306
2. Cəmiyyətdə təbəqələr arasında dostluq ilahi nemətlərdəndir.
3.
Nə qədər ki, cəmiyyətin
iqtisadi problemləri, asayişlə bağlı
çətinlikləri həll
olmayıb onları ibadətə dəvət etmək çətindir.
4. İbadətin fəlsəfələrindən biri də nemət sahibinə şükr etməkdir.
5. Allah Məkkə və Kəbənin işlərini nizamlayır.
6. Cəmiyyətin ehtiyacları və əmin-amanlığı Allaha bəndəlik və ibadət əsasında təmin
edilməlidir.
7. Bəşəriyyətin mühüm ehtiyaclarından biri də qidalanmaya olan ehtiyacdır. Allahın
bu ehtiyacları təmin etməsi onun lütf və mərhəmətini göstərir.
8. Əmin-amanlığın bərpası və qorxu amillərinin aradan qaldırılması Allahın işdir.
9. Qazanc üçün səfərə çıxmaq İslamda bəyənilir.
307
“MAUN” SURƏSİ
(107-Cİ SURƏ; 7 AYƏ)
OTUZUNCU CÜZ
“MAUN” SURƏSİNİN SİMASI
Məkkədə nazil olmuş bu surə 7 ayədən ibarətdir.
Surənin adı onun son ayəsindən götürülmüşdür. “Maun” dedikdə zəkat mənası
nəzərdə tutulur.
Surədə
dini yalan sayan, yetimə diqqətsizlik göstərən şəxs məzəmmət olunur.
Namazda qəlbin iştirakı surənin əsas bildirişlərindəndir. Surədə riyakarlıq
edənlər
qınanır.
İmam Baqir (ə) buyurur: “Vacib və nafilə namazlarında
bu surəni oxuyan kəsin
namaz və orucu
qəbul olar, həmin şəxsin dünuada yol verdiyi nöqsanlar bağışlanılar.”
1
رلا ِللهٱ ِمْسِب
ِنمْح
رلٱ
ِمی ِح
"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4, 5, 6, 7:
Dostları ilə paylaş: