Ayə 10:
﴿وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِآيَاتِنَآ أُوْلَئِكَ أَصْحَابُ ٱلنَّارِ خَالِدِينَ فِيهَا وَبِئْسَ ٱلْمَصِيرُ﴾
“Küfrə uğrayıb ayələrimizi inkar edənlər həmin cəhənnəm əhlidir. Həmişə orada qalarlar. Bu pis bir sonluqdur.”
Nöqtələr
◘”Təğabun” dedikdə məsuliyyətdən yayınma istəklərinin təcəssümü nəzərdə tutulur. Qiyamət günü kafirlər imansızlıqlarına, günahkarlar saleh iş görmədiklərinə, möminlər daha çox savaba çatmadıqlarına görə həsrət çəkər, bir növ məsuliyyəti başqalarının üzərinə yıxmağa çalışarlar. Quranda buyurulur ki, həmin gün şeytan “məni məzəmmət etməyin, təqsirkar özünüzsünüz” söyləyər. Günahkar razı olar ki, ailə-övladını, bütün yaxınlarını cəhənnəmə aparsınlar, təki o xilas olsun.
“Təğabun” dedikdə başqa bir məna da nəzərdə tutula bilər. Məsələn, azğın rəhbərlər öz ardıcıllarını təqsirləndirər, ardıcıllar da öz növbəsində rəhbərləri günahlandırar.1 (Qeyd)
◘”Yəvmul-cəm” qiyamətin adlarındandır. Bu söz başqa ayələrdə də işlədilmişdir.2 (Qeyd)
“Məğbun” kimidir?
Rəvayətlərdə “məğbun” şəxsin kimliyi belə açıqlanır: iki günü bərabər olan məğbundur3(Qeyd); təkəbbür və qürur dünyada yoxsulluq, axirətdə məğbunluq səbəbidir4(Qeyd); gecə namazından məhrum insan məğbundur5(Qeyd); qiyamətdə insanın hər günü üçün 24 xəzinə açılar. İnsan hansı saatını boş keçiribsə, boş xəzinə ilə rastlaşar. Bu hadisə insanda təəssüf yaradar6(Qeyd); Allah yolunda cihadı tərk edən insan məğbundur7; qiyamətdə 2 zümrə üzbəüz dayanar: məğbunlar və nicat tapanlar.
◘Tərbiyə prosesində həm müjdə, həm də xəbərdarlığa ehtiyac var. 9-cu ayədə behişt müjdəsi, 10-cu ayədə əbədi cəhənnəm əzabı yada salınır.
Bildirişlər
1. Qiyamət insan üçün xatırlama günüdür.
2. Məğbunluqdan xilas yolu iman və saleh əməldir.
3. İman saleh əməldən ayrı deyil.
4. Saleh əməl pisliklərin kəffarəsidir.
5. Paklanmasaq behiştə getmərik. Öncə günahları yumaq, sonra behişt barədə düşünmək.
6. Behiştin çoxsaylı bağları və çayları əbədidir.
7. Ən böyük qurtuluş insanın iman və saleh əməllə behiştə daxil olmasıdır.
Dostları ilə paylaş: |