Bildirişlər 1. Allah-taala başqa din nümayəndələri və müxaliflərlə söhbət qaydalarını
Peyğəmbərə (s) öyrədir.
2. Məntiq və vicdanla şübhə və boş fikirlərə cavab verin.
3. Mənəvi və dini işlərdə inhisarçılıq qadağandır.
4. İfratçılığın, puç təxəyyüllərin qarşısı alınmalıdır.
5. Ölümə hazırlıq iman iddiasının dəyərləndirmə meyarıdır. Dost dostla görüşə can
atır. Əgər Allahla dostsunuzsa nə üçün onunla görüşdən qaçasınız?!
6. Elə dəlillər göstərin ki, düşmənin danışmağa sözü qalmasın.
7. Ölümdən qorxunun kökü insanın öz əməllərindədir.
8. Bir çoxları yalandan övliyalıq iddiası edir. Allah çirkin batinlərdən agahdır.
Ayə 8: َنو ُّرِفَت يِذ لٱ َت ْوَمْلٱ نِإ ْلُق﴿ شلٱ َو ِبْیَغْلٱ ِمِلاَع ىَلِإ َنوُّد َرُت مُث ْمُكیِق َلاُم ُه نِإَف ُهْنِم ِةَداَه ﴾ َنوُلَمْعَت ْمُتنُك اَمِب مُكُئِ بَنُیَف “(Ey peyğəmbər) De ki, həqiqətən, qaçdığınız ölümlə hökmən rastlaşacaqsınız. Sonda qeyb və aşkardan xəbərdar olan kəsin yanına dönəcəksiniz. O sizi gördüyünüz işlərdən xəbərdar eedəcək.” Nöqtələr ◘İnsanlar ölümdən qaçmaq üçün min yol axtarıblar. Amma nə faydası? Bəziləri
ölümdən qurtulmaq üçün cəbhədən qaçır. Amma Allah-taala buyurur ki, belə bir fərarilik
ölümün qarşısını ala bilməz.
1
İnsanlar evlərini möhkəm tikirlər ki, ölüm onları
yaxalamasın.
2
Bəli, dünyada ölümdən, axirətdə Allahın qəzəbindən qaçmaq olmaz.
3
◘Qiyamətdə yenidən dirçəlişə iman insanın dünyada təqvalı olması üçün ən təsirli
amildir.
Bildirişlər 1. Allahın iradəsi insanın iradəsinin fövqündədir.
2. Ölümlə qiyamət arasında uzun ara var.
3. Allah aşkardan və qeybdən eyni həddə agahdır.
4. Günahkar öncə günahlarından xəbərdar edilməli, sonra cəzalandırılmalıdır.