Nur təFSİRİ


Ayə 21, 22, 23, 24, 25, 26, 27, 29, 30



Yüklə 1,72 Mb.
səhifə200/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   196   197   198   199   200   201   202   203   ...   348
Ayə 21, 22, 23, 24, 25, 26, 27, 29, 30:

﴿إِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًا﴾﴿لِلْطَّاغِينَ مَآبًا﴾﴿لَابِثِينَ فِيهَا أَحْقَابًا﴾﴿لَّا يَذُوقُونَ فِيهَا بَرْدًا وَلَا شَرَابًا﴾﴿إِلَّا حَمِيمًا وَغَسَّاقًا﴾﴿جَزَاء وِفَاقًا﴾﴿إِنَّهُمْ كَانُوا لَا يَرْجُونَ حِسَابًا﴾﴿وَكَذَّبُوا بِآيَاتِنَا كِذَّابًا﴾﴿وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ كِتَابًا﴾﴿فَذُوقُوا فَلَن نَّزِيدَكُمْ إِلَّا عَذَابًا﴾

Həqiqətən, cəhənnəm bir pusqudur; o azğınlar üçün qayıdış yeridir; uzun müddət orada qalarlar; cəhənnəmdə nə sərinlik görər, nə də içməyə bir şey taparlar; tapdıqları yalnız qaynar su, çirkab olar; bu onların günahı müqabilində münasib cəzadır; hesab gününə ümid və inamı olmayan onlar idi; bizim ayələrimizi qətiyyətlə təkzib edirdilər; kitabımızda hər şeyin hesabı vardı; indi dadın, sizin üçün əzabdan başqa bir şey artırmarıq.”


Nöqtələr
◘”Mirsad” dedikdə pusqu, “tağin” dedikdə günahda həddi aşmaq mənaları nəzərdə tutulur.

◘”Məad” sözü dönüş yeri mənasını bildirir. İnsan bu yeri öz əməlləri ilə qazandığından o “məad” adlanır.

◘”Huqb” sözündən olan “əhqab” sözü uzun zaman mənasını bildirir.

◘Rəvayətlərdə bildirilir ki, əhqab huqbın cəmidir. Hər huqb isə 60 ildir. Bəziləri bir huqbun 80 il olduğunu bildirir. Bu ilin hər günü dünyadakı min il kimidir.1 (Qeyd)

◘”Həmim” dedikdə qaynaq su, “ğəssaq” dedikdə yaradan axan çirkli su mənaları nəzərdə tutulur.

◘Olsun ki ayədə cəhənnəmin hamı üçün pusqu olduğu nəzərdə tutulmuşdur. Amma təqvalılar həmin pusqudan ötüb keçər, günahkarlar ilişib qalar.

◘İlahi ədalətə əsasən cəzalar insanın əqidəsi müqabilində təyin olunur. Əgər əzab çoxdursa, bunun səbəbi həddi aşmış küfrdür. Peyğəmbərlərin hər dəvəti kafirlərin müxalifətini artırır. Allah da onların əzabını ağırlaşdırır.

◘Cəhənnəmdə sərinlik əvəzinə dözülməz isti, gözəl şərbətlər əvəzinə irinlə çirkab var.


Bildirişlər
1. Cəhənnəm günahkarların sorağındadır.

2. Günahkarların pusquda ilişib qalması qəti bir işdir.

3. Həddi aşmaq cəhhənəm əhlinin nişanəsidir.

4. Cəhənnəm əhli iki qrupdur. Bəziləri orada əbədi qalar, bəziləri bir müddətdən sonra oranı tərk edər.

5. Allah ədalətlə cəzalandırır.

6. Qiyamətdə sorğu-sual ehtimalı insanın özünə nəzarəti üçün bəs edər.

7. Qiyamətə etiqadsızlıq azğınlıq göstərcisidir.

8. Qiyamətin inkarı bütün həqiqətlərin inkarı üçün zəmindir.

9. Həm böyük, həm də kiçik işlərin hesab-kitabı var. Allah hər şeydən xəbərdardır və onun xəbərdarlığı davamlıdır.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin