Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə212/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   208   209   210   211   212   213   214   215   ...   317
NUR-TƏFSİRİ-12

رلا ِللهٱ ِمْسِب
 ِنمْح
 
رلٱ
 ِمی ِح
 
"Rəhman və Rəhim Allahın adı ilə" 
 
Ayə 1, 2, 3, 4, 5: 
 ُروُبُقْلا اَذِإ َو﴿﴾ ْتَر ِ جُف ُراَحِبْلا اَذِإ َو﴿﴾ ْتَرَثَتنا ُبِكا َوَكْلا اَذِإ َو﴿﴾ ْتَرَطَفنا ءاَم سلا اَذِإ﴿
ْتَم دَق ا م ٌسْفَن ْتَمِلَع﴿﴾ ْتَرِثْعُب
﴾ ْت َر خَأ َو
 
“O zaman ki, səma parçalanar; o zaman ki, ulduzlar pərən-pərən düşər; o 
zaman ki, dənizlər daşıb bir-birinə qatılar; o zaman ki qəbirlər alt-üst olar; hər kəs 
öncədən göndərdiyini və özündən sonraya qoyduğunu bilər.” 
 
Nöqtələr 
 
◘”İnfitar” sözü parçalanmaq mənasını bildirir. “Fətər” və “iftar” sözləri də eyni 
mənanı daşıyır. Çünki oruc nə isə yeməklə, iftarla pozulur. “İnfitar” və “inşiqaq” sözləri 
eyni mənanı bildirir. Amma “infitar” sözü ilə olunan parçalanma nəyəsə yetişir. Məsələn, 
ərəblər quyu qazarkən “fətərət” sözündən istifadə edirlər. Çünki yeri qazan insan gedib 
suya çatır. 
◘”İntisar” dedikdə pərakəndəlik mənası nəzərdə tutulur. Gəlinin başına səpilən şeyə 
“nəsar” deyirlər. 
◘”Fəcr” yarıq əmələ gəlməsi, yol açılması mənalarını bildirir. “Təfcir” sözü dağların 
yarılmasının əzəmətinə işarədir. 
◘”Busir” sözündə həm “bəs” (ayağa qalxmaq), həm də “sur” (dağılma) mənaları var. 
Rağib “Mufrədat” kitabında bildirir ki, burada hər iki məna nəzərdə tutula bilər. Yəni 
torpaqların alt-üst olması və ölülərin ayağa qalxması. 


211 
◘Göy, yer, dənizlər və quru arasında elə bir bağlılıq var ki, onlardan birinin nizamı 
pozulduqda bütün nizam pozulur. 
Bildirişlər 
 
1. Göy və yerə hakim nizam Allahın əlindədir. Allah istədiyi vaxt bu nizamı dəyişə 
bilər. 
2. Məad cismanidir, ölülər qəbirlərdən qalxacaq. 
3. Varlıq nizamının pozulması, qiyamət, insanların hesab-kitabı üçün bir 
müqəddimədir. 
4. Qiyamətdə insanın tutumu artar, bütün keçmiş əməllərini yada salar. 
5. İnsan Həm keçmişini düşünüb pis işlərinə görə tövbə etməlidir, həm də ölümdən 
sonranı düşünüb özündən sonraya yaxşı əməllər qoymalıdır. 
6. Qiyamətdə insan həm öz əməllərindən xəbər tutur, həm də həmin əməllərin 
nəticələrindən agah olur. 
7. İnsan qiyamətdə anlayar ki, gücü çatdığı halda hansı işləri görməyib. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin