Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə27/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   23   24   25   26   27   28   29   30   ...   348
Nöqtələr
◘”Təaləv” sözü yüksəkliyə qalxmaq mənasını bildirən “ülüv” sözündəndir.

◘İp toxumaq mənasını bildirən “ləyy” kökündən olan “ləvvəv” sözü burada haqdan boyun qaçırmaq mənasında işlənmişdir.

◘Ən böyük bədbəxtçilik odur ki, insan bilərəkdən həm özünü həm də başqalarını doğru yoldan uzaqlaşdıra.

◘”Tövbə” surəsinin 80-ci ayəsi də 6-cı ayənin oxşarıdır. Ayədə buyurulur ki, möminləri adlayan münafiqlər üçün yetmiş dəfə bağışlanma diləsən də Allah onları bağışlamaz.


Bildirişlər
1. Azğın insanlara müraciət edib, onları tövbəyə, doğru yola qayıdışa çağırırn.

2. İlahi övliyalara doğru çağırış təkamül səbəbidir.

3. Övliyaların günahkarlara duası qəbuldur.

4. Peyğəmbərə (s) təvəssül etmək olar.

5. Faydalı təklifdən boyun qaçırmaq təkəbbür göstəricisidir.

6. Haqlı dəvəti qəbul etməyən kəs haqqında Peyğəmbərin (s) də duası təsirsizdir.

7. Təkəbbür insanı sonsuz ilahi mərhəmətdən məhrum edir.

8. Həm doğru, həm də azğın yola yönəldən Allahdır. Amma Allah günah ardınca gedənləri azdırır.


Ayə 7:

﴿هُمُ ٱلَّذِينَ يَقُولُونَ لَا تُنفِقُواْ عَلَى مَنْ عِندَ رَسُولِ ٱللَّهِ حَتَّى يَنفَضُّواْ وَلِلَّهِ خَزَآئِنُ ٱلسَّمَاوَاتِ وَٱلْأَرْضِ وَلَكِنَّ ٱلْمُنَافِقِينَ لَا يَفْقَهُونَ﴾

Onlar həmin kəslərdir ki, “peyğəmbərin ətrafında olanlara infaq etməyin, qoy dağılışsınlar” deyirlər. Hansı ki göylərin və yerin xəzinələri Allaha məxsusdur, amma münafiqlər anlamır.”


Nöqtələr
◘”Xəzain” sözü “xəzinə” sözünün cəm formasıdır.

◘İqtisadi blokada, möminləri sıxıntıya salmaq düşmənlərin həmişəki qaydasıdır. Necə ki, münafiqlər Peyğəmbərə (s) yaxın insanlara yardıma qadağa qoyurdular. Vaxtı ilə Müaviyə də göstəriş vermişdir ki, Əlinin (ə) yaxınlarına beytül-mal verilməsin.1 (Qeyd) Bir gün Kərbəlada imamın yaxınlarına su verilmədiyi kimi bu gün dünyanın super gücləri azadlığa can atan ölkələri iqtisadi mühasirəyə alırlar.


Bildirişlər
1. Düşmənin məktəb və rəhbərə qarşı tədbirlərindən biri onlara bağlı olanları dağıtmaqdır.

2. Maddiyatçılar elə düşünür ki, insanlar dünyaya xatir Peyğəmbərinin (s) toplaşır. Ona görə də, iqtisadi mühasirənin təsirli olacağını düşünürlər.

3. Möminlər sıxıntıya düşdükləri vaxt münafiq və müxaliflərin yardımına göz dikməməlidirlər. Onlar Allaha təvəkkül etməli və xəzinə sahibindən yardım gözləməlidirlər.

4. Möminlərə ümid verin və düşmənlərin fitnəkar sözlərini cavablandırın.

5. Münafiqlərin baxışları zahiri hesabatlara əsaslanır və səthidir.
Ayə 8:

﴿يَقُولُونَ لَئِن رَّجَعْنَآ إِلَى ٱلْمَدِينَةِ لَيُخْرِجَنَّ ٱلْأَعَزُّ مِنْهَا ٱلْأَذَلَّ وَلِلَّهِ ٱلْعِزَّةُ وَلِرَسُولِهِ وَلِلْمُؤْمِنِينَ وَلَكِنَّ ٱلْمُنَافِقِينَ لَا يَعْلَمُونَ﴾

Onlar deyirlər ki, əgər (döyüşdən) Mədinəyə qayıtsaq, ən qüvvəlilər ən çox zillətdə olanları xaric edəcəklər. Hansı ki qüvvət də iqtidar da Allaha, Onun peyğəmbərinə və möminlərə məxsusudur. Amma münafiqlər bilməz.”


