Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə62/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   58   59   60   61   62   63   64   65   ...   113

Nöqtələr


Ötən ayələrdə 10 peyğəmbərin adı çəkildi. Zəkəriyya, Yəhya, İsa, İbrahim, İshaq, Yaqub, Musa, Harun, İsmail və İdris. Bu ayədə isə həmin şəxslərə nemət verildiyi bəyan olunur. Biz hər gün namazda on dəfə Allahdan diləyirik ki, bizi azğınların yox, məhz bu insanların yoluna yönəltsin.

Adəm nəsli dedikdə İdris nəzərdə tutulur. Nuhun gəmisinə süvar olanların nəsli dedikdə Nuhun nəvəsi həzrət İbrahim başa düşülür. İbrahim nəsli ifadəsi İshaq, İsmail və Yaquba aiddir. Musa, Harun, Zəkəriyya, Yəhya və İsa isə İsrail nəsli kimi yada salınmışdır.2

Hədisdə oxuyuruq: “Quran tilavət edərkən ya qəmlənib ağlayın, ya da özünüzü həmin hala gətirin.3

Göz yaşı axıdaraq uzun səcdələr qılan ilahi insanlar zümrəsinə ən yaxşı nümunə İslam Peyğəmbəri (s) və onun məsum Əhli-beytidir. Ramazan ayı, Ərəfə və digər münacatlarda Peyğəmbər (s) və onun məsum Əhli-beytinin göz yaşları ilə müşayiət olunan uzun səcdələri haqqında yetərli məlumatlar var.


Bildirişlər


1. Bütün peyğəmbərlərin məqsədi birdir. (Allah Öz peyğəmbərlərini ardıcıl şəkildə eyni səciyyələrlə vəsf edir.)

2. Həqiqi nemət verən (“Munim”) Allahdır.

3. İrsiyyət qanununa əsasən, nəslin tərbiyəsinə valideyn və babaların təsiri var.

4. Bütün peyğəmbərlər Adəm nəslindən olsalar da, Nuhun, İbrahimin və İsrailin (Yaqubun) adı xüsusi ehtiramla çəkilir.

5. Səcdə halında ağlamaq o qədər dəyərlidir ki, Allah bu zümrəni xüsusi yada salır.

6. Allah dərgahına üz tutub ağlamaq və yalvarmaq təkamül, mərifət, tövfiq və seçilmə nişanəsidir.



● Ayə 59:


﴿فَخَلَفَ مِن بَعْدِهِمْ خَلْفٌ أَضَاعُوا الصَّلَاةَ وَاتَّبَعُوا الشَّهَوَاتِ فَسَوْفَ يَلْقَوْنَ غَيًّا﴾

Onların ardınca namazı zaya çıxaran, nəfs istəkləri ardınca gedən pis ləyaqətsiz canişinlər gəldi. Onlar tezliklə azğınlıqlarının cəzasını görəcəklər.”



● Ayə 60:


﴿إِلَّا مَن تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا فَأُوْلَئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَلَا يُظْلَمُونَ شَيْئًا﴾

Yalnız tövbə edib iman gətirən, saleh işlər görən kəslər istisnadır. Onlar behiştə daxil olar heç bir sitəmə məruz qalmazlar (mükafatları əskildilməz).”



Nöqtələr


Saleh övlad “xələf”, qeyri-saleh övlad isə “xəlf” adlanır. “Qəyy” sözü “inkişaf” sözünün antonimi kimi işlənmişdir.1

Namaz qılmamaq namazı zaya çıxarmaqdan fərqli bir işdir. Namazı zaya çıxarmaq dedikdə, namaz qılan şəxsin namazın şərtlərinə əməl etməməsi, onu təxirə salması və yüngül tutması başa düşülür.2

Rəvayətdə oxuyuruq: İslam Peyğəmbəri (s) bu ayəni tilavət edən vaxt pərişan oldu və buyurdu: “Altmış ildən sonra bir qrup şəxs namazı zaya çıxaracaq.”3

Əgər bu söz hicrətin ilkin illərində deyilmiş olsa, altmış il sonra dedikdə İmam Hüseynin (ə) şəhadətə çatdığı və Yezidin hakimiyyət kürsüsünə qalxdığı dövr nəzərdə tutulur.


Quranda tövbə


–Adətən Qurani-kərim əzab ayələrinin bəyanından sonra tövbə edənləri istisna edir. Məlum olur ki, islah yolu heç vaxt kimsə üçün bağlı deyil.

–Tövbə etmək vacibdir. Çünki bu, Allahın əmridir.1

–Həqiqi tövbə hökmən qəbuldur. İnanmaq olmur ki, Allah Onun əmri əsasında qılınan tövbəni qəbul etməsin.2

–Allah həm tövbələri qəbul edir, həm də çox tövbə edənləri dost tutur.3

–Tövbə saleh əməl və xətaların aradan qaldırılması ilə müşayiət olunmalıdır.4

–Tövbə qurtuluş rəmzidir.5

–Tövbə günahın savaba çevrilmə vasitəsidir.6

–Tövbə yağış yağmasına səbəb olur.7

–Tövbə gözəl ruziyə səbəb olur.8

–Ölüm və əzabla qarşı-qarşıya dayanan zaman tövbə qəbul deyil.9

–Allah tövbələri qəbul etməkdən əlavə, xüsusi lütf göstərir.10 Uyğun mövzu ilə əlaqədar ayələrdə tövbə ilə yanaşı, ilahi mərhəmət və məhəbbət məsələlərinə də işarə olunur.

–Quran tövbənin tərk olunmasını zülm və bədbəxtlik sayır.11


Bildirişlər


1. Bəzən övladlar və növbəti nəsil ata-babaların zəhmətini puça çıxarır. (Bəzən yaxşı insanlardan pis övladlar ərsəyə gəlir.)

2. Namaz dinin sütunudur. (Bir nəslin simasını o birinə tanıtdırmaq üçün onların namazı zaya çıxarması qeyd olunur.)

3. Namaz insanla azğın nəfs istəkləri arasında səddir. Bu sədd dağıldıqda insan asanlıqla nəfs istəklərinə tabe olur.

4. Allahla rabitəsi qırılan insan azğın nəfs istəklərinə üz tutur.

5. Azğın nəfs istəklərinin rövnəq tapması “ğəyy”, tənəzzül və azğınlıqdır.

6. Namazı zaya çıxarmağın cəzası insanın başını itirməsidir. (Gerçək inkişaf mənəviyyat sayəsində əldə olunur.)

7. Millətlərin taleyi onların öz əlindədir.

8. Tövbə zahiri yox, köklü dəyişiklikdir.

9. Tövbə, iman və saleh əməl qurtuluş və behiştə giriş şərtidir.

● Ayə 61:


﴿جَنَّاتِ عَدْنٍ الَّتِي وَعَدَ الرَّحْمَنُ عِبَادَهُ بِالْغَيْبِ إِنَّهُ كَانَ وَعْدُهُ مَأْتِيًّا﴾

Rəhman Allahın qeybdən Öz bəndələrinə vəd etdiyi əbədi behiştlər! Şübhəsiz, Onun vədi gerçəkləşəsidir.”



● Ayə 62:


﴿لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا إِلَّا سَلَامًا وَلَهُمْ رِزْقُهُمْ فِيهَا بُكْرَةً وَعَشِيًّا﴾

Orada boş söz eşitməzlər, yalnız «Salam»! Orada hər sübh axşam ruziləri hazırdır.”



● Ayə 63:


﴿تِلْكَ الْجَنَّةُ الَّتِي نُورِثُ مِنْ عِبَادِنَا مَن كَانَ تَقِيًّا﴾

Bu, hər bir təqvalı (pəhrizkar) bəndəmizə irs verdiyimiz həmin behiştdir.”




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin