Ayə 9, 10, 11, 12: نَأ َو﴿﴾اادَص ر ااباَهِش ُهَل ْد ِجَی َن ْلَا ِعِمَتْسَی نَمَف ِعْم سلِل َدِعاَقَم اَهْنِم ُدُعْقَن ا نُك ا نَأ َو﴿ َلً ا َأ َو﴿﴾اادَش َر ْمُهُّبَر ْمِهِب َداَرَأ ْمَأ ِض ْرَ ْلْا يِف نَمِب َدی ِرُأ ٌّرَشَأ ي ِرْدَن َنوُد ا ن ِم َو َنوُحِلا صلا ا نِم ا ن ﴾ااب َرَه ُه َز ِجْعُّن نَل َو ِض ْرَ ْلْا يِف َ اللّ َز ِجعُّن ن ل نَأ ا نَنَظ ا نَأ َو﴿﴾اادَدِق َقِئاَرَط ا نُك َكِلَذ “Biz əvvəllər dinləmək üçün səmanın mərkəzlərində əyləşərdik. Amma indi kim qulaq asmaq istəyirsə, pusqusunda qaynar bir daş (ulduz) dayandığını görür. İndi bilmirik ki, yerdə olanlar üçün şər istənilmişdir, yoxsa Rəbbləri onlar üçün xeyir müəyyənləşdirmişdir? Bəzilərimiz saleh fərdlərdir, qalanları müxtəlif yollardadır. Yaxşı bilirik ki, heç vaxt yer üzündə Allahı aciz qoya bilmərik, qaçmaqla hökmündən çıxa bilmərik.” Nöqtələr ◘”Rəsəd” dedikdə nəzarətçilər, keşikçilər mənası nəzərdə tutulur. “Qədd” sözünün
cəm forması olan “qidəd” sözü kəsilmiş, “təraiqə qidəda” çeşidli məsləklər mənasını
bildirir.
◘Bu ayələrdən aydın olur ki, cinlərin möminləri Quranı dinləməklə yanaşı öz
zəifliklərini və Allahın əzəmətini etiraf edir, seçim üçün azad buraxıldıqlarını anlayırlar.
Bildirişlər 1. Quranın nazil olması səmalarda da öz təsirini göstərdi. Cinlər Quran nazil
olmamışdan səma xəbərlərini dinləyirdilər. Quran nazil olandan sonra bu işə qadağa
qoyuldu.
2. Cinlər bəşəriyyətin və dünyanın gələcəyindən xəbərsizdirlər.
3. Gizli dinləməyin ağır cəzası var.
4. Quranda xeyir və bərəkətin Allahın əlində olduğu bildirilir. Şər və pisliklər isə öz
əməllərimizin nəticəsidir.
5. İnkişaf etdirmək Allahın rübubiyyət şənindəndir.
6. Cinlərin təbiət və fitrəti fəsad üzərində qurulmayıb. Cinlər arasında da salehləri
var.
7. Qruplara bölünmək azadlığı göstərir.
8. Nə müqavimət, nə də qaçmaqla Allahı aczi qoymaq olmaz.