Nöqtələr
◘Təfsirlərdə 5-8-ci ayələrin nazil olma şəni müfəssəl bəyan edilmişdir. Qısaca nəzər salaq: hicri 6-cı il baş vermiş Bəni-müstəliq savaşından sonra Mədinəyə qayıdarkən mühacirlərdən biri ənsardan olan başqa bir nəfərlə su üstündə dalaşdı. Onlardan hər biri o birinə qalib gəlmək üçün dostlarından kömək istədi. Münafiqlərin başçısı olan Abdullah ibn Ubəyy ənsardan olan şəxsə köməyə tələsib dedi: “Biz muhacirləri məskən və dolanışıq verdik, onlar isə bizə qarşı çıxırlar. Əgər Mədinəyə qayıtsaq, qüvvəlilər zəifləri şəhərdən xaric edəcək.” Zeyd ibn Ərqəm adlı gənc bu əhvalatı Peyğəmbərə (s) xəbər verdi. Həzrət Peyğəmbər Abdullah ibn Übəyi yanına çığırıb dediyi sözlər barədə soruşdu. Amma Abdullah dediyi sözləri inkar etdi. Ənsar etiraz etdi ki, nə üçün Peyğəmbər (s) bir gəncin sözü əsasında bizim başçımızı məzəmmət edir. Həzrət Peyğəmbər (s) dava-dalaşın qarşısını almaq üçün istirahət fikrindən daşınıb hərəkət əmri verdi. Mədinəyə qayıtdıqdan sonra Abdullah ibn Übəyin mömin oğlu onun qarşısını kəsib dedi: “Yoxsa özünü qüvvəli bilib Peyğəmbəri (s) Mədinədən çıxarmaq istəyirsən? Bu işə yol vermərəm.” Gənc oğul atasının qarşısını kəsib onu Mədinəyə buraxmadı. Bu məsələ barədə Peyğəmbərə (s) xəbər verdilər. Həzrət Abdullahın Mədinəyə daxil olmasına icazə verdi. Belə ki, özünü qüvvəli sayan insan zəlil vəziyyətdə şəhərə daxil oldu. Abdullah ömrünün sonunadək xəcalətindən bayıra çıxmadı. Nə vaxt ona təklif olunurdusa ki, Peyğəmbərdən (s) üzür istəsin boyun qaçırırdı.

◘İmam Sadiq (ə) buyurur: “Allah cəmiyyətin idarəçiliyini müsəlmanlara tapşırsa da, onlara özlərini alçaltmaq icazəsi vermir.1 (Qeyd)

◘Hədisdə oxuyuruq: İmam Sadiqdən (ə) soruşdular ki, mömin özünü necə zəlil edə bilər? İmam buyurdu: “Möminin gücü çatmayan və vəzifəsi olmayan işə baş qoşması onu zəlil edir.”2 (Qeyd)

◘”Və lillahil izzə” ifadəsində “Əllah” adının öncə gəlməsindən məlum olur ki, həqiqi izzət, qüvvət yalnız Allaha məxsusdur.

◘Allahın izzəti sonradan qazanılma yox, zatidir. Peyğəmbərin (s) izzəti isə Allahın ona xüsusi lütfüdür. Allah möminlərə sonda qələbə vəd etdiyindən onları da izzətli etmişdir.3 (Qeyd)
Bildirişlər
1. Münafiqlər İslam hökumətini süquta uğratmağa çalışırlar.

2. Münafiqlər özlərini iqtidarlı, Peyğəmbər (s) və möminləri zəlil sayırlar.

3. Allah möminlər öz imanlarını qoruyacaqları təqdirdə onların qələbə çalacağını zamin durmuşdur.

4. İzzət yalnız Allah, Peyğəmbər (s) və möminlərə məxsusdur.

5. Düşmənin azğın sözlərini cavablandırın. ÖPzünü qüvvəli, Peyğəmbəri (s) zəlil sayanlara həqiqi izzətin kimə məxsus olduğunu deyin.

6. Münafiqlər həqiqəti dərk etməkdə acizdirlər. Onlar anlamırlar ki, Allah möminlərə yardım etmək istəsə iqtisadi blokadalar onun qarşısını ala bilməz. Həqiqəti izzətin iman əhlinə məxsus olduğunu dərk etmək münafiqlərin gücündə deyil.



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin