Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə10/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   6   7   8   9   10   11   12   13   ...   317
NUR-TƏFSİRİ-12

 
Nöqtələr 
 
◘Şiə və sünni təfsirlərində bildirilir ki, 3-cü ayə nazil olanda İslam peyğəmbərindən 
ayədəki “axərin” sözü haqqında soruşuldu. Həzrət (s) əlini Salmanın çiyninə qoyub 
buyurdu: “Əgər iman Sürəyyə ulduzunda olsa belə bu insanın nəslindən olanlar onun 
sorağınca gedəcək.” 
Bildirişlər 
 
1. İslam peyğəmbəri (s) təkcə müasirləri üçün yox, həm də özündən sonrakı nəsllər, 
irqlər və millətlər üçün göndərilmişdir. 
2. İslamın gələcək nüfuzunun qarşısını heç bir qüdrət ala bilməyəcək. 
3. Allahın qüdrət və hikməti peyğəmbərlərə arxadır. 
4. Ötən peyğəmbərlərinin göndərilməsi dəlili olan hikmət İslam peyğəmbərinin (s) 
də besəti üçün dəlildir. 
5. Peyğəmbərlik Allahın istədiyi şəxsə əta etdiyi fəzl və böyük məqam olsa da, Allah 
hikmət sahibi olduğundan yalnız əhlini bu məqama çatdırır. 
Ayə 5: 
 ُلَثَم َسْئِب ااراَفْسَأ ُلِمْحَی ِراَم ِحْلٱ ِلَثَمَك اَهوُلِمْحَی ْمَل مُث َةا َر ْو تلٱ ْاوُل ِمُح َنیِذ لٱ ُلَثَم﴿
ِم ْوَقْلٱ 
ٱ ِتاَیآِب ْاوُب ذَك َنیِذ لٱ
 ِﷲ
ٱ َو
 ُﷲ
 ْوَقْلٱ يِدْهَی َلً
﴾ َنی ِمِلا ظلٱ َم
 
“Tövrata vəzifəli edilmiş amma bu haqqı ödəməyənlər kitab yüklü ulağ 
kimidirlər. (Apardıqlarından xəbərsizdirlər) Allahın ayələrini inkar edənlər üçün 
pis məsəl var. Allah sitəmkar qövmü hidayət etməz.” 
 
Nöqtələr 
 


15 
◘Ötən ayələrdə besətdən danışıldı. Hazırkı ayədə əllərindəki Tövrat vasitəsi ilə 
Peyğəmbəri (s) tanıyan, amma inadkarlıq göstərib onu qəbul etmək istəməyən yəhudilər 
nəzərdə tutulur. 
◘”Əsfar” sözü kitab mənasını bildirən “sifr” sözünün cəm formasıdır. “Əsfar” 
dedikdə həqiqətlərin üzərindən pərdəni qaldıran mənası anlaşılır.
1
(Qeyd) Tövrat müxtəlif 
hissələrdən ibarətdir. Onun Quran surəsi kimi hər bir hissəsini “sifr” adlandırırlar. 
Məsələn, yaranış sifri. 
◘Quran bu ayədə yəhudiləri məzəmmət etsə də bu məzəmmətlə müsəlmanları 
qəflətdən oyadır. Onların nəzərinə çatdırılır ki, məbadə Quranı eşidib ona əməl 
etməyəsiniz! 
◘Qurani-kərim bir neçə məqamda yoldan çıxmış insanları dördayaqlıya bənzədir. Bu 
ayədə işarə olunmuş əməlsiz alimlər də bu qəbildəndir.
2
(Qeyd) 
◘Sədi deyir: 
Nə qədər çox oxusan da unutma 
Əməl yoxsa, bərabərsən nadana. 
Əməlsizi alim saymağa dəyməz, 
Kitab yüklü bir canlıdır o nakəs. 
 
Başı boş olana fərqi nədir ki,
Çır-çırpıdır, yoxsa kitabdır yükü.
◘Həzrət Əli (ə) buyurur: “Elminə əməl edən alim qurtuluş əhlidir. Elminə əməl 
etməyən isə həlak olanlardandır və peşimanlıq çəkəsidir. Onun pis qoxusu cəhənnəm 
əhlini narahat edər. Allaha doğru dəvət etdiyi xalq dəvəti qəbul edib behiştə daxil olan, 
amma özü cəhənnəmə gedən kəs cəhənnəmdə ən çox peşimançılıq çəkəsidir. Çünki o 
azğın nəfsə və uzun-uzadı arzulara uymuşdu.”
3
(Qeyd) 
◘İmam Sadiq (ə) buyurur: “Bildiyinə əməl etməyən alimin moizəsi qəlblərə yatmaz. 
Necə ki yağış daşdan sovuşub keçir.”
4
(Qeyd) 
◘İmam Səccad (ə) buyurur: “İncildə bildirilir ki, bildiyinə əməl etməyən alim yalnız 
küfr yükünü artırıb Allahdan uzaqlaşar.”
5
(Qeyd) 
◘Hazırkı ayədə çox sərt bir misal çəkilir. Əməlsiz alimlər ciddi məzəmmət olunur. 
Din öncüllərinin də bu mövzuda bənzətmələri çoxdur. Onlardan bəzilərini nəzərdən 
keçirək: “Əməlsiz alim şam kimidir; başqaları onun nurundan faydalanar, özü isə həlak 
olar”
6
; “əməlsiz alim xərclənməyən xəzinə kimdir”
7
; “pis alim suyun qarşısını kəsmiş daş 
kimidir; nə özü içir, nə də başqalarına imkan verir”
8
; “əməlsiz alim üfunətlə dolu nəcasət 
1
“Mufrədati-Rağib” 
2
“Əraf”, 179 
3
“Kafi”, c. 1, s. 44 
4
“Kafi”, c. 1, s. 44 
5
“Kafi”, c. 1, s. 45 
6
“Mizanul-hikmə”, c. 9, s. 54 
7
Həmin mənbə 
8
Həmin mənbə 


16 
quyusu kimidir”
1
; “əməlsiz alim çölü bəzəkli, içindəki sümükləri çürümüş qəbir 
kimidir.”
2

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin