab; bir gün torpaq və dağlar lərzəyə gələr, dağlar rəvan qum təpələri şəklinə düşər.”


Nöqtələr
◘”Həcr” və “hicran” sözləri digərindən ayrılmaq və kənara çəkilmək mənasını bildirir.

◘”Nimət” Allahın insana əta etdiyi şey mənasını bildirir. “Nəmət” isə kama çatmaq, eyş-işrət mənasındadır.

◘”Nikəl” sözünün cəm forması olan “ənkal” sözü imkan mənasını ifadə edir. “Nəku” etmək isə borcu ödəməkdə, iş görməkdə acizlik mənasını bildirir. İnsanı hərəkətdən saxlayan buxov və zəncir “ənkal” adlanır. Rəvayətdə deyilir ki, diş ağrısı həzrət Əlini (ə) taqətdən salmışdı. Həzrət Allaha belə ərz etdi: “Pərvərdigara, kiçik bir sümük bu qədər ağrılıdırsa, axirət əzabı necədir?! Sonra həzrət hazırkı ayəni oxudu.1 (Qeyd)

◘”Kəsib” qum təpəsi, “məhil” rəvan qum mənasını bildirir.

◘Müxaliflərdən uzaqlıq məqsəddən əl çəkmək deyil. Düşmənə arxa çevirmək növbəti təbliğ mərhələləri üçün bir növ taktikadır.2 (Qeyd)

◘Ayədəki hədələr müşriklərin savaşda məğlubiyyəti və ya axirət əzabına işarə ola bilər.


Bildirişlər
1. Allah zikri başqalarından əl çəkib Allaha təvəkkül etmək çətinliklər qarşısında səbr üçün zəmindir.

2. Səbr və qəlbigenişlik rəhbərin mühüm səciyyələrindəndir.

3. Rəhbər istənilən bir acı söz və itdihama hazır olmalıdır.

4. İslam rəhbəri bəzən hansısa qrupları və fərdləri baykot etməli, onlardan uzaqlaşmalıdır.

5. Öncə səbr etmək, sonra kənara çəkilmək lazımdır. Kənara çəkilməzdən öncə səbr gəlir.

6. Allahı vəkil seçənlər başqalarından rahatlıqla uzaqlaşa bilər.

7. Müxaliflərdən gözəl şəkildə, rəhbərin şəninə uyğun surətdə ayrılmaq lazımdır.

8. Allahı vəkil seçən ərzə-hədyan danışanları Allaha tapşırır.

9. Allah Öz Peyğəmbərinə (s) hədyan danışan düşmənlər müqabilində təsəlli verir.

10. İnsanın səbrini artıran Allahın dərhal himayələridir.

11. Təkzibçilər adətən rifah içində yaşayanlardan olur.

12. Əgər var-dövlət sahiblərinə müqavimət göstərmək gücünüz yoxsa nigaran olmayın, Allah bu işə qadirdir.

13. Müxaliflərə möhlət vermək Allahın sünnəsidir.

14. Təkzibçilərin xoş günü uzun çəkmir, onlara dünyada az fürsət verilib.

15. Allah kafirlərə möhlət vermişsə bu onun razılığını göstərmir.

16. Kafirləri ötəri rifah qürrələndirməsin, onları buxov və zəncirlər, şölələnmiş od və xılxalayan əzab gözləyir.

17. Ləzzətli, amma haram qidaları axirətdə boğazları tıxaclayan təamlarla sonuclanır.

18. Dünya rifahının ağrılı əzaba çevrilməsi dağı Quma çevirən qüdrət üçün asandır.

19. Dağların narın qumlara dönməsi qiyamət zəlzələsinin şiddətini göstərir.
Ayə 15, 16:


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin