Ayə 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33: ْاوُقَلَطناَف﴿ َح ىَلَع ْا ْوَدَغ َو﴿﴾ٌنیِكْسِ م مُكْیَلَع َم ْوَیْلٱ اَه نَلُخْدَی لً نَأ﴿﴾َنوُتَفاَخَتَی ْمُه َو ٍد ْر ْاوُلاَق اَه ْوَأ َر ا مَلَف﴿﴾َنی ِرِداَق ْمُك ل لُقَأ ْمَلَأ ْمُهُطَس ْوَأ َلاَق﴿﴾َنوُموُرْحَم ُنْحَن ْلَب﴿﴾َنوُّلآَضَل ا نِإ ٍضْعَب ىَلَع ْمُهُضْعَب َلَبْقَأََف﴿﴾ َنیِمِلاَظ ا نُك ا نِإ آَنِ بَر َناَحْبُس ْاوُلاَق﴿﴾َنوُحِ بَسُت َلً ْوَل ىَلِإ آ نِإ آَهْنِ م اارْیَخ اَنَلِدْبُی نَأ اَنُّب َر ىَسَع﴿﴾َنیِغاَط ا نُك ا نِإ آَنَلْی َو اَی ْاوُلاَق﴿﴾َنوُم َو َلاَتَی اَنِ بَر ﴿﴾َنوُبِغا َر ﴾ َنوُمَلْعَی ْاوُناَك ْوَل ُرَبْكَأ ِةَر ِخ ْلَٱ ُباَذَعَل َو ُباَذَعْلٱ َكِلَذَك “Bir-birləri ilə astadan danışa-danışa yola düşdülər; (deyirdilər) məbada, bu gün yanınıza bir miskin gələ; həmin sübh bağa üz tutdular. Özlərini (məhsulu yığmağa) qadir bilirdilər; onu (yanmış) görəndə dedilər: “Biz yolu azmışıq”; biz məhrum olmuşuq; onların ən ağıllısı dedi: “Sizə demədimmi ki, nə üçün Allaha təsbih demirsiniz?! Dedilər: “Rəbbimiz pak və müqəddəsdir, şübhəsiz, biz sitəmkarıq; bir-birlərini danlamağa başladılar; dedilər: “Vay halımıza ki, həddimizi aşmışıq. Ümid var ki, Rəbbimiz bizə bundan da yaxşısını versin; həqiqətən, Rəbbimizə rəğbətimiz var və ümidvarıq; belə olur əzab. Əgər bilsələr, axirət əzabı daha böyükdür.” Nöqtələr ◘”Hərd” sözü xəsislik, yaxşılığın qarşısını almaq mənasını bildirir. Bağ sahibləri
yoxsulları məhrum etmək məqsədi ilə addım atdılar.
◘Hərislik və paxıllıq insanın qəlbini daşlaşdırır. Belə ki, insan sonda miskin və
yoxsula rəhm etmir.
◘Mötədil, ifrat və təfritdən uzaq insan “əvsət” adlanır.
1
◘Miskinə əl tutmaq müstəhəb yox, vacibdir. Allah müstəhəb bir işi tərk etdiyinə
görə kimsəni cəzalandırmır. Bu ayədə miskinlərə yardımdan imtaina etdiyi üçün bağ
sahiblərinin bağı yandı. Cəhənnəm əhli də məhrumlara etinasızlığı cəhənnəmə
düşmələrinin səbəbi bilir.
2
◘Fəqirlərə yardım dedikdə təkcə mömin fəqirlər nəzərdə tutulmur. Bu əhvalatda
yoxsulların imanından danışılmır. Əsas mövzu paxıllıq və hərislik, yoxsulluq və aclıqdır.
◘Bəzən hər hansı düşüncə tərzi və ya mədəniyyəti dəyişmək üçün günahkar fərd və
ya qrup rüsvay edilməli, başqalarına ibrət olmalıdır. Allah sirləri pərdələyən olsa da, bu
hadisədə pərdələri yırtır ki, əhvalat hamıya ibrət olsun.
◘Allaha müraciətdə “Rəbbəna” xitabı daha çox işlədilir. Hazırkı ayələrdə uyğun
müraciət forması bir neçə dəfə təkrarlanır.
◘Allahın qəzəbi enəndə hər şeyi yandırır. Varislərdən biri o birilərlə razılaşmasa da,
onun da payı yandı.
◘Dünyəvi əzabın növləri var: nemətdən məhrumluq, zalımların hakimiyyəti, ilahi
yardımdan məhrumluq, əmin-amanlığın olmaması...
Axirət əzabı isə “şədid”, “əlim”, “əzim”, “kəbir” ola bilər.