Rəvayətlərdə gecə namazı haqqında
İslam Peyğəmbəri (s) buyurur: “Sizin ən üstünləriniz gözəl danışanlar, acları doyuranlar, hamı yuxuda olduğu vaxt gecə namazı qılanlardır.”4 (Qeyd)
Həzrət Peyğəmbər (s) Əli ibn Əbu-Talibə (ə) təkrar-təkrar gecə namazını tövsiyə edir.5 (Qeyd) İmam Sadiq (ə) buyurur: “Möminin şərəfi gecə namazındadır.” İmam digər bir rəvayətdə buyurur: “Möminin zinəti və iftixarı gecə namazıdır.”6 (Qeyd)
Bir şəxs həzrət Əliyhə (ə) dedi: “Mən gecə namazı qılmaq tövfiqindən (ilahi yardımından) məhrum olmuşam!” Həzrət buyurdu: “Günahların səni buxovlayıb.”7 (Qeyd)
Allah-taala həzrət Musaya xitabən buyurur: “Ey Musa, gecə vaxtı mənimlə danışmaq əvəzinə yatanlar məni sevdiyini yalan deyir.”8 (Qeyd)
Həzrət Peyğəmbər (s) buyurur: “Gecə yarı qılınan iki rəkət namaz mənim üçün dünya və onda olanlardan daha əzizdir.”9 (Qeyd)Rəvayətlərdə bildirilir ki, gecə namazı ruzini artırır, borcun ödənməsinə kömək olur, qəm-qüssəni aradan qaldırır, gözə işıq verir.10 (Qeyd)
Rəvayətlərdə bildirilir ki, gecə namazı gün uzunu yol verilən günahların bağışlanmasına səbəb olur.11 (Qeyd)
Allah-taala Quranda bəzi əməllərin mükafatını qeyd etmişdir. Amma gecə namazı haqqında buyurur ki, gecə namazı müqabilində nə veriləcəyini kimsə bilməz.12
(Qeyd)
Bildirişlər
1. İbadətdə vaxt seçiminin təsiri var.
2. Bəzi feyzlər və bərəkətlər gecədən qaynaqlanır.
3. Gecənin qaranlığı ibadət üçün ən münasib vaxtdır. Həmin vaxt riyaya şərait olmur, insan daha səmimi ibadət edir.
4. Gün uzunu ibadətlərin insan ruhuna təsiri var.
5. Gecə namazı sabitqədəmlik amilidir və əqidəni gücləndirir.
6. Peyğəmbər də Allahın zikri və duaya ehtiyaclı idi.
7. Gün uzunu qazanılası müvəffəqiyyətlər gecə ibadətlərindən güc alır.
8. Allahın rübubiyyəti tələb edir ki, daim Onu yada salaq.
9. Din və dünya bir-birindən ayrı deyli. Dünya üçün çalışarkən Allahı xatırlamaq lazımdır.
10. Kamillik üçün çalışarkən onun ən üstün dərəcəsini nəzərdə saxlayın.
11. Gecə ibadəti və gündüz zikr Allaha doğru hərəkətin müqəddiməsidir.
12. Allahın şərq və qərbə müdiriyyəti Onun yeganəliyinə dəlildir və Ona təvəkkülün zəruriliyini göstərir.
Dostları ilə paylaş: |