Nur təFSİRİ


﴿وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاء وَيُقِيمُوا الصَّلَاةَ وَيُؤْتُوا الزَّكَاةَ وَذَلِكَ دِينُ الْقَيِّمَةِ﴾



Yüklə 1,72 Mb.
səhifə308/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   304   305   306   307   308   309   310   311   ...   348
﴿وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاء وَيُقِيمُوا الصَّلَاةَ وَيُؤْتُوا الزَّكَاةَ وَذَلِكَ دِينُ الْقَيِّمَةِ﴾

Kitab əhlinə yalnız bu əmr olunub ki, dinlərini xalis etdikləri halda Allaha pərəstiş etsinlər, haqqa üz tutsunlar, namazı bərpa etsinlər, zəkat ödəsinlər. Budur möhkəm din.”


Nöqtələr
◘”Hunəfa” sözü “ hənif” sözünün cəm formasıdır. Bu söz haqqa meyl mənasını bildirir. “Cənif” dedikdə isə batilə meyl nəzərdə tutulur.

◘Əgər “zalikə dinul-qəyyimə” cümləsini “Rum” surəsinin 30-cu ayəsi ilə yanaşı qoysaq aydın olar ki, xalis ibadət, Allahla rabitə, imkansızlara yardım insanın fitri tələblərindəndir.



Bildirişlər
1. Dindən uzaq insanların arzu-istəkləri və üslubları dəyişkəndir. Möhkəm və sabit din xalisliklə Allaha sığınmaqdır.

2. Namaz və zəkatsız iman möhkəm deyil.

3. Qədim vaxtlardakı inadkarlıqların və təfriqələrin yada salınması Peyğəmbər (s) və onun yaxınları üçün təsəlli səbəbidir.

4. Tövhid və Allaha xalisliklə pərəstiş vəhdət amilidir.

5. Peyğəmbərlər insanları özlərinə yox, Allaha doğru çağırmışlar.

6. Xalislik və bəzək-düzəkdən uzaqlıq əbədiyyət rəmzidir.

7. Tövhid, namaz və zəkat göstərişləri bütün dinlərdə olmuşdur.
Ayə 6, 7:

﴿إِنَّ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ وَالْمُشْرِكِينَ فِي نَارِ جَهَنَّمَ خَالِدِينَ فِيهَا أُوْلَئِكَ هُمْ شَرُّ الْبَرِيَّةِ﴾﴿إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُوْلَئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ﴾

Həqiqətən, kitab əhli və müşriklərdən küfrə uğrayanlar cəhənnəm odundadır. Onlar orada əbədidirlər. Onlardır ən pis məxluq. Şübhəsiz, iman gətirib saleh işlər görənlər ən üstün məxluqdur.”


Nöqtələr
◘”Bəriyyə” sözü ya “bəra” sözündən olub torpaq, ya da “bərəə” sözündən olub yaranmış mənasını bildirir. Birinci mənada bütün torpaqdan yaranmışlar, o cümlədən insan nəzərdə tutulur.

◘Şiə və sünnü rəvayətlərində nəql olunur ki, həzrət Peyğəmbər (s) Əli ibn Əbu Talibə (ə) buyurdu: “Sən və sənin yardımçıların “xəyrül-bəriyyə”siniz.”1 (Qeyd)

◘Digər ayələrdə də oxşar məzmunla rastlaşırıq.2 (Qeyd)

◘İnsanın üstünlük dəlili budur ki, ona peyğəmbər və kitab göndərilir. İnsan həqiqəti anlasa da təkəbbür səbəbindən inadkarlıq göstərir.


Bildirişlər
1. İslamı qəbul etməyən şəxs müşrik və ya kitab əhli olmasına baxmayaraq kafirdir.

2. Kitab əhli və müşriklərin aqibəti eynidir.

3. Varlıq aləminin əşrəfi olan insan aşkar dəlilləri ayaq altına almaqla ən rəzil məqama süqut edir.

4. İnsan öz seçimi ilə məqamını müəyyənləşdirir. O ya “şərrul-bəriyyə” ya da “xəyrul-bəriyyə” olur.

5. Küfrlə iman arasında, eləcə də, işlərin sonu ilə bağlı müqayisələr ən yaxşı aydınlaşdırma üsuludur.

6. Başqa varlıqların inkişaf və süqutu məhduddur. Amma insanın inkişafı və süqutu nəhayətsizdir. İnsan xalis iman və saleh əməl sayəsində mələkdən üstün məqam qazana bilər.

7. Üstünlük imandan asılıdır. Ən pis insanlar isə küfrə uğrayanlardır.

8. İman yalnız saleh əməllə müşayiət olunduqda səmərə verir.


Ayə 8:


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   304   305   306   307   308   309   310   311   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin