Bildirişlər
1. İnsanın bədbəxtçiliklərinin kökü onun məaddan xəbərsizliyi və ya bu həqiqəti
inkar etməsidir.
2. Məadı inkar edənlərin elmi əsası yoxdur, onlar yalnız zənn-gümana qapılırlar.
3. Məst halda sevincin kökü axirətdən xəbərsizlikdir.
1
“Təlaq”, 8
2
“Əbəsə”, 34-36
3
“Təfsiri-rahnoma”
4
“Təfsirul-mizan”
223
4. Ağıl və ehtiyat hökm edir ki, qiyamətə yəqinlik yoxsa, bu barədə ehtimallara
diqqət yetirilməlidir.
1
Qiyamətin olmaması barədə gümanlar isə insanı məhv edir.
5. Quran qiraəti insanı bəndəliyə, təslimçiliyə sövq etməlidir.
Ayə 22, 23, 24, 25
ا لًِإ﴿﴾ ٍمیِلَأ ٍباَذَعِب مُه ْرِ شَبَف﴿﴾َنوُعوُی اَمِب ُمَلْعَأ ُ اللّ َو﴿﴾َنوُبِ ذَكُی ْاوُرَفَك َنیِذ لا ِلَب﴿
َنیِذ ل
﴾ ٍنوُنْمَم ُرْیَغ ٌرْجَأ ْمُهَل ِتاَحِلا صلا ْاوُلِمَع َو ْاوُنَمآ
“Amma kafirlər (ilahi ayələri) təkzib edirlər; Allah isə onların qəlbində olanı
daha yaxşı bilir; onları ağrılı əzabla müjdələ; yalnız iman gətirib saleh işlər görənlər
istisnadır; onlar üçün əbədi və davamlı mükafat var.”
Nöqtələr
◘”Yuunə” sözü “via” sözündəndir və qab mənasını bildirir. Hazırkı ayədə bu söz
qəlb və qəlbdə olanlar mənasını bildirir. “Bəşşir” sözü müjdə mənasını bildirir və müjdə
dedikdə insanın çöhrəsində özünü göstərən xoş xəbərlər nəzərdə tutulur. Bu söz bəzən
təhqir mənasında da işlədilir. Deyilir ki, “filankəs üçün ölüm müjdə olsun.”
Bildirişlər
1. Kafirlər nəinki ilahi ayələrə təslim olmur, hətta onları təkzib etməyə çalışırlar.
2. Küfr yolunu tutan insan qarşılaşdığı istənilən bir məsələni inkar edir.
3. Allah insanın iç sirlərindən tam xəbərdardır.
4. Bəzən insan öz inkar və təkzibi ilə başqa bir məqsəd izləyir. Amma Allah onun
bütün məqsədlərindən xəbərdardır.
5. Bəzən insan qəlbən bəyəndiyi bir şeyi mənafelərinə xatir zahirdə təkzib edir.
6. Küfr və mükafat əməl əsasında təyin edilsə də, insanın məqsədi mühümdür və
Allah bu məqsəddən xəbərdardır.
7. Saleh iş iman şərtidir. İbadət saleh əməl nümunələrindəndir.
8. İman əməldən ayrı deyil. Onlar bir-birləri üçün şərtdir.
9. İlahi mükafat minnətsizdir və heç vaxt kəsilməz.
1
“Bəqərə”, 46
|