Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə170/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   166   167   168   169   170   171   172   173   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. İnsan agahlıq və azadlıqla sınağa çəkilir. O göz, qulaq, düşüncə, fitrət və təbliğlə 
agah olur. Azadlıq isə bütün insanlara verilmişdir. 
2. Allah insana xəbərdarlığı başa çatdırır, höccəti tamamlayır. 
3. Doğru yol birdir, azğın yol çox! 
4. Hidayət şükr müqabilində bir nemətdir. Din yolunu getmək şükr, bu yoldan 
çıxmaq nankorluqdur. 
5. Peyğəmbərlərin hidayətini, doğru yola çağırışını qəbul etməyənlər küfrün ən 
yüksək mərtəbəsindədirlər. (“Kəfur” küfrün zirvəsidir.) 
6. Şükr etməyən kəs “kəfur”dır. Şükr və küfr arasında 3-cü yol yoxdur. 
7. İnsanın tərbiyəsində xəbərdarlıq müjdədən çox rol oynayır. (Buna görə də Quran 
öncə xəbərdarlıq edir, sonra müjdələyir.) 
8. İlahi cəzaların ölçüsü, meyarı var.
9. Hər seçimin öz sonluğu var. Küfrün sonu cəhənnəm, şükrün sonu behiştdir. 
Ayə 5, 6: 
اَك اَهُجا َزِم َناَك ٍسْأََك نِم َنوُب َرْشَی َراَرْبَ ْلْا نِإ﴿
 ِ اللّ ُداَبِع اَهِب ُبَرْشَی اانْیَع﴿﴾ااروُف
﴾ا اری ِجْفَت اَهَنوُر ِ جَفُی
 
“Həqiqətən, xeyir əməl sahibləri kafur (ətirli ot) qatılmış qədəhdən içəcəklər; 
elə bir çeşmə ki, Allahın bəndələri ondan içər, onu istədikləri kimi axıdar.” 
 
1
“Təfsiri-kənzul-dəqaiq” 
2
“Hud”, 9 
3
“İbrahim”, 34 
4
“İsra”, 11 
5
“İsra”, 100 
6
“Məaric”, 19 
7
“Məaric”, 20 
8
“Adiyat”, 6 


169 
Nöqtələr 
 
◘”Əbrar” sözü ya “bərr”, ya da “barr” sözünün cəm formasıdır. Hər halda “bərr” 
dedikdə genişlik mənası anlaşılır. Çöl, səhra, biyaban geniş olduğundan “bərr” 
adlandırılır. Xeyir əməl sahibi olan insanın ruhu böyükdür. Bu qəbil insanlar bir iş 
gördükdə var-dövlət qazanmaq yox, ilahi məqsəd izləyirlər. Onların ehtiyaclılar üçün 
ətəyi geniş olduğu kimi mükafatları da böyükdür. 
◘”Kafur” dedikdə sərinlik və bəyazlıqda zərbül-məsəl olmuş ətirli ot nəzərdə tutulur. 
◘”Təfcir” sözü yırtmaq, yarmaq mənasını bildirir. Günahla həya pərdəsini yırtan 
insana “facir” deyilir. Amma “fəcr” dedikdə gecənin qaranlığını yaran nur nəzərdə 
tutulur. 
◘Rəvayətlərə əsasən, hazırkı ayələrdə “əbrar” dedikdə Peyğəmbər (s) Əhli-beyti (ə) 
nəzərdə tutulmuşdur. Ayələrdə onların oruc nəzr etdiyi, öz iftirlarını yetim, miskin və 
əsirə verdiyi bəyan olunur. 
Bəziləri bu surənin Mədinədə nazil olduğunu iddia etsələr də, onun Məkkədə nazil 
olduğunu bildirənlər də var. Onların nəzərincə Həsən və Hüseyn Mədinədə dünyaya göz 
açmışdır və bu əsasla ayələrin Əhli-beyt (ə) haqqında nazil olmadığı nəzərə gəlir. Çünki 
onların xəstəliyi, Peyğəmbərin (s) onları yoxlaması və valideynlərinin oruc tutması 
Mədinədə baş vermişdir. 
Cavab olaraq deməliyik ki, bir çox Məkkə surələri arasında Mədinə ayələri var. Bu 
növ duanı həmin ayələrdəki “əsir” sözü də təsdiqləyir. Çünki Məkkədə əsir yox idi və 
yalnız Mədinəyə hicrətdən sonra müharibələrdə əsir götürülmüşdür. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin