Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə245/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   241   242   243   244   245   246   247   248   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Zaman müqəddəsdir və ona and içmək olar. 
2. Bəzi günlərin xüsusi müqəddəsliyi var. 
3. İlahi eşq yolçularının mənəvi seyrə çıxdığı anlar, yəni gecənin son saatları xüsusi 
müqəddəsliyə malikdir. 
4. Quran düşüncə sahiblərinə müraciət edir. 
Ayə 6, 7, 8, 9, 10, 11, 12, 13, 14: 
 َلْخُی ْمَل يِت لا﴿﴾ِداَمِعْلا ِتاَذ َمَرِإ﴿﴾ٍداَعِب َكُّبَر َلَعَف َفْیَك َرَت ْمَلَأ﴿
﴾ِد َلاِبْلا يِف اَهُلْثِم ْق
 َدوُمَث َو﴿
وُرَثْكَأََف﴿﴾ِد َلاِبْلا يِف ا ْوَغَط َنیِذ لا﴿﴾ِداَت ْوَ ْلْا يِذ َن ْوَع ْرِف َو﴿﴾ِدا َوْلاِب َرْخ صلا اوُباَج َنیِذ لا
 اَهیِف ا
﴾ِداَص ْرِمْلاِبَل َك بَر نِإ﴿﴾ٍباَذَع َط ْوَس َكُّب َر ْمِهْیَلَع بَصَف﴿﴾َداَسَفْلا
 
6. “Rəbbinin Ad qövmü ilə rəftarını görmədinmi?” 7. Sütunlu binalar sahibi 
İrəm qövmünə”; 8. “Onların başqa şəhərlərdə misli tikilməmişdi”; 9. Öz 
məskənlərində (ev tikmək üçün) daş layları aparan Səmud qövmü ilə (rəftarı 
gördünmü)”; 10. “Fironla, böyük qüdrət və qoşun sahibi ilə (rəftarı gördünmü)”; 
11. “O kəslər ki şəhərlərdə tüğyan qopardılar”; 12. “Orada fitnə-fəsad törətdilər”; 
13. Rəbbin onların başına əzab qamçısını endirdi”; 14. “Həqiqətən, Rəbbin izləyir.” 
 
Nöqtələr 
 
◘Ad qövmü iki qrupdan ibarət idi: qədim Ad və yeni Ad. Onlardan biri həzrət 
Nuhdan sonra Əhqaf məntəqəsində yaşayırdı. Bu uca qamətli və güclü insanların abad 
şəhərləri vardı. 
◘”İrəm” ya Ad qövmünün ikinci adı, ya bu qövmün bir qolunun adı, ya da onların 
yaşadığı məntəqənin adıdır.. Bu məntəqədən böyük və uca sütunlu tikililərə malik Ad 
qövmü yaşayırdı. Bəziləri Şəddadın, bəziləri isə İsgəndərin tikdiyi binaların “irəm” 
1
“Təfsiri-nurus-səqəleyn” 
2
“Muddəssir”, 34; “Zuha”, 1; “Şəms”, 3; “Əsr”, 1 
3
“Fəcr”, 4; “Təkvir”, 17; Muddəssir”, 33 


245 
adlandırıldığını qeyd edir. “Səxrə” dedikdə böyük və ağır daşlar mənası nəzərdə tutulur. 
İki dağ və ya təpə arasındakı ərazi “vad” adlandırılır. 
◘”İmad” sözü uca sütun və ya tikili mənasını ifadə edir. Qədim ərəblər, həzrət 
Salehin peyğəmbər göndərildiyi qövm “Səmud” adlandırılır. Onlar qədim vaxtlar 
Ərəbistanın şimalında yaşamışlar. 
◘”Cabu” dedikdə daşın kəsilməsi nəzərdə tutulur. “Cəvab” sözü bu kökdəndir. 
“Cəvab” dedikdə suala son qoyan düzgün açıqlama nəzərdə tutulur. 
◘Belə görünür ki, Səmud qövmü Ad qövmündən sonra yaşamışdır. Çünki onların 
adı ikinci zikr edilir. 
◘Ad və Səmud qövmünün cəzalandırılması Allahın zalımları daim izlədiyini 
göstərir. Allah daim nəzarət edir. Günahkarlar üçün qurtuluş yolu yoxdur. Onların əzaba 
düçar olması labüddür. Möhkəm binalar və qalalar ilahi qəzəbin qarşısını ala bilməz. 
Möhkəm bir binada özünü ilahi qəzəbdən amanda bilmək düzgün deyil. 
◘”Zil əvtar” ifadəsi ya Firon hökumətinin möhkəmliyini, ya onun öz müxaliflərini 
çarmıxa çəkməsini, ya da Firon qoşununun gücünü bildirir. 
◘”Səbb” dedikdə tökmək, axıtmaq mənası anlaşılır. “Əzab yağması” təbiri əzabın 
ardıcıllığına işarə ola bilər.
1
◘Əlbəttə ki, bizə boyun damarımızdan yaxın olan Allah hər bir addımımızı izləyir.
2

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin