﴾ َنی ِمِلا ظلاِب ٌمیِلَع
1
“Muhəccətul-bəyza”, c. 1, s. 130
2
Həmin mənbə
3
“Maidə”, 41
4
“Bəqərə”, 61
5
“Maidə”, 64
6
“Maidə”, 64
7
“Nisa”, 46
8
“Bəqərə”, 87
9
“Maidə”, 82
10
“Maidə”, 70
11
“Bəqərə”, 61
12
“Maidə”, 78
17
“Amma onlar bundan öncəki əməllərinə (səmavi kitabı təhrif etdiklərinə və
peyğəmbəri təkziblərinə) görə heç vaxt ölüm arzulamazlar. Allah sitəmkarları yaxşı
tanıyır.”
Nöqtələr
◘Bəzi Quran ayələrində bildirilir ki, yəhudilər özlərini başqalarından üstün
sayırdılar. Hətta Allahın övladı olduqlarını iddia edirdilər.
1
Hansı ki sərvət toplayan
insanlar dünyapərəstdirlər.
2
Ayədə yəhudilər bir növ mübarizəyə çağırılır. Bildirilir ki,
əgər Allahın övliyasısınıza, ölümü həvəslə qarşılayın. Onlar iddia edirdilər ki, behiştə
daxil olacaq iki qrupdan birincisi onlardır.
3
Əgər beləsə, nə üçün ölüm istəmirlər?!
4
◘Yəhudilərdən soruşulur ki, nə üçün ölümdən qorxursunuz? Əgər axirət səfərini
dünya səfərinə bənzətsək, görərik ki, səfərə çıxan insanın bir neçə səbəbdən nigarançılığı
ola bilər:
a) Birinci narahatçılıq yanacağın yetərincə olub-olmaması ilə bağlıdır. Axirət
azuqəsi toplayan üçün nigarançılıq yoxdur.
5
b) Bəziləri nəqliyat vasitəsini oğurladıqlarından qorxurlar. Amma halal yolla
qazanan insan üçün axirət səfəri təhlükəsizdir.
v) Bəzən səfərə çıxan insan qanunsuz yük apardığı üçün qorxur. Axirət səfərinə
çıxan insanın günah yükü yoxsa narahatçılığı da yoxdur.
q) Bəzən səfərə çıxan insan yüksək sürətdən qorxur. Həyatda ifrat və təfritə
varmayanlar, orta həddi gözləyənlər nədən qorxmalıdır?!
6
d) Bəzən insan səfər yoldaşlarını tanımadığından narahat olur. Dünyada yaxşı
insanlarla yoldaşlıq edən üçün axirət səfəri bu baxımdan qorxusuzdur.
j) Bəzən insan yolda tək olduğu üçün qorxur. Yaxşı insanlarla bir karvanda səfərə
çıxan insan narahat deyil.
z) Bəzən insan qorxur ki, mənzilə çata bilməsin. Zərrəcə əməlinin hədərə
getmədiyinə əmin olan axirət yolçusu bu baxımdan nigaran deyil.
7
◘Əbuzərdən soruşdular ki, nə üçün ölümdən qorxuruq? Belə cavab verdi: “Siz
dünyanızı abad etmiş, axirətinizi xaraba qoymusunuz. Abadlıqdan xaraba yerə getmək
istəmirsiniz.”
8
◘Həzrət Əli (ə) buyurur: “And olsun Allaha, mənim ölümə həvəsim korpənin
anasının sinəsinə olan həvəsindən çoxdur.”
9
Əmirəl-möminin (ə) Kufə məscidinin
mehrabında başından zərbə alarkən buyurdu: “And olsun Kəbənin Allahına, qurtuldum.”
◘İmam Hüseyn (ə) geniş bir xütbədə belə buyurur: “Ölüm Adəm övladı üçün gəlin
boynundakı boyunbağı kimi gözəldir.”
10
1
“Maidə”, 18
2
“Bəqərə”, 96
3
“Bəqərə”, 111
4
“Bəqərə”, 94
5
“Bəqərə”, 197
6
“Kəhf”, 28; “Furqan”, 67
7
“Zilzal”, 6, 7
8
“Muhəccətul-bəyza”, c. 8, s. 258
9
“Nəhcül-bəlağə”, xütbə 5
10
“Məktəli-Xarəzmi”, c. 2, s. 241
18
◘Ayədə yəhudilərə müraciət olunsa da ölümə hazırlıq bütün iman və ilahi vilayət
əhlinin iddiası üçün ölçüdür.
Dostları ilə paylaş: |