Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə60/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   56   57   58   59   60   61   62   63   ...   113

● Ayə 49:


﴿فَلَمَّا اعْتَزَلَهُمْ وَمَا يَعْبُدُونَ مِن دُونِ اللَّهِ وَهَبْنَا لَهُ إِسْحَقَ وَيَعْقُوبَ وَكُلًّا جَعَلْنَا نَبِيًّا﴾

İbrahim müşriklərdən Allah əvəzinə pərəstiş olunanlardan uzaqlaşdığı vaxt Biz ona İshaq Yaqubu əta etdik. Onların hər birini peyğəmbər qərar verdik.”



● Ayə 50:


﴿وَوَهَبْنَا لَهُم مِّن رَّحْمَتِنَا وَجَعَلْنَا لَهُمْ لِسَانَ صِدْقٍ عَلِيًّا﴾

Öz rəhmətimizdən onlara əta etdik, onlar üçün (xalq arasında) uca yaxşı ad müəyyənləşdirdik.”



Nöqtələr

İbrahimin siması


–İbrahim ulduz, ay və günəşdən üz döndərib Allaha yetişdi.2

– İbrahim yolunu azmış əmisini boşlayıb, özü xalq üçün ata oldu.3

–Əmisi ondan üz çevirdi, Allah isə ona lütf etdi.4

–O, Allaha görə kənara çəkildiyi vaxt şöhrət tapdı.5

–Bütxanadan qaçıb tövhid evi tikdi.6

–Canını Allah yolunda verdi və od onun üçün gülüstan oldu.7

–Allah əmrinə görə oğlunu qurbanlıq üçün hazırladı, salamatlıqla qurtardı. Bunun da əvəzində qurbanlıq sünnəsi vacib oldu.8

–Ömrünün axırlarınadək övladı olmadığı halda razı idi. Ömrünün sonunda nəslindən peyğəmbər qərar verildi.

–Ən xəlvət yerdə Kəbəni tikdi və bu ev yer üzünün ən cazibəli nöqtəsi oldu.

–Biyabanda tənha dayanıb fəryad çəkdi və bütün yer üzündən “ləbbeyk” səsi yetişdi.1

–Təşnə körpəsini biyabanda qoyub getdi, həmişəlik olaraq zəm-zəm çeşməsi qaynadı.

–Bütpərəst əmisinin hədələrinə salamla cavab verdi, Allah da ona salam göndərdi.2

–O bir nəfər idi, bu gün isə səmavi məktəblər özünü İbrahim məktəbi sayır.

–Hamı onu düşmən saydığı bir vaxt Allah onu Özünə dost seçdi.3


Bildirişlər


1. Həm günahkarlardan, həm də günahdan uzaq olaq. Günahkarlardan uzaqlaşmaq o zaman səmərəlidir ki, insan həm də günahdan uzaqlaşsın.

2. Saleh övlad valideynin haqq uğrunda mübarizələrinin mükafatıdır.

3. Allahdan qeyrilərini boşlasaq, ilahi yardımlar nazil olar.

4. Övladdan da mühümü onun mənəvi məqamıdır.

5. Nəvələr də ilahi lütflərdəndir. (Yaqub İbrahimin nəvəsi idi.)4

6. Peyğəmbərlik Allahın təyin etdiyi məqamdır.

7. Bir babanın ilahi hərəkəti onun nəslini ilahi mərhəmətdə qərq edir.

8. Kimin nəyi varsa Allahdandır.

9. Allahın rəhməti o qədər genişdir ki, peyğəmbərlərin əldə etdiyi onun kiçik bir hissəsidir.

10. Sevimlilik və yaxşı ad ilahi lütflərdəndir. (İbrahim elə bir məqama yüksəldi ki, bütün müşriklər, yəhudilər və məsihilər “İbrahim bizdəndir” dedilər.)

11. İlahi insanların duası qəbul olur. (İbrahim Allahdan yaxşı ad istədi və öz istəyinə çatdı.)

● Ayə 51:


﴿وَاذْكُرْ فِي الْكِتَابِ مُوسَى إِنَّهُ كَانَ مُخْلَصًا وَكَانَ رَسُولًا نَّبِيًّا﴾

Bu kitabda Musanı yad et. Çünki o, xalis bir bəndə göndərilmiş peyğəmbər idi.”



Nöqtələr


“Müxlis” dedikdə yalnız Allahın razılığı üçün iş görən şəxs nəzərdə tutulur. Amma belə bir şəxsə şeytanın təsir göstərib onu şirkə çəkməsi mümkündür. Bir çoxları əzab və təhlükə zamanı müxlis olsa da, təhlükə sovuşduqdan sonra şirkə meyl edirlər. “Muxləs” dedikdə isə şeytanın nüfuz edə bilmədiyi seçilmiş insanlar nəzərdə tutulur.1 “Təfsiri-kəşşaf”da bildirilir ki, “müxlis” Allah üçün çalışan, “müxləs” isə Allahın Özü üçün xalis edib seçdiyi kəsdir. Belələrinə Allahdan başqa kimsə təsir edə bilmir.

Musanın seçilməsi gerçəkliyi ilə başqa ayələrdə də rastlaşırıq: “Mən səni seçdim.”2; “Mən səni özüm üçün seçdim.”3

Həzrət Musa həm rəsul, həm də nəbi idi. “Nəbiyy” dedikdə mələyin səsini eşidib, özünü görməyən kəs nəzərdə tutulur. “Rəsul” isə səs eşitməklə yanaşı mələyi müşahidə edir.4

Bildirişlər


1. Böyük şəxsiyyətləri xatırlamağın tərbiyəvi və nümunəvi təsirləri var.

Peyğəmbərlərin tarixi, onların apardıqları mübarizə yolu, ilahi sünnələr və qeybi yardımlarla tanışlıq təcrübə və ibrət üçün zəmindir, eləcə də təsəlli amilidir. (Xüsusi ilə də həzrət Musanın yüzlərlə ayəni əhatə etmiş macəralı tarixi.)

2. Mənəvi dəyərlər xatirə meyarıdır.

3. Xalislik (ixlas) mənəvi məqamlara çatmaq zəminidir.

4. Peyğəmbərlər məsumdur və şeytan onlara nüfuz edə bilmir.

5. Allah risalətin tamamlanması, peyğəmbərlik missiyasının başa çatdırılması üçün bir qrup insanı xalis (müxləs) etmişdir.5



● Ayə 52:


﴿وَنَادَيْنَاهُ مِن جَانِبِ الطُّورِ الْأَيْمَنِ وَقَرَّبْنَاهُ نَجِيًّا﴾

Turun sağ tərəfindən ona nida etdik (özümüzə yaxın məqama) gizli danışığa yaxınlaşdırdıq.”



Bildirişlər


1.”Əymən” sözü ya “yomn” sözündən olub mübarək mənasını bildirir, ya da “yəmin” sözündən olub sağ tərəf mənasını ifadə edir.

Ayənin əvvəlində nida, sonunda münacatdan danışılması Allahın mehribanlıq göstərməsi nişanəsidir. Elə bil ki, mehriban ağa öz qulunu səsləyib deyir: gəl yanımda otur, xüsusi bir söhbət edək.1

Quranda Musanın Allahla danışıq və rabitəsi həm “təkəllüm”, həm “nida”, həm də “nəcva” sözləri ilə bəyan olunur.2

Ayədə yaxınlıq deyilərkən məkan yaxınlığı yox, məqam yaxınlığı nəzərdə tutulur.

Tur dağı Misirlə Mədyən arasında yerləşir.3

Bildirişlər


1. Allah-təala peyğəmbərləri lütf və mehribanlıqla addım-addım özünə yaxınlaşdırır.

2. Bəzi məkanlarda müqəddəslik var.

3. Yaxınlıq və xəlvət danışıq zamanı ən üstün məqamlardandır. (Həzrət Əli (ə) buyurur: “Behişt əhli oranın nemətlərindən bəhrələndiyi vaxt Allaha yaxın məqamda olanlar (“əhlullah”) Onunla raz-niyaza məşğul olarlar.”)

4. Allah bəzi məsələləri peyğəmbərlərlə xəlvəti, məhrəmanə danışar.




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin