Ayə 9:
﴿يَا أَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تُلْهِكُمْ أَمْوَالُكُمْ وَلَا أَوْلَادُكُمْ عَن ذِكْرِ ٱللَّهِ وَمَن يَفْعَلْ ذَلِكَ فَأُوْلَئِكَ هُمُ ٱلْخَاسِرُونَ﴾
“Ey iman gətirənlər, malınız və övladınız sizi Allah zikrindən yayındırmasın. Belə edənlər həmin ziyankarlardır.”
Nöqtələr
◘Münafiqlərlə bağlı söhbət bu ayəyədək başa çatmışdı. Amma dünyaya bağlılıq əsas nifaq amillərindən olduğu üçün bu ayədə Allah-taala möminləri mal və övlada əsarətdən çəkindirir.1 (Qeyd)
Allah zikrindən qəflət
İnsanı Allah zikrindən ayıran səbəblər çoxdur. Onları ən mühümləri bu ayədə yada salınmış mal və övladdır. Şərab və qumar da Allah zikrinə mane olan səbəblərdəndir.2 (Qeyd)
Alış-veriş, ticarət də insanı ilahi düşüncələrdən ayıra bilər. Bu səbəbdən də ticarət zamanı Allahı unutmayanlar mədh edilir.3 (Qeyd) Var-dövlət toplamaq həvəsi insanı Allah zikrindən ayıran səbəblərdəndir.4 (Qeyd) Uzun-uzadı arzular da insanın fikrini yayındırır.5 (Qeyd) Digər qəflət amili insanın rifaha meyl göstərməsidir.6 (Qeyd)
Qeyd etmək lazımdır ki, axirət üçün müqəddimə sayılmayan dünyaya bağlılıq təhlükəlidir. Belə ki, dünya həyatını bəzəyən insan qətiyyən axirət barədə düşünmür, yalnız dünyası üçün çalışır. Belə bir meyl insanı Allah zikrindən uzaqlaşdırır.7 (Qeyd)
Şübhəsiz ki, Allahdan qəflət insanı şeytana yaxınlaşdırır.8 (Qeyd) Nəticədə insan ağrılı əzaba düçar olur.9 (Qeyd)
◘İnsana xəbərdarlıqlarda məqsəd Allah zikrindən uzaqlığın təhlükəsini önə çəkməkdir. Mal və övlad ona görə yada salınır ki, bu iki amil əsas qəflət amillərindəndir.
◘Allahın zikri dedikdə onun istənilən bir şəkildə yada salınması nəzərdə tutulur. Amma ən üstün zikr namazdır. Bəli, mal və övlada əsarət insanı namazdan ayırır.
◘Olsun ki, mal və övlad öz zahiri cilvəsi ilə insanı yayındırır.10 (Qeyd)
◘Quran mal və övladı fitnə və sınaq amili sayır.11 (Qeyd) Başqa bir ayədə mal və övladın insanı Allaha yaxınlaşdırmadığı bildirlir.12 (Qeyd)
Bildirişlər
1. Moizələrinizin təsirli olması üçün qarşınızdakı möminlərin şəxsiyyətinə hörmət edin.
2. Allah zikrini mal və övladdan üstün tutmaq iman şərtidir.
3. İstər az, istər çox mal və övlad Allah zikrinə mane ola bilər.
4. Allah zikrindən qəflət əsil zərərdir. (Mal və övladı əldən vermək cüzi, Allahdan qəflətsə külli zərərdir)
Ayə 10:
﴿وَأَنفِقُواْ مِن مَّا رَزَقْنَاكُم مِّن قَبْلِ أَن يَأْتِيَ أَحَدَكُمُ ٱلْمَوْتُ فَيَقُولَ رَبِّ لَوْلَآ أَخَّرْتَنِي إِلَى أَجَلٍ قَرِيبٍ فَأَصَّدَّقَ وَأَكُن مِّنَ ٱلصَّالِحِينَ﴾
“Ölüm hər birinizin sorağına gəlməmiş sizə verdiyimiz ruzidən infaq edin. (Ölən vaxt) Deyəsiniz ki, pərvərdigara, sədəqə verib salehlərdən olmağım üçün nə üçün məni (ölümümü) bir qədər təxirə salmadın?!”
Dostları ilə paylaş: |