188
2. Qiyamətin vaxtı öncədən Allaha məlumdur.
3. Qiyamətin də nizamı var.
4. Qiyamətdə göylərin və yerin nizamı pozular.
5. İnsanın həyatı ölümlə başa çatmır.
6. Dünya bağlılıqları və rabitələr sizi sevindirməsin. Bu rabitələr bir gün tamamilə
qırılasıdır.
7.
Yer və göy, onlar arasındakı rabitələr qiyamət günü öz halını dəyişər.
Ayə 21, 22, 23, 24, 25, 26, 27, 29, 30:
َهیِف َنوُقوُذَی لً﴿﴾ااباَقْحَأ اَهیِف َنیِثِب َلً﴿﴾اابآَم َنیِغا طْلِل﴿﴾ااداَص ْرِم ْتَناَك َم نَهَج نِإ﴿
ااد ْرَب ا
سَغ َو اامیِمَح لًِإ﴿﴾ااباَرَش َلً َو
ِب اوُب ذَك َو﴿﴾ااباَس ِح َنوُج ْرَی َلً اوُناَك ْمُه نِإ﴿﴾ااقاَفِو ءاَزَج﴿﴾ااقا
اَنِتاَیآ
﴾ااباَذَع لًِإ ْمُكَدی ِز ن نَلَف اوُقوُذَف﴿﴾ااباَتِك ُهاَنْیَصْحَأ ٍء ْيَش لُك َو﴿﴾اابا ذِك
“Həqiqətən, cəhənnəm bir pusqudur; o azğınlar üçün qayıdış yeridir; uzun
müddət orada qalarlar; cəhənnəmdə nə sərinlik görər, nə də içməyə bir şey
taparlar; tapdıqları yalnız qaynar su, çirkab olar; bu onların günahı müqabilində
münasib cəzadır; hesab gününə ümid və inamı olmayan onlar idi; bizim ayələrimizi
qətiyyətlə təkzib edirdilər; kitabımızda hər şeyin hesabı vardı; indi dadın, sizin
üçün əzabdan başqa bir şey artırmarıq.”
Nöqtələr
◘”Mirsad” dedikdə pusqu, “tağin” dedikdə günahda həddi aşmaq mənaları nəzərdə
tutulur.
◘”Məad” sözü dönüş yeri mənasını bildirir. İnsan bu yeri öz əməlləri ilə
qazandığından o “məad” adlanır.
◘”Huqb” sözündən olan “əhqab” sözü uzun zaman mənasını bildirir.
◘Rəvayətlərdə bildirilir ki, əhqab huqbın cəmidir. Hər huqb isə 60 ildir. Bəziləri bir
huqbun 80 il olduğunu bildirir. Bu ilin hər günü dünyadakı min il kimidir.
1
◘”Həmim”
dedikdə qaynaq su, “ğəssaq” dedikdə yaradan axan çirkli su mənaları
nəzərdə tutulur.
◘Olsun ki ayədə cəhənnəmin hamı üçün pusqu olduğu nəzərdə tutulmuşdur. Amma
təqvalılar həmin pusqudan ötüb keçər, günahkarlar ilişib qalar.
◘İlahi ədalətə əsasən cəzalar insanın əqidəsi müqabilində təyin olunur.
Əgər əzab
çoxdursa, bunun səbəbi həddi aşmış küfrdür. Peyğəmbərlərin hər dəvəti kafirlərin
müxalifətini artırır. Allah da onların əzabını ağırlaşdırır.
◘Cəhənnəmdə
sərinlik əvəzinə dözülməz isti, gözəl şərbətlər əvəzinə irinlə çirkab
var.
Dostları ilə paylaş: