Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə210/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   206   207   208   209   210   211   212   213   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Qiyamət günü şəhadət və əməllərin təcəssüm günüdür. 
2. Qiyamət günü insan öz əməllərinin xırdalıqlarından xəbər tutur. 
3. Vəhy mələyi böyük, etibarlı, güclü, əmrinə itaət olunan mələkdir. 
4. Kəramət, böyüklük, güc, imkan, əmanətdarlıq ilahi vəhyin çatdırılması üçün 
zəruri sayılan şərtlərdəndir. 
5. Cəbrailin ixtiyarında itaət edən məmurlar var. 
Ayə 22, 23, 24, 25: 
1
“Təfsiri-məcməul-bəyan” 


208 
 ٍنیِنَضِب ِبْیَغْلا ىَلَع َوُه اَم َو﴿﴾ِنیِبُمْلا ِقُفُ ْلْاِب ُهآَر ْدَقَل َو﴿﴾ٍنوُنْجَمِب مُكُب ِحاَص اَم َو﴿
 اَم َو﴿﴾
﴾ ٍمی ِجَر ٍناَطْیَش ِل ْوَقِب َوُه
 
“Həqiqətən, sizin müsahibiniz (Peyğəmbər (s)) divanə deyil; doğrudan da, o 
(vəhy mələyini) aydın üfüqdə gördü; o qeyblə bağlı paxıl deyil (qeybdən öyrəndiyini 
gizlətmir); Quran qovulmuş şeytanın təlqinləri deyil.” 
 
Nöqtələr 
 
◘”Zənin” sözü “zənn” sözündən olub paxıllıq mənasını bildirir. Bu söz Quranda 
cəmi bir dəfə işlədilmişdir. 
◘Peyğəmbərlərin müxalifləri onu divanə adlandırırdılar. Onlar Peyğəbərin (s) 
cinlərlə əlaqədə olduğunu düşünürdülər. İddia edirdilər ki, Quran cinlərin Peyğəmbərə (s) 
təlqinləridir. Bu səbəbdən də hazırkı ayələrdə uyğun itdihamlara cavab verilir. 
Peyğəmbərin (s) vəhy mələyini aydın gördüyü, Quranı ondan təhvil aldığı təsdiqlənir. 
Qeyd olunur ki, Peyğəmbərin (s) bəyanatları şeytanın təlqinləri deyil. 
Bildirişlər 
 
1. Bəzən böhtanlara cavab vermək zəruridir. 
2. Peyğəmbər (s) xalq arasında, onlarla yanaşı yaşayırdı. 
3. Peyğəmbər (s) Cəbraili görmüşdü.
1
4. Yersiz təhqir olunmuş insanları yüksəltmək lazımdır. 
5. Elmin şükrü onu başqalarına çatdırmaqdır. Elmdə paxıllıq bəyənilmir. 
6. İslam peyğəmbəri (s) qeyb elmini zəruri həddə bilirdi. 
7. Allahın Rəsulu (s) nə divanə idi, nə də şeytanların təsiri altına düşmüşdü. 
8. Quran heç bir təhrifsiz nazil olmuşdur. Cəbrailin Quranın mətnlərinə heç bir 
müdaxiləsi olmayıb. O Quranı qəbul edəndə də olduğu kimi qəbul edib. 
9. Quran şeytanların yox, vəhy mələyinin gətirdiyi kəlamlardır. 
10. Peyğəmbərin (s) əqli baxımdan sağlamlığının ən mühüm dəlili onun xalq 
arasında yaşaması, onlarla ünsiyyətidir. Kimsə ondan şübhə yaradacaq hərəkət 
görməmişdi. 
11. Peyğəmbərin (s) Cəbraillə görüşü şəkk-şübhədən uzaq, aydın bir şəraitdə baş 
vermişdir. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin