225
◘”Və şahidin və məşhud” ayəsi ilə bağlı 30-dək nümunə göstərilmişdir. Məsələn
Allah və yaranmışlar. Yəni and olsun xaliqə və bütün varlıq aləminə.
İmam Hüseyn (ə) buyurur: “Şahid dedikdə peyğəmbər nəzərdə tutulur. “Əhzab”
surəsinin 45-ci ayəsi buna dəlildir. Məşhud dedikdə isə qiyamətə işarə olunur. “Hud”
surəsinin 103-cü ayəsi bu mənanı təsdiqləyir.”
1
◘”Vuqud” sözü alovlu, yandırıcı mənasını bildirir.
◘”Uxdud” dedikdə dərin xəndək, çala nəzərdə tutulur. “Əshabul-uxdud” ifadəsi elə
böyük xəndək qazıb onu odla dolduran və möminləri həmin oda atan azğınlara işarə
olunur. Həzrət İbrahimə münasibətdə də belə bir addım atılmışdı. Ayədə nəzərdə tutulan
zalımlar və möminlərlə bağlı müxtəlif rəvayətlər var. Quranda həmin şəxslərlə bağlı
konkret açıqlama verilmir.
Bildirişlər
1. Allah üçün bütün varlıq aləmi dəyərlidir. Onların hər birinə and içilə bilər. Səma
və ulduzları and üçün nümunə göstərmək olar.
2. Qiyamətdən qəflətdə qalmayın, qiyamət hamıya vəd olunmuş yerdir.
3. Sizin bütün işləriniz nəzarət altındadır. İnsana Allah nəzarət edir.
4. Zalımlara arxa çevirmək, nifrət bildirmək zəruridir.
5. Tarixin nəqlində xırdalıqlar yox, ibrətamiz hadisələri yada salmaq mühümdür.
Hazırkı ayələrdə hadisə haqqında məlumat verilsə də ad çəkilmir.
6. Hətta arada zalım olmasa da, zülmə nifrət bu barədə düşüncə dəyərlidir. (Bu gün
uxdud əshabı olmasa da onlara nifrət ruhiyyəsi yaşamalıdır.
7. Ən ağır əzab yandırmaqdır. Saysız qətllər arasında Allah möminlərin oda
atılmasını qeyd edir.
8. Zülüm və məzlumiyyətlərin nəqli, müsibitlərin zikri və rövzəxanlığın Quranda
qeyd olunmuş keçmişi var.
9. Günaha batmaq bir məsələdir, günahla razılaşmaq və qəlbidaşlıq başqa bir məsələ.
10. Möminlərə verilən işgəncələrə tamaşa edən zalımlar bilsinlər ki, Allah onlara və
onların gördüyü işlərə şahiddir.
11. Sabit iman güc gətirir. Kafirləri narahat edən möminlərin davamlı imanı idi.
Əgər möminlər imanlarından əl çəksəydilər onlara işgəncə verilməzdi.
12. Kafirlərin məntiqi hədə-qorxu və intiqamdan ibarətdir.
13. Kafirlər arasında ən böyük günah iman gətirməkdir. Onları yalnız insanların
imanlarından əl çəkməsi razı salır.
14. Kafirlər bilsinlər ki, Allah möminlərin hamisidir və o intiqam almağa qadirdir.
15. Qadir Allaha bağlılıq cazibəsi şəhadət yolundakı çətinlikləri aradan qaldırır.
16. Həqiqi hakimiyyət yalnız Allaha məxsusdur.
17. Allahın hakimiyyəti Onun elm və iştirakı ilə müşayiət olunur.
Dostları ilə paylaş: