Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə94/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   90   91   92   93   94   95   96   97   ...   113

● Ayə 11:


﴿وَكَمْ قَصَمْنَا مِن قَرْيَةٍ كَانَتْ ظَالِمَةً وَأَنشَأْنَا بَعْدَهَا قَوْمًا آخَرِينَ﴾

Biz insanları zalım olan bir çox abadlıqları məhv etdik. Onlardan sonra başqa bir qövm yaratdıq.”



Bildirişlər


1. Zülmün ardınca insanların məhvi ilahi bir sünnədir.

2. İlahi qanunu pozan hər kəs məhvə məhkumdur.

3. İnsanlar talelərini özləri müəyyənləşdirirlər.

4. Əgər zülm adət şəklini alarsa, ilahi qəzəb nazil olasıdır. Amma zülüm davamlı olmadıqda və insan ayılıb tövbə etdikdə uyğun qəzəb nazil olmur.

5. Allah üçün məhv etməklə yaratmaq arasında fərq yoxdur, O, ehtiyacsızdır.

● Ayə 12:


﴿فَلَمَّا أَحَسُّوا بَأْسَنَا إِذَا هُم مِّنْهَا يَرْكُضُونَ﴾

Elə ki, (zalım qövm) Bizim qəzəbimizi hiss etdi, qəfildən qaçmağa üz tutdu.”



● Ayə 13:


﴿لَا تَرْكُضُوا وَارْجِعُوا إِلَى مَا أُتْرِفْتُمْ فِيهِ وَمَسَاكِنِكُمْ لَعَلَّكُمْ تُسْأَلُونَ﴾

(Amma xitab olundu ki,) qaçmayın! Evlərinizə kam aldığınıza dönün. Ola bilsin ki, sorğuya çəkiləsiniz.”



● Ayə 14:


﴿قَالُوا يَا وَيْلَنَا إِنَّا كُنَّا ظَالِمِينَ﴾

(Əzabımızı ağır görüb) dedilər: «Vay olsun bizə! Həqiqətən, biz, zalım idik.»”



● Ayə 15:


﴿فَمَا زَالَت تِّلْكَ دَعْوَاهُمْ حَتَّى جَعَلْنَاهُمْ حَصِيدًا خَامِدِينَ﴾

Biz onları qırıb, hərəkətdən salanadək daim bu sözləri deyirdilər.”


Nöqtələr


“Həsid” dedikdə “bitmək” mənası başa düşülür. “Xamid” sözü susmaq, dayanmaq mənasını bildirir.

“Sorğuya çəkilərsiniz” cümləsi nəyə işarədir? Ola bilsin ki, bir-birinizi, ya fəqirlərin, ya da tarixin sizi sorğuya çəkməsi nəzərdə tutulur.


Bildirişlər


1. Zülmkar cəmiyyətə əzab tədricən nazil olur. (Qəzəb nişanələrini görməklə hisslər də tədricən yaranır.)

2. Kimsədə Allahın qəzəbi qarşısında dayanmaq gücü yoxdur. (Ən məğrur insanlar da təhlükə zamanı səhnədən qaçırlar.

3. Allahın qəzəbindən qaçmaq mümkünsüzdür.

4. Eyş-işrət zülm və tüğyan üçün zəmin yarada bilər.

5. Cəza günah baş verən yerdə icra olunmalıdır.

6. Zülmkarlar nəhayət sorğuya çəkiləsidirlər.

7. Zülmün sonu peşmançılıqdır.

8. Sonda yatmış vicdanlar oyanası, inkarçılar həqiqəti etiraf edəsidirlər.

9. Bəla nazil olan zaman ah-nalə fayda vermir.

10. Küfr və zülm insan üçün ot kimi biçilmiş, qırılmış tale ərməğan gətirir.

11. Qalmaqallı təbliğatlar, sitayişlər, yalanlar, hədələr Allah hüzurunda məhvə məhkumdur.

12. Ardıcıl zülm ilahi əzabla sonuclanır.



● Ayə 16:


﴿وَمَا خَلَقْنَا السَّمَاء وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ﴾

Biz göy yeri, onlar arasında olanı əyləncə yaratmadıq.”



● Ayə 17:


﴿لَوْ أَرَدْنَا أَن نَّتَّخِذَ لَهْوًا لَّاتَّخَذْنَاهُ مِن لَّدُنَّا إِن كُنَّا فَاعِلِينَ﴾

Əgər əyləncə düzəltmək istəsəydik, Onu özümüz üçün edərdik.”



Nöqtələr


“Lov” kəlməsi ərəb dilində mümkünsüz işlərdən danışılarkən işlədilir. Allah üçün əyləncə mümkünsüz olduğundan burada həmin kəlmə işlədilmişdir.

Bu ayələrdə Allah öncə əyləncə yaratmadığını bildirir. Burada “əyləncə istəsəydik, Özümüz üçün edərdik” buyurur. Öncəki “laib”, sonrakı ayədə “ləhv” təbiri işlədilir. Məlum olur ki, “ləhv” və “ləib” sözləri eyni mahiyyət daşıyır. “Əl-mizan” təfsirində oxuyuruq: “Xəyali məqsədlərlə qurulmuş nizamlı bir iş “ləib” adlandırılmışdır. Amma bu sayaq xəyali işlər ciddiləşib insanı əsl məqsəddən uzaqlaşdırdıqda ona “ləhv” deyirlər. Hər iki iş, yəni həm oyun, həm də əyləncə Allahdan uzaq işlərdir.

Qurani-məciddə dəfələrlə qeyd olunur ki, varlıq aləmi oyuncaq deyil və məqsədli yaradılmışdır. “Təlaq” surəsinin 12-ci ayəsində insanın imanı yaranış məqsədi sayılır. Allah yeddi qat göyü və yeri xəlq etdi ki, Onun hər bir işə qadir olduğunu biləsiniz. Onun elmi hər şeyi əhatə edir. Əlbəttə, bu məqsədin gerçəkləşməsi üçün varlıq aləmi haqqında düşünmək, ibrət götürüb etiraf etmək lazımdır.

“Əgər əyləncə istəsəydik, şübhəsiz Özümüz üçün edərdik” cümləsi müxtəlif cür mənalandırılır:

a) Hətta əyləncə üçün də olsa, varlıq aləminin yaradılışı bütlərin yox, Allahın işidir.

b) Allah əyləncə istəsəydi belə, bu iş üçün maddiyyat aləminə üz tutmaz, mələklərdən və dərgahına yaxın olanlardan istifadə edərdi.

İmam Sadiq (ə) uyğun ayəyə istinad edərək insana mənasız işləri (ləvh) qadağan edir.1

Bildirişlər


1. Varlıq aləmi məqsədli yaradılmışdır. (Əgər yaranış məqsədsiz deyilsə, demək ölüm də işin sonu, yoxluq sayılmamalıdır.)

2. Oyun oynamaq istəyən kəs nəhayətsiz və sirli varlıq aləmi yox, oyun-oyuncaq hazırlayır. Bu varlıq aləminin təkcə hüceyrə və atomları əsrləri və nəsilləri araşdırmalara məşğul etmişdir.

3. Allah əylənmək istəsəydi belə, onu Öz zatına münasib şəkildə həyata keçirərdi. (Maddi aləmə üz tutmazdı.)2

4. Əgər Allah-təala varlıq aləmini oyun məqsədi ilə yaratsaydı bir bu qədər peyğəmbər göndərməz, halal-haram göstərişi verməz, mükafat və cəza müəyyənləşdirməzdi.



● Ayə 18:


﴿بَلْ نَقْذِفُ بِالْحَقِّ عَلَى الْبَاطِلِ فَيَدْمَغُهُ فَإِذَا هُوَ زَاهِقٌ وَلَكُمُ الْوَيْلُ مِمَّا تَصِفُونَ﴾

(Yox, belə deyil,) Biz batilin beynini dağıtmaq üçün onu haqla vururuq, batil dərhal məhv olur. Vay olsun sizə, (Allaha) aid etdiyiniz sifətlərə görə!”



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin