Nur təFSİRİ


Nöqtələr ◘Müdiriyyətdə məsulları məlumatlandırmaq, qorumaq və onlara nıəzarət etmək lazımdır. Qeyb elmi



Yüklə 1,72 Mb.
səhifə140/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   136   137   138   139   140   141   142   143   ...   348
Nöqtələr
◘Müdiriyyətdə məsulları məlumatlandırmaq, qorumaq və onlara nıəzarət etmək lazımdır.
Qeyb elmi
Allahdan başqa qeyb elmini bilən varmı? Əgər bilən varsa nə həddə bilir? Kimlər bilir? Onlar Allahın istəyi ilə bilir, yoxsa bilavasitə? Onların biliyi daimidir, yoxsa bir anlıq? Onlar qismən bilir, yoxsa tamamilə? Onlar bu biliyi özləri qazanmışlar, yoxsa onlara əta olunmuşdur? Bəli, bu qəbil suallar çoxdur. Uyğun mövzu ilə bağlı vaxtı ilə apardığım araşdırmaların nəticəsini təqdim edirəm:

Birinci prinsip: Allahdan savayı kimsə vasitəsiz olaraq qeyb elmindən xəbərdar deyil. Çünki qeyb elminin açarı yalnız Ona məxsusdur.2 (Qeyd)Başqaları qeyb elmindən qismən xəbərdardır.3 (Qeyd)

Quranda bildirilir ki, həzrət İsa insanlara üz tutub buyurdu: “Mən sizə evlərinizdə olandan, yeyəcəklərinizdən xəbər verərəm.1 (Qeyd)Bəli, başqaları yalnız Allahın izni ilə qeyb elmindən xəbər tutur.2 (Qeyd)

İkinci prinsip: “Cin” surəsinin 26-cı surəsində buyurulur ki, Allah yalnız razı qaldığı peyğəmbər kimi şəxslərə qeyb elmindən xəbər verər. “Ali-İmran” surəsinin 174-cü ayəsində kimsənin yox, yalnız peyğəmbərlərin qeyb elmindən xəbərdarlığı vurğulanır.

Bəli, özünü qeyb elmindən xəbərdar kimi göstərən və əslində mənəviyyatla heç bir əlaqəsi olmayan kahinlərin, cadugərlərin, fala baxanların hesabı ayrıdır və onlar yalnız. Zənn-güman, ehtimallar əsasında danışırlar.

Üçüncü prinsip: Allahın övliyaları yanız Allahın izni ilə qeyb elmindən istifadə edirlər. Onlar şəxsi problemlərinin həlli üçün bu bilikləri işə salmırlar. Necə ki, İslam peyğəmbəri adi həyatda qeyb elminə müraciət edmirdi.

Əgər Allahın övliyaları şəxsi məqsədlər üçün möcüzə və qeyb elmindən istifadə etsəydilər, xalqa nümunə ola bilməzdilər. Əgər imam Hüseyn (ə) möcüzə və dua ilə susuzluq problemini həll etsəydi, bu imkana malik olmayanlara imam seçilə bilməzdi.

Dini rəhbərlərin müvəffəqiyyət səbəblərindən biri olnarın çətinliklərə dözümüdür. Onlar müxtəlif çətinliklərə, o cümlədən müharibələrə, yoxsulluğa, xəstəliyə, ayrılığa məruz qalmışlar. Onların səbr və dözümü, zöhd və təqvası məhz belə məqamlarda özünü göstərir.

Dördüncü prinsip: Qeyb iki növdür: Yalnız Allaha məxsus olan və peyğəmbərlərə, mələklərə və məsum imamlara verilən.3 (Qeyd)

Qeyb elminin Allaha məxsus olduğunu vurğulayan ayədə birinci növ qeyb elmi, başqalarının da qeyb elmini bildiyini deyən ayədə isə ikinci növ qeyb elmi nəzərdə tutulur. Duada Allahı yalnız Ona məxsus olan qeyb elminə and veririk. Allah varlıq aləmindəki gedişatları dəyişə bilər. Bu səbəbdən də övliyalar gələcəkdən xəbər tutmağa acizdirlər. İmam Səccad (ə) buyurur ki, əgər Quranda bircə ayə olmasaydı sizə qiyamətədək baş verəcək bütün hadisələri xəbər verərdim. Ondan bu ayənin hansı ayə olduğunu soruşurlar. İmam buyurur: “Allah i(Qeyd)stədiyini məhv edər, istədiyini sabit saxlayar. Ümmül-kitab Allahın ixtiyarındadır.”4

Altıncı prinsip: Kamillik bəzən qeybi bilməkdə, bəzən qeybdən xəbərsizlikdə olur. Məsələn, həzrət Əli (ə) Peyğəmbərin (s) yerində yatdığı gecə düşmənin onu öldürüb-öldürməyəcəyini bilmirdi. Əgər bilsəydi ki onu öldürməyəcəklər, onun yerində yatması fəzilət sayılmazdı. Dini rəhbərlər buyururlar ki, bəzən pərdələr çəkilir və işlərdən xəbər tuturuq, bəzən də pərdələr bağlı qalır.5 (Qeyd)

Bəli, qeyb elmi Allahın əlindədir. Allah Peyğəmbərə (s) buyurur ki, qiyamət haqqında soruşanlara “bilmirəm” söyləsin.6

(Qeyd)


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin