بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ
"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1:
﴿يُسَبِّحُ لِلَّهِ مَا فِي ٱلسَّمَاوَاتِ وَمَا فِي ٱلْأَرْضِ لَهُ ٱلْمُلْكُ وَلَهُ ٱلْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ﴾
“Göylərdə və yerdə olanlar Allaha təsbih deyir. Hökm də, sitayiş də Ona məxsusdur. O hər şeyə qadirdir.”
Nöqtələr
◘Dünyadakı hakimlər öz iqtidarlarını qorumaq üçün hər yola əl atırlar. Amma Allah-taala kimsəyə zülm etmir, bütün varlıq aləmi onu paklığı ilə öyüb həmd söyləyir.
◘Həmd-səna istənilən bir nöqsandan pak olan kəsin haqqıdır. Öncə Allahın paklığı yada salınır, sonra Ona sitayişdən danışılır. Namazda da təsbih və həmd rüku və səcdələrdə yanaşı zikr olunur.
Bildirişlər
1. Varlıq aləmindəki bütün mövcudların hansısa şəkildə şüuru var. Onlar həmin şüur əsasında Allaha təsbihə məşğuldurlar. (Təəssüf ki bəzi insanlar ibadət və təsbihi tərk etdiklərindən varlıq nizamında düyün olmuşlar)
2. Allahın hakimiyyəti mütləqdir, istənilən bir məhdudiyyətdən uzaqdır. (İlahi hakimiyyət məcazi yox həqiqidir, həvalə olunmuş və müvəqqəti deyil.)
3. Dünya həyatında hökm və qüdrət sahibi olanların əksəri məzəmmət edilir. Amma qüdrət və hökm sahibi olan Allaha həmd-səna oxunur.
4. Bütün kamilliklərin qaynağı Odur, bu səbəbdən də bütün sitayişlər Ona ünvanlanmalıdır.
5. Yer üzündəki əksər hakimlər problemləri aradan qaldırmağa, islahat aparmağa acizdirlər. Amma Allah-taala hər işə qadirdir.
6. Allah varlıq aləminin bütün nöqtələrində eyni dərəcədə iqtidarlıdır. (Bir çınqıl yaratmaqla dağ silsiləsi yaratmaq Allah üçün fərq etməz. Necə ki gözümüz üçün bir çınqıl və ya dağ görməyin fərqi yoxdur.
Dostları ilə paylaş: |