12
1. İlahi dünya görüşünə əsasən bütün varlıq aləmi Allaha təsbih deyir.
2. Hal dili ilə təsbih hamıya aiddir. Göy və yer varlıqları, cansız
aləm və nəbatat,
heyvan və insan bu baxımdan fərqlənmir.
3. Sitayiş üçün meyar və dəlil olmalıdır. Təsbih həm hakimiyyət, həm müqəddəslik,
həm yenilməzlik və həm də hikmət sahibi olan kəsə layiqdir.
4. Allahın hakimiyyəti müqəddəslik, qüdrət və hikmətlə müşayiət olunur.
5. Allahın hökuməti hikmətlə müşayiət olunur.
6. Allah yenilməzdir. (Necə ki, Onun peyğəmbəri, peyğəmbərə iman gətirənlər və
Quran yenilməzdir.)
1
(Qeyd)
7. Yalnız hikmətlə müşayiət olunan qüdrət dəyərlidir. Allah həm qadirdir,
həm də
hikmət sahibi. Başqalarının qüdrəti isə adətən təkəbbür və zorakılıqla müşayiət olunur.
Ayə 2:
ِم الًوُس َر َنی ِی ِمُ ْلْٱ يِف َثَعَب يِذ لٱ َوُه﴿
وُلْتَی ْمُهْن
َباَتِكْلٱ ُمُهُمِ لَعُی َو ْمِهیِ كَزُی َو ِهِتاَیاَء ْمِهْیَلَعْا
﴾ ٍنیِبُّم ٍلَلاَض يِفَل ُلْبَق نِم ْاوُناَك نِإ َو َةَمْك ِحْلٱ َو
“Odur dərs görməmiş xalq arasında ilahi ayələri oxusun, onları
tərbiyələndirsin, onlara səmavi kitab və hikmət öyrətsin deyə özlərindən peyğəmbər
seçən. Həqiqətən, onlar bundan öncə aşkar azğınlıq içində idilər.”
Nöqtələr
◘”Ummiy” sözü “umm” sözündəndir. Bu sözün Məkkə əhlinə aid edilməsinin
səbəbi Məkkənin “ummul-ura” adlandırılmasıdır. Digər bir tərəfdən, oxuyub-yazmağı
bacarmayanlara ərəb dilində “ummiy” deyilir. Onlar yenicə anadan doğulmuş kimidirlər.
◘İmam Sadiqdən (ə) nəql olunmuş sinifdə oxuyuruq: Məkkə əhlinin səmavi kitab və
rəhbəri olmadığından Allah onları “ummiy” adlandırır. Əslində onların arasında yazmağı
bacaranlar var idi.
2
(Qeyd)
◘”Yuzəkkihim” sözü “təzkiyə” məsdərindəndir.
Onun kökü inkişaf, cücərmə
mənasını bildirən “zəkat” sözüdür. Yəni Peyğəmbərə (s) çirkin əxlaqa son qoymaq, xalq
arasında gözəl əxlaqı bərpa etmək tapşırılır. Bu gözəl əxlaq sayəsində kamala çatmaq
olar.
◘Ayədə “hikmət” deyərkən Quran ayələrindən qaynaqlanan həqiqi maarif nəzərdə
tutulur. İnsanda varlıq aləmi və həyata düzgün baxışla səadət zəminəsi yaranır. Allahı
inkar edənlər deyirdilər ki, ömrümüz yalnız dünya həyatından ibarətdir.
3
(Qeyd)Amma
Quran başqa bir həqiqəti açıqlayır.
Buyurur ki, bu dünya həyatı oyun və əyləncədən
başqa bir şey deyil, həqiqi həyat axirətdədir.
4
(Qeyd)
◘”Hikmət” kitabdan fərqli deyil və onun səciyyələrindən biridir.
5
(Qeyd)Allah kitab
və hikməti yanaşı şəkildə Peyğəmbərə (s) nazil etmişdir.
6
(Qeyd)Demək, Peyğəmbər (s)
1
“Munafiqun”, 8; “Fussilət”, 41
2
“Təfsiri-nurus-səqleyn”
3
“Casiyə”, 24
4
“Ənkəbut”, 64; “Təfsiri-əl mizan”
5
“Yasin”, 2
6
“Nisa”, 113
13
üçün vəzifə olan kitab və hikmət təlimi başdan-başa hikmət olan Quranın təlimidir.
Quran insanlara düzgün dünya görüşü öyrədir.
1
(Qeyd)
◘”Bəqərə” surəsinin 129-cu ayəsində bildirilir ki, həzrət İbrahim Allahdan deyilən
səciyyələrə malik peyğəmbər göndərməsini istədi. Bu ayədə həmin duanın
qəbul
olduğunu görürük. Hədisdə nəql olunur ki, İslam peyğəmbəri (s) buyurmuşdur: “Mən
atam İbrahimin qəbul olmuş duasıyam.”
◘Ötə ayədə hikmət sahibi olan Allahdan danışıldı. Bu ayədə isə Peyğəmbərin (s)
göndərilməsi Allahın hikmət nişanəsi, xalqa hikmət öyrədilməsi peyğəmbərliyin
dəlillərindən biri kimi təqdim olundu.
◘Quranda 48 məqamda azğınlıqdan danışılır. Bu mövzuda söhbət açılarkən adətən
yanaşı işlənmiş “zəlal” və “mubin” sözlərindən istifadə olunar. Bəzən də “zəlalun kəbir”
və “zəlalun bəid” ifadələri ilə rastlaşırıq.
2
(Qeyd) Səthi bir baxışla müəyyənləşdirmək
olur ki, əziz Peyğəmbər (s) insanlara haqq yolu necə göstərmişdir. O xalqı övladları
öldürməkdən övlad sevgisinə,
cəhalətdən elmə, başqalarının malını qarət etməkdən isar
və fədakarlığa, sələmçilikdən halal qazanca, şirkdən tövhidə, təfriqədən vəhdətə,
xurafatdan
həqiqətə, zillətdən izzətə, bir sözlə, zəlalətdən hidayətə (azğınlıqdan doğru
yola) yönəltmişdir. Cəfər ibn Əbu-Talib Həbəşə padşahı Nəccaşinin hüzurunda
Peyğəmbəri (s) belə vəsf edir: “Biz öncə bütə pərəstiş edər, ölü heyvan əti yeyər, çirkin
işlər görər,
qohumlardan uzaq gəzər, qonşuların hüquqlarını pozar, zəiflərə rəhm
etməzdik. Nəhayət, Allah-taala bizim üçün peyğəmbər göndərdi, və o bizi insani
dəyərlərə yönəltdi.
◘Sual: İslam peyğəmbəri (s) təkcə dərs görməmiş Hicaz və ərəblər üçünmü
seçilmişdir?
Cavab: Həzrət Məhəmməd (s) Məkkə əhli arasında zühur
etdi və haqq yola dəvətə
oradan başladı. Amma onun İran və Rum padşahlarına, müxtəlif qəbilə rəislərinə
göndərdiyi məktublar cahanşümul missiyasından danışır.
Dostları ilə paylaş: