131
نَأ َو﴿﴾ااقَه َر َلً َو ااسْخَب ُفاَخَی َلاَف ِهِ بَرِب نِمْؤُی نَمَف ِهِب ا نَمآ ىَدُهْلا اَنْعِمَس ا مَل ا نَأ َو﴿
ا ن ِم ا
َت َكِئَل ْوُأََف َمَلْسَأ ْنَمَف َنوُطِساَقْلا ا نِم َو َنوُمِلْسُمْلا
وُناَكَف َنوُطِساَقْلا ا مَأ َو﴿﴾اادَش َر ا ْو رَح
ا
﴾اابَطَح َم نَهَجِل
“Doğru yolu (Quranı) dinləyib ona iman gətirdik . Hər kəs Rəbbinə iman
gətirsə, nə haqqının kəsilməsindən, nə də sitəmdən qorxar. Bəzilərimiz təslim olmuş,
bəzilərimiz sitəmkardır. Təslim əhli olanlar yüksəliş sorağındadır. Sitəmkarlar isə
cəhənnəm çırpısıdır.”
Nöqtələr
◘”Bəxs” dedikdə zülmlə əskiltmə, “rəhəq” dedikdə səfehlik və azğınlıq mənası
nəzərdə tutulur.
1
◘”Qist” sözü bəhrə, qismət mənasını bildirir. Başqasının payını götürənə “qasit”
deyilir. Başqasının payını verən isə “məqsut” adlanır.
◘”Təhərrəv” dedikdə istəmək mənası nəzərdə tutulur.
◘”Qasitun” sözü “muslimun” sözünün antonimi kimi işlədilmişdir. Bəli, təslim əhli
ədalətli olmalıdır.
◘Surənin hazırkı ayələrində Quranı dinləyib öz nəzərini bildirən cinlərdən danışıldı.
Onların danışığı təbliğatçı üçün faydalıdır. Cinlərlə bağlı bəzi səciyyələri nəzərdən
keçirək: diqqətlə dinləmək, dəstəliklə iştirak, haqqa sevinib hisslərini büruzə vermək,
təbliğat, əqidə və meyllərin izharı, azğınlardan uzaqlıq, batil əqidələrin rəddi, azğınların
təhqiri, başqalarının azğınlığına təəssüf, xürafat və batil meyllərin inkarı, haqqın
əzəmətinin bəyanı, haqqın qüdrətinin bəyanı, insanın zəifliyinin bəyanı, iman əhlinə ümid
verilməsi, müsəlmanlarla sitəmkarların müqayisəsi, əməlləri ilə dəvət etmələri, yaxşılıq
və yaxşıları seçmək, söhbətə əsas məsələdən başlamaq.
Dostları ilə paylaş: