222
6. Qiyamətdə insanlarla müxtəlif şəkillərlə sorğu aparılır. Xeyir əməl sahiblərinin
hesabı yüngüldür.
1
7. Dünyadakı şadlıqlar sizi qürrələndirməsin. Axirətin daimi şadlığı barədə düşünün.
(Əgər bu gün ilahi əmrlərə xatir bəzi ləzzətlərdən imtina etsək, cihad və təhsilə görə
ailədən uzaqlaşsaq, axirətdə bunun əvəzini alasıyıq.)
8. Qiyamətin əvvəlində insanlar bir-birindən qaçsalar da
2
, yüngül hesab və behiştə
girişdən sonra öz ailələrinə doğru hərəkət edərlər.
Ayə 16, 17, 18, 19, 20, 21:
نَع ااقَبَط نُبَك ْرَتَل﴿﴾َقَس تا اَذِإ ِرَمَقْلا َو﴿﴾َقَس َو اَم َو ِلْی للا َو﴿﴾ِقَف شلاِب ُمِسْقُأ َلاَف﴿
﴾ َنوُدُجْسَی َلً ُنآ ْرُقْلا ُمِهْیَلَع َئ ِرُق اَذِإ َو﴿﴾َنوُنِمْؤُی َلً ْمُهَل اَمَف﴿﴾ٍقَبَط
“An içirəm şəfəqə; and içirəm gecəyə və onun ağuşa aldıqlarına; and içirəm
bədrlənən aya; siz daim haldan hala düşürsünüz; onlara nə olub ki iman
gətirmirlər? Quran onlara oxunan zaman səcdə qılmırlar.”
Nöqtələr
◘“Yəhur” sözü “hur” sözündəndir. Bu söz qayıdış mənasını bildirir. Nəzərdə tutulan
qiyamət günü axirət həyatına qayıdışdır.
◘“Təbəq” sözü tətbiq mənasını ifadə edir. İki şey, iki halın üst-üstə düşməsi bu sözlə
ifadə edilir. Çünki insan ruhu həmin hala uyğunlaşır. Yəni insanlar bir miniyə süvar
olmuş tək müəyyən hala düşüb məqsədə doğru hərəkət edər.
3
◘Qürub astanasında qızartı görünür. Sonra gecənin qaranlığı onu bürüyür. Daha
sonra ayın işığı bu qaranlığı yarır. Bu vəziyyətlər bir-birini əvəz edir. İnsanlar da ardıcıl
olaraq təkamül yolunda haldan-hala düşür.
◘“Lətərkəbunnə təbəqən ən təbəq” ayəsində həyatın müxtəlif mərhələlərinə işarə
olunur. İnsan Allaha doğru hərəkətində bu mərhələləri adlayır. Bu dünya, bərzəx və
axirət həyatıdır.
4
Olsun ki, həmin ayədə hazırkı talelərin keçmiş qövmlərin talelərinə uyğunluğuna
işarə edilmişdir. Yəni onlar kimi inkar etsəniz, həlak olarsınız, onlar kimi iman gətirsəniz
qurtularsınız. Bu məna hədislərdə də təsdiqlənir.
◘21-ci ayədə səcdə məsələsinə toxunularkən insanların təvazö, təsdiq və imanı
nəzərdə tutulmuşdur. Əks təqdirdə hər ayə oxunanda səcdə etmək lazım gələrdi.
Dostları ilə paylaş